Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə52/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   48   49   50   51   52   53   54   55   ...   218
İkinci Qayda - Dünya əhkamları ilə, axirət əhkamları, insanların dünyadakı halı ilə, axirətdəki halı da bir-birindən fərqlənir. Bu dünyada kafir olaraq görünən bir kimsə Allahın dərgahında mömin, mömin olaraq görünən bir kimsə isə əksinə Allahın dərgahında kafir olar. Münafiqlərin halı belədir. Onlara salam verilir, salamları alınır, qız verilir, qız alınır, kəsdiyi heyvan yeyilir, müsəlmanlara tətbiq olunan əhkamlar onlara da tətbiq edilir. Lakin Allah dərgahında onlar kafirdirlər. «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). Çünki biz insanların qəlbini yarmaqla ona sahib ola bilmərik. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «Dünyada mövcud olan cari qayda-qanunlara görə zahirən mömin görünən insanın daxilən də mömin olmasına ehtiyac yoxdur. «İman gətirmədikləri halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik» (əl-Bəqərə 8). Deyən münafiqlər üzdə mömindirlər. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında olduğu kimi, müsəlmanlarla birgə namaz qılır, onlardan qız alar, onlara miras verərdilər. Buna baxmayaraq onlara küfrü izhar edən kafirlərin qərarı ilə hökm verməmişdir. Nə evlənmələri ilə, nə də miras məsələləri ilə və nə də hər hansı bir şeylə bağlı kafirlərə aid qərarları münafiqlərə tətbiq etməmişdir. Abdullah b. Ubeyy riyakarların ən məşhuru olmasına baxmayaraq müsəlmanların ən xeyirlilərindən sayılan oğlu Abdullah atasının varisi olmuşdur. Onların canları və malları qorunur. Kafirlərin canları və malları halal olduğu kimi münafiqlərin halal deyildir»563. Və ya əksinə: İnsan zahirən kafir görünə bilər, lakin Allah dərgahında mömin ola bilər. Məs: Kafirlər bir müsəlmanı güc hesabına müsəlmanlara qarşı çıxmağı əmr edirlər. Döyüş əsnasında bütün kafirlər öldürülür. Həmin müsəlman da kafir hesab edilərək onlarla birlikdə öldürülür. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Belə bir kimsə öldüyü zaman onun barəsində hökm kafirdir deyilir. Uca Allah isə onu niyyətinə görə həşr edəcəkdir. Münafirlər kimi, zahirən onlar barəsində müsəlmandır deyirik. Onlar da niyyətlərinə görə həşr olunacaqlar. Qiyamət günü isə mükafat qəlbdə olana görə olacaqdır, zahirə görə deyil”564. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Dörd qrup insanlar vardır. 1) Həm zahirən, həm də batinən mömin olanlar, 2) Həm zahirən, həm dəm də batinə kafir olanlar, 3) Zahirən mömin, batinən kafir olan, 4) Zahirən kafir, batinən isə mömin olanlar. İlk üç qrup barəsində Qurani Kərimin Bəqərə surəsində xəbər verilmişdir. Dördüncü qrupa gəldikdə isə: ...Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi.... (əl-Fəth 25). Bu insanlar öz qövmləri içəisində imanlarını gizlədən və aşka etməkdən qorxan kimsələrdir. Həmçinin belə kimsələrdən Fironun əhlindən olub, imanını gizlədən kimsəni və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – cənazə namazı qıldığı Həbəşistan kralı – Nəcaşini misal çəkmək olar. Onlar dxilən mömin idilər”565. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədə söhbət müşriklərin içərisində yaşayaraq imanlarını öz qövmlərində qoruyan kimsələrdən söhbət gedir”566.

Qeyd etdiyimiz kimi dünyada ikən kafir kimi görünən bir kimsə axirətdə möminlərdən də ola bilər. Allah bu haqda buyurur: «Firon dedi: Buraxın məni Musanı öldürüm, qoy da Rəbbini (köməyə) çağırsın. Doğrusu mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram. Musa dedi: Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram! (Bu vaxt) Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: Məgər siz bir adamı: Rəbbim Allahdır! deməyinə görə öldürəcəksiniz? Halbuki o, sizə Rəbbinizdən açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə yalnız öz əleyhinədir, yox əgər doğru danışırsa onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan və yalançını doğru yola müvəffəq etməz!». (əl-Mumin 26-29). Subhənəllah! (Bu vaxt) Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: Məgər siz bir adamı: Rəbbim Allahdır! deməyinə görə öldürəcəksiniz? Əgər o, kimsə bu sözləri deməzdən əvvəl ölmüş olsaydı, heç kəs onun mömin olduğunu söyləyə bilməzdi. Əksinə Fironun ailəsindən olduğu üçün Firona verilən hökmlər ona da tətbiq edilərdi. Lakin o, kimsə imanını gizli saxlayan birisi idi. Buna da qorxu, sıxıntı və s. kimi səbəbləri üzr gətirmək olar. İbn Atiyya – rahmətullahi aleyhi – deyir ki: “Min Ali Firon” – bu kimsə zahirən Fironun dinində idi”567. Günümüzdə də bir çox dövlət müəssisə və idarələrində çalışan insanları təkfir edən təkfirçilərə: Allahdan qorx! İmanını gizlədən bir kimsəni təkfir etmiş olarsan. Nəcaşi kimi?568 Kafirlərin (Kitab Əhlinin) başçısı idi. Onların hökmləri (qanunları) ilə hökm verirdi. Xristianlar isə elə zənn edirdilər ki, onların dinindədir. Lakin mömin idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun ölüm xəbərini eşidəcək buyurdu: «Həbəşilərin sahibi Nəcaşinin vəfatını, öldüyü günü insanlara xəbər verdi (Başqa rəvayətdə: Bir qardaşınız ölmüşdür. Allahın yaxşı bir qulu Ashamə öldü). Xalqı musəlləyə çıxardıb dörd təkbir aldı (qardaşınız üçün (Allahdan) məğfirət diləyin)»569. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbərin dəvəti çatmış və kafir dövlətində yaşayan kafirə gəldikdə, Peyğəmbərə və onun gətirdiklərinə iman etmişsə, gücü daxilində Allahdan qorxmuşsa, necə ki, bunu Nəcaşi və ona bənzər kimsələr etmişlər. İslam dövlətinə hicrət etməmiş (hicrət etməyə imkanı olmamış), İslamın əhkamlarını açıq-aydın yerinə yetirməmiş (zahirən İslamı açıq göstərməkdən ehtiyatlanmış), onlara İslamın əhkamlarını öyrədəcək bir kimsənin olmaması belə bir kimsənin Cənnət əhlindən olan mömin olmasını deməyə imkan verir”. Bu hal həmçinin Fironun əhlinin halıdır, arvadının halıdır, Yusufun halıdır. (Yusufun) xalqı kafir idi. Onların içərisində dinə aid olan hə bir şeyi yerinə yetirmyə imkanı da yox idi. Onları imana dəvət etdiyi zaman onların içərsindən olan bir mömin dedi: Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: "Allah ondan sonra elçi göndərməyəcəkdir!" Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar. (əl-Ğafir 34). Nəcaşiyə gəldikdə isə Xristian dövlətinin başçısı olmasına baxmayaraq onun xalqı İslamı qəbul etməkdə ona tabe omamışdır. Onunla bərabər İslamı çox kiçik bir cəmmat qəbul etmişdir. Ona görə də dünyasını dəyişdikdə belə bir adam tapılmadıki onun üçün cənazə namazı qılsın. Ona görə də onun üçün cənazə namazını Peyğəmbər Mədinədə qılmışdır. Müsəlmanların qarşısına çıxaraq dedi: “Həbəşilərdən olan saleh qardaşınız ölmüşdür”. Nəcaşi – Özünün zəif olmasına görə İslamın bir çox əmirlərini yerinə yetirməmişdir, hətta çox hissəsini yerinə yetirməmişdir. Hicrət etməmiş, Cihad etməmiş, Həcc etməmiş, hətta rəvayət edilir ki, beş vacib namazı, Ramaza orucunu və zəkatı da belə verməmişdir. Bunları yerinə yetirsədi bu onun xalqı üçün açıq-aydın olardı və onların etirazlarına cavab verə bilməzdi. Biz qəti bilirik ki, Nəcaşi xalqı arasında Allahın kitabı ilə hökm verməmişdir. Çünki xalqı buna imkan verməzdir”. Cənnət əhlindən olan Nəcaşi və onun kimiləri, baxmayaraq ki. İslamın ayinlərini yerinə yetirməmişlər və bacardıqları qədər bunu etmişlər Allah onları Kitab əhlindən hesab edərək buyurur: Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran 199). Bir çox Sələflər bu ayənin Nəcaşi barəəsində nazil olduğunu söyləmişlər. Nəcaşi öldüyü zaman Peyğəmbər onun üçün cənazə namazı qıldı. Bir nəfər: “Öz ölkəsində ölən Kafir Xristian üçün namaz qılırıq”. Ondan sonra bu ayə nazil olur. Bu da Cabir, İbn Abbas, Ənəs – Allah onlardan razı olsun - və s. rəvayət edilmişdir. Bəziləri isə demişlər: Bu ayə Nəcaşi və onunla bərabər imaan gətirənlər barəsində nazil olmuşdur. Bunu deyən isə Həsənul Bəsri, Qatada – Allah onlardan razı olsun - və s.... Nəcaşi və onun tərəfdrları zahirən Xristianların etdikləri bir çox şeyləri edirdilər və onların halları (zahirən) Xristianların halları kimi idi. Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir....570. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “İmanını gizlədərək kafirlərin diyarında yaşadığı üçün heç kəs onun üçün Cənazə namazı qılmamışdır”571. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Nəcaşi İslamını öz xalqından gizlədirdi”572. İmam əl-Xattabi – rahmətullahi aleyhi – deyir ki: “Nəcaşi – Alahın Peyğəmbərinə və onun gətirdiklərinə iman gətirmiş müsəlman idi. Lakin öz imanını gizlədirdi”573. İmam Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: “Günlərin birində Həbəşilər toplanaraq Nəcaşiyə: “Sən bizim dinimizi parçalamısan?” deyib yanından çıxdılar. Onda Nəcaşi, Cəfər İbn Əbu Talibin - radıyallahu anhu – və tərəfdarlarının ardınca adam göndərərək onlar üçün Gəmi hazırladı və: “Gəmiyə minin! Əgər mən ölsəm siz sağ qalarsınız, əgər qurtulsam, siz də yəqin olarsınız” dedi. Sonra Nəcaşi əmr edərək belə yazdırdı: “Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına, Muhəmməd onun qulu və Rəsulu olduğuna, İsanın onun qulu və Rəsulu olduğuna, Məryəmə dediyi söz və Ondan gəlmə bir Ruh olduğuna – şahidlik edirəm” dedi. Sonra bu yazını qoltuğunun altına qoyaraq, evinin ətrafında toplanmış Həbəşilərin yanına çıxdı və: “Ey Həbəşilər! Mən sizin içərinizdə ən layiqli olanınız deyilləmi?” dedi. Onlar: “Bəli”. O: “Mənim sizin aranızda olan məqamım necədir?” dedi. Onlar: “Xeyirli”. O: “O, zaman sizə nə olub?” dedi. Onlar: “Sən bizim dinimizi parçalayaraq, İsanın Allahın qulu olduğunu söyləmisən”. Nəcaşi: “Bəs, siz onun haqqında nə deyirsiniz?”. Onlar: “Allahın oğlu!” dedilər. Bu zaman Nəcaşi əlini qoltuğunun altında olan kağızın üzərinə qoyaraq dedi: “Mən də şahidlik edirəm ki, kağıza yazdıqlarını nəzərdə tutaraq İsa elədir”. Bundan sonra xalqı razı halda oradan çıxırlar”574. Yaxşı, onda özünü İslama mənsub edərək: Mən müsəlmanam! deyən kimsə barəsində nə deyək? Əbu Abdurrahmən Abdullah b. Məsud - radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğruluğu təsdiq olunan Peyğəmbər – sallallahu aleyhi və səlləm - bizə buyurdu: «…Ondan başqa heç bir haqq ilah olmayan Allaha and olsun ki, sizlərdən biri Cənnət əhlinin əməli ilə əməl edər və onunla Cənnət arasında bir arşınlıq məsafə qalarkən, kitab(-da olan qədər) onun əleyhinə irəli keçər o, da Cəhənnəmliklərin əməli ilə əməl edib Cəhənnəmə düşər. Həmçinin sizdən biri Cəhənnəmliklərin əməli ilə əməl edər və onunla Cəhənnəm arasında bir arşınlıq məsafə qalarkən kitab(-da olan qədər) onun lehinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl edib Cənnətə düşər»575. Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir. (ən-Nisa 92). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu kimsə ədavət aparan (döyüşən) cəmaatın içərisindədir. Lakin o, mömindir. (Hansısa səbəbdən) Hicrət etməmiş, imanını açıq-aydın izhar etməmiş və İslamın ayinlərini açıq-aydın yaşamaışdır. Buna baxmayaraq Allah bu kimsəni mömin adlandırmışdır, çünki imanı ilə bacardığını etmişdir”576.

«Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun. Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: «Sən mömin deyilsən!» deməyin. Halbuki, çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!». (ən-Nisa 94). İbn Abbas - radıyallahu anhu – deyir ki: «Bəni Səlim qəbiləsindən olan bir kişi öz qoyunları ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən ibarət kiçik bir dəstənin yanından keçərkən onları salamladı. Onlar isə: Qorunmaq üçün bizə salam verdi – deyərək onu öldürdülər. Sonra həmən kişinin qoyunlarını götürüb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldilər. Allah bu ayəni nazil etdi»577. Digər rəvayətdə: Miqdəd b. əl-Əsvəd - radıyallahu anhu – nun iştirak etdiyi bir dəstə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in tapşırığına əsasən gəlib bir tayfanın yanına çatdılar. Lakin onlar çoxsaylı malından ayrılmamış bir kişidən başqa hamının qaçdığını gördülər. Kişi onları görən kimi: «Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur». Miqdəd - radıyallahu anhu – hücum çəkərək onu öldürdü. Biri: «Sən Allahdan başqa ibadətə layiq heç bir haqq İlah yoxdur şəhadət verən bir kimsəni öldürdün? Allaha and olsun ki, mən bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – xəbər verəcəyəm». Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına çatdıqda: «Ey Allahın Rəsulu! Bir nəfər Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur şəhadəti verdi. Miqdəd – radıyallahu anhu - isə onu öldürdü. Peyğəmbər: «Miqdədi yanıma çağırın» deyə buyurdu. Peyğəmbər: «Ey Miqdəd! Sən Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən bir kimsənimi öldürdün? Bəs sabah (Qiyamət günü) bu şəhadətlə gəldikdə sənin halın necə olacaq?» deyə buyurdu. Allah da bu ayəni nazil etdi: «Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun. Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: «Sən mömin deyilsən!» deməyin. Halbuki, çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!». (ən-Nisa 94). Peyğəmbər: «O, kafir qövmün yanında imanını gizlədən bir kişi idi. İmanını üzə çıxartdıqda sən onu öldürdün. Axı sən də bundan qabaq Məkkədə ikən imanını gizlədirdin»578. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Allah sizə mərhəmət etdi…». Yəni tövbələrinizi qəbul etdi. Usamə – radıyallahu anhu – məsələ ilə bağlı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mövqeyini bildikdən sonra Lə İləhə İlləllah deyəni bundan sonra öldürməyəcəyinə and içmişdir»579. İbn Abbas bu ayə barəsində deyir ki: “Allah möminlərə lə İləhə İlləlah deyən kimsəyə: “Sən Mömin deyilsən!” deməyi qadağan etmişdir necə ki, onlara leş əti yeməyi qadağan etdiyi kimi”580.

Günümüzdə olan təkfirçilər sağa-sola istədiklərini kafir, münafiq adlandırırlar. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq adını qaldırır. Subhənəllah! Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allah ona xəbər vermədikcə heç kəsin münafiq olub-olmadığını bilmirdi. Əbu Bəkr, Ömər – radıyallahu anhum – kimi səhabələr münafiqləri tanımırdılar. Ömər – radıyallahu anhu – kimi səhabə Huzeyfə b. Yəmən – radıyallahu anhu – ya deyərdi: «Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlar arasında mənim adımı zikr etdimi?». Huzeyfə: «Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda bir şey söyləməyəcəyəm» deyə cavab verdi581. Huzeyfə – radıyallahu anhu – deyir ki: “Bir gün Öməri – radıyallahu anhu – cənazədə iştirak etmək üçün çağırdılar. Cənazəyə getmək istədikdə, mən onu saxlayıb dedim: Ey möminlərin əmiri dayan! O, münafiqlərdən idi” dedim. Ömər: “Allah xatirinə de: Məndəmi onlardanam?”. Huzeyfə: “Xeyr!” dedim582. İndikilər istədiklərini kafir, istədiklərini isə münafiq adlandırırlar. Allahdan qorxun! Özünüzü bədbəxt etməyin.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin