Ağ oğlana anası su, od, dəmir vermiş,
Sonra da qeyb olaraq təkrar yerinə girmiş.
(Ögəl, 2006, səh. 115-117)
Sözün bu yerində Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasından bir sitatı yenidən təkrar etməyə ehtiyac var:
“Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər” (Seyidov, 1983, s. 37-38).
Azərbaycandan toplanmış “Keçəl və dayısı” adlı bir əfsanədə bildirilir:
“...Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən” (Azərbaycan folkloru antologiyası, 2005, s. 309).
Qoroxovun qeydə aldığı mifdən belə görünür ki, ağac təkcə insanın əcdadı kimi yox, bütün canlı varlqların, o cümlədən heyvanların ulu əcdadı kimi gözdən keçirilir:
Dostları ilə paylaş: |