Fəsil II. İCRAEDİCİ MEXANİZMLƏRİN TƏRTİB EDİLMƏSİ
2.1. Yumruğlu əsnək əmələ gətirən mexanizmin strukturu. Kinematik
asılılıq
Toxuculuq maşınqayırması sənayenin ən əhəmiyyətli sahəsidir, toxuculuq istehsalı üçün maşınlar və aparatlar istehsal edir. Avadanlıq istehsalının inkişaf səviyyəsi, işin məhsuldarlığına, texniki tərəqqiyə və digər mühüm göstəricilərə bağlıdır. Buna görə də inkişaf etdirilən maşın təkcə yüksək mexaniki və texnoloji xüsusiyyətlərlə deyil, eləcə də rasional dizayn, rahat saxlanılması və müasir xarici dizaynla, yüksək səviyyəli xüsusiyyətlərlə xarakterizə olunur. Buna görə yeni dizaynın inkişafında rəssam-konstruktor aktiv iştirak etməlidir.
Müasir toxuculuq avadanlıqları və xüsusilə toxuculuq maşınları, müxtəlif növlər və modellər kimi bir sıra xüsusiyyətlərə malikdir.
Remiz qaldıran mexanizmlərin əsas növləri, yastı parallel yumruqcuq mexanizmi və barabanlardır. Yastı parallel yumruğun mexanizmindən sadə toxunuşlu parçaların istehsalında istifadə olunur, məsələn, kətan, sarja və satin.
Sadə toxunuşlu parçalarda, barabanlardan istifadə etmək sərfəli deyil. Yumruğlu mexanizmlər isə barabanlara nisbətən daha əl verişlidir: az həcm, çəki, dəyər, işdə isə etibarlıq daha yüksəkdir. Onlar həmçinin texnoloji prosesslər üçün yaxçı çərait yaradır.
Mənfi çəhətləri isə çətin doldurulması, ancaq bu o qədərdə məna daşımır.
Yumru ekssentrik konstruksiyalar nəticəsində yumruğlu remiz qaldıran mexanizmlər də ekssentrik adlanırlar.
Yumruğlu remiz qaldıran mexanizmlər, yastı parallel yumruq mexanizmini təsvir edir. Əgər hər bir remizlərin hərəkəti üçün kinematik xüsusiləşdirilmiş mexanizmdən istifadə olunursa, o zaman bu sistem, remizlərin sərbəst hərəkəti kimi adlandırılır.
Tək remizlərin qalxmasının mexanizminin əsas növü şəkil 2.1-də göstərilib. Yumruq 1 , vərdənədən ayaq yernə təsir edir 2, yükü 3 remiz 4 ilə buraxır. Remizlərin qayıdış hərəkəti 4, yayın 6 dartınması ilə qol 5 vasitəsilə həyata keçirilir.
İki cilovlu şarnir qrupunu 3-5, sürünkəc qrupuna dəyişərək , hansıki remizlərlə 4 birləşdirilib, remizlərin hərəkətindən asılı olmayan kiçik həcmli mexanizm əldə edirik. (şəkil 2.1). Belə mexanizmin sxemi ATK-100M maşınına aiddir. Burada hər remiz 8 yumruğla 1 hərəkətə gətirilir hansıki qol 2 və sürgü qolları 3 və 5 ilə künc qollarına 2 və 6 titrəyişi xəbər verir və remiz ilə ağır yüklərlə 7 bağlanır. Remiz 8 yönəldiciyə 9 tərəf hərəkət edir.
Remiz qaldıran cihazlarda ən çox istifadə olunan remizlərin hərəkitdən asılı olan cüt yumruğlu mexanizmdir .
Dostları ilə paylaş: |