Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,
Ağaca üz tutaraq ona belə səslənmiş:
“Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,
Mənə həyatı verən, ey mənim böyük anam.
Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,
Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur
(Ögəl, 2006, səh. 115-117)
Bu fakt Azərbaycan dekorativ sənətinin, xüsusən də xalçalarımızın əsas və əvəzsiz bəzək elementlərindən biri kimi çıxış edən “vağ-vağı” naxışının daşıdığı mifoloji semantikanın məzmununu daha yaxşı dərk etməyimizə kömək edir. Ağac budaqlarını və hər budaqda meyvəni əvəz edən quş və heyvan başlarından ibarət olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat vermişdir (Керимов, 1983, с. 92-93).
B.Ögəl türklərin (qərbi hunların və altaylıların) göy tanrısının məkanını göstərəndə «Dünya və Göy Ağacı»nın təsvirini verir:
“Gök yüzüne doğru büyük bir çam ağacı yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu” (Ögel, 1989, s. 90-91).
Xakasların təsəvvüründə də ağac “insan”, “insanın canı”, “soy uruq” məfhumlarını ifadə edir (Bəydili, 2003 b, s.18). Telenqitlər də inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var. Оnların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir (Seyidov, 1984, s. 31).
Mövzumuz baxımından Minusinsk tatarlarından qeydə alınmış bir dastanda söylənilənlər də xüsusi maraq doğurur, belə məlum olur ki, sözügedən ağacın aşağı hissəsi yeraltı dünyada - cəhənnəmdə yerləşir:
Dostları ilə paylaş: |