Transformatorlar energetikada, radiotexnikada, rabitə sistemlərində, avtomakida, ölçmə texnikasında və. s sahələrdə tətbiq edilir. Transformatorlar vəzifəsinnə görə aşağıdakılara bölünürlər: energetik sistemlər- də böyük güclərin ötürülməsi və paylaşdırılmasında, gərginliyin tənzimləndirilməsi qurğularında, dəyişən cərəyan elektrik mühərriklərini, işıqlandırma şəbəkələrini qidalandıran güc transformatorları, qaynaq aparatlarını, elektrik sobalarını və s . işlədiciləri qidalandıran xüsusi transformatorlar, ölcmə texnikasında istifadə olunan ölçü transformatorları, radiocihazlarda istifadə olunan radio transformatorlar. Transformatorlar iki əsas hissədən: qapalı maqnitkeçiricidən – nüvədən və onun üzərində yerləşdirilmiş dolaqlardan ibarətdir. Radoitexniki sxemlərdə istifadfə edilən kiçik güclü yüksəktezlikli transformatorlarda maqnitkeçirici hava mühitindən ibarət olur. Transformatorlar çubuq və zirehli nüvəli olurlar. Çubuq nüvəli transformatorlarda dolaqlar nüvəni, zirehli nüvəli transformatorlarda, əksinə nüvə dolağı əhatə edir.Zirehli transformatorlarda sarğacların dolaqları mexaniki zədələnmələrdən yaxşı mühafizə olunurGüclü transformatorlarda yağ soyudulması tətbiq edilir. Bu transformatorlarda nüvə dolaqlarla birlikdə transformator yağı doldurulmuş çəndə yerləşdirilir. Burada yağ yalnız istiliyi götürmür, o həm də yaxşı dielektrikdir. Deməli, transformatorun dolaqlarında induksiyalanan e.h.q-ləri maqnit selindən zaman etibarı ilə 1/4 period, fazaca 90° geri qalırÜçfazalı dövrələrdə , elektrik veriş xətlərində üçfazalı cərəyanın enerjisini transformasiya etmək üçün üsfazalı güc transformatorlarından istifadə edilir. Üçfazalı transformatorun nüvəsinin üç çubuğu var, onların hər birinə bir fazanın iki dolağı – yüksək və alçaq gərginlik dolaqları yerləşdirilir.Üçfazalı transformatorlar adətən gücü 60000 kVA qədər olan qurğularda tətbiq edilir. Üçfazalı transformatorun iş prinsipi və elektromaqnit prosesləri analoji olaraq birfazalı transformatorda olduğu kimidir. Üçfazalı transformatorun dolaqlarını ulduz və ya üçbucaq sxemi üzrə birləşdirmək üçün dolaqların başlanğıc və son uclarını bilmək lazımdır. Yüksək gərginlik dolaqlarının başlanğıc ucları A, B, C, bunlara uyğun son ucları X, Y, Z hərfləri ilə göstərilir. Alçaq gərginlik dolaqlarının ucları isə analoji olaraq a, b, c və x, y, z ilə işarə edilir. Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).