Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 1,48 Mb.
səhifə43/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   39   40   41   42   43   44   45   46   ...   163
Div Yavqu xanın uluq (böyük) bəyləri yazır elindən Alan və Arlan, dügər elindən də İrkıl Xoca idilər.

Xan bir gün ov ovlayıb, yurd quranda atdan yıxıldı, kəllə sümüyü qırıldı və elə bundan da öldü” (Ögəl, 2006, s. 237).

Firidun Ağasıoğlu yazır:



"Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir” (Ağasıoğlu,2005, s. 147).

Alimin sözlərinə görə, Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəy­liyi az sonra güclü dövlət qura bilmişdir (Ağasıoğlu,2005, s. 147).

Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. On­lar Şumer ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökm­darlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsər­lərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdür­dü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nip­pur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıt­maq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüd­rətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökm­darı" adlandırılmışdı (Azərbaycan tarixi, 1994, s. 69).

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (in­diki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, ku­ti­lərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdı:


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin