Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə53/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   49   50   51   52   53   54   55   56   ...   218
Üçüncü Qayda - Küfr və küfr edən bir-birindən fərqlənirlər. Ona görə də hər küfr edən kafir deyildir. Təkfir əhlinin xətaları ayə və hədisləri götürərək ümumi və xüsusi hökmlərə baxmadan, şərtlərə və maneələrə baxmadan bir başa insanların üzərində tətbiq etməkdir. İbn Ömər - radiyallahu anhu – deyir ki: «Onlar kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»583. Əgər mənimlə namaz qılmırsa, oruc tutmursa kafirdir. Bu kəslər cahildirlər və Əhli Sünnə vəl Cəmaatın əqidəsini bilmirlər. Sələflər deyirlər ki: «Bilməyənlər sussaydılar, fitnə olmazdı». Hər bir kəs bilməlidir ki, təkfir etmək üçün həm xüsusi, həm də ümumi hökmlər vardır. Ümumi hökm ayrıdır, xüsusi hökm isə tam başqadır. Bunların halı: «Vay halına o, namaz qılanların!» ayəsini götürərək duran kimsələrin halına bənzəyir. Və ya: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: Ona bir şey əmanət edildikdə əmanətə xəyanət edər, söz söylədiyi zaman yalan söyləyər, söz verdiyi zaman yerinə yetirməz, mübahisə etdiyi zaman biabırçı sözlərə yol verər»584. Hədisi eşidən kimi: Filankəs mənə yalan danışıb deməli münafiqdir, filankəs mənə söz verib, lakin sözünün üstündə durmayıb - münafiqdir. Bu hədisdə olan münafiqlik əməli münafiqlikdir, bunların heç biri etiqadi deyildir. İmam Tirmizi – rahmətullahi aleyhi – deyir ki: “Elm əhli deyir ki, hədisdə sözü gedən münafiqlik əməlidir. Qəlbdə olan münafiqliyə gəldikdə isə bu nifaq barəsində yalnız Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dövründə məlum idi”585. İmam İbn Əbi Zamani – rahmətullahi aleyhi – deyir ki: “Nifaqın əlamətləri barəsində varid olan hədislər dəlalət etmir ki, kim bu əməldən birini edərsə dərhal zahirdə İslamı izhar edib, qəlbində küfrü gizlədən münafiq kimidir. Bu hədislərin mənası odur ki, bu əməllər münafiqlərin sifətlərindən və əlamətlərindəndi”586. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Bu sifətlər saleh müsəlmanlarda da görülə bilər. Alimlər ittifaq etmişlər ki, qəlbində və dilində sadiq olan bir müsəlman belə bir sifətlərdən birinə düşərsə onun barəsində küfrə düşümüşdür və münafiqdir – deyilməz. Çünki bütün bu sifətlər Yusufun - əleyhissəlam - qardaşlarında da görülmüşdür”587. Hafiz İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Məşhur alimlər bu hədis barəsində söyləmişlər ki, münafiqlik: Xeyiri izhar edib, onun əksini isə gizlətməkdir”. Şəriətdə Nifaq iki qismdir: Birinci – böyük nifaqdır. Bu zaman insan zahirən Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirətə iman etdiyi, batində isə bunlardan bir hissəsini və ya hamısını inkar edir. Bu nifaq Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında olmuşdur. Belə kimsələr barəsində bir çox ayələr nazil olmuşdur və onlar Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. İkinci – kiçik, yəni əməldə olan nifaqdır. Bu da hədisdə söylənilən sifətlərdir”588. Huzeyfə – radıyallahu anhu – deyir ki: “Münafiqlik – Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında vardır. Bu gün isə imandan sonra küfr vardır”589.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (küfrə) düşmüş olur»590. Hədisi eşidən kimi: Filankəs namaz qılmır deməli kafirdir. Əhli Sünnədən, Sələflərdən kim belə edərdi? Kim sizin dediklərinizi təsdiq edir ki, heç bir şərtlər olmadan, maneələr qalxmadan, ayə və hədisləri bir başa insanların üzərinə tətbiq edin? Subhənəllah! Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə»591. Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zamanında Abdullah adında Hişam ləqəbli bir kimsə vardır. Bu adam Peyğəmbər - sallallahu aleyhi və səlləm – i güldürürdü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu içki içdiyinə görə bir neçə dəfə çubuq cəzası ilə cəzalandırmışdır. Bir gün yenə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına gətrilir. Əmr verərək ona yenə də çubuq vurulur. Orada olanlardan biri: «Allahım, buna lənət et! Bu əməldən ötrü nə qədər çox gətirilir». Bu sözləri eşidən Peyğəmbər: «Ona lənət etməyin. Allaha and olsun ki, bilindiyinə görə o, Allah və Rəsulunu sevən birisidir»592. Nə üçün Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona demədi ki: Sən düz etdin, həqiqətən də o, lənətə layiqdir? Lakin əksinə səhabəyə qadağan edərək: «Ona lənət etməyin. Allaha and olsun ki, bilindiyinə görə o, Allah və Rəsulunu sevən birisidir». Peyğəmbər - sallallahu aleyhi və səlləm – ümumi hökm ilə xüsusi hökm arasında fərq qoydu. Həmçinin səhabələr də bu yolu izləmişlər: Rəvayət edildiyinə görə Qudamə b. Məzun içkini halal hesab edərək içərmiş. Bundan xəbər tutan Ömər – radıyallahu anhu – isə onu kafir adlandırmamış, bir müsəlman kimi cəzalandırmışdır. Çünki o, Qurani Kərimin ayəsini düzgün başa düşməyərək içki içərmiş. Həmçinin Əbu Cəndəl b. Suhel və dostları da şamda olarkən içki içmiş və bunu halal saymışlar. Ömər Qudəməni cəzalandırmaq istədikdə o dedi: “Məni nə üçün cəzalandırdınız? Mənimlə sənin aranda Allahın kitabı vardır” dedi. «İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər» (əl-Maidə 93)593. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Uhud günü başından yara almış, ön dişi də qırılmışdı. Buna görə də: «Peyğəmbərlərini yaralayan bir toplum necə qurtula bilər?» deyə buyurdu. Allah: «Bu işdə sənə dəxli olan bir şey yoxdur». (Ali İmran 128) ayəsi nazil oldu»594. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu zülmü gördükdə ümumi olaraq kafirlər üçün bəd dua etdi. Lakin Allah ona bunu etməyi qadağan etdi. «Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar həqiqətən zalım kimsələrdir». (Ali İmran 128).

Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar»595. Bu hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ümumi olaraq qeyd edir ki, kim Ramazanı ixlasla oruc tutarsa, keçmiş günahları bağışlanar. Lakin gəlin bu hədisə xüsusi tərəfdən baxaq? Məgər kimsə deyə bilərmi ki: «Əgər mən Ramazan orucunu tutmuşamsa, deməli mənim keçmiş günahlarım bağışlanmışdır?». Ona görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyuranda ki, filan əməli edən kafirdir, filan əməli edən kafirdir, filan şeyi edənə Allahın lənəti var – bu o, demək deyildir ki, biz görsək ki, kimsə belə edir deməli o, kimsə kafirdir və onu lənətləmək lazımdır.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin