Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbəklərə qoşuldular (Ögəl, 2006, s. 403).
Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin öz soylarını eynən digər türk xalqları kimi Nuh oğlu Yafəsə bağlamalarıdır:
Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi...
Bütün xanlar, özbəklər, türklər və şimal xalqları Yafəsin soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Buxaranın gözəlləri Xorasanınkından, Səmərqəndin gözəlləri Buxaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəllərindən daha gözəldirlər. Ta şimala qədər bu şəkildə davam edir... (Ögəl, 2006, s. 385).
Görünür, Ön Asiya və Qafqaz mənşəli bütün bu süjetləri Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri aparmışlar. Bu, çox güman ki, “Xannamə”də 32 özbək boyundan biri kimi yad edilən kanqlılar olmuşlar. Fəqət bu “missiya”nı matienlərin (myutenlər) də yerinə yetirə biləcəyi qətiyyən istisna edilmir. Adlarına e.ə. II-I minilliklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü (Güney Azərbaycan) sahillərindən köç etdiklərini əks etdirən süjet də yer almaqdadır. Bu barədə məşhur türkoloq L.Tolstova özünün “Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələləri” adlı məqaləsində ətraflı məlumat verməkdədir. Alim matienlərin adının Herodot tərəfindən yad edilən və Şərqi Anadoluda yerləşdiyi anlaşılan dağın adı ilə bağlı olduğunu söyləyir (Толстова, 1971, с. 246-253). Herodotun dediyindən isə belə anlaşılır ki, Araz çayı mənbəyini məhz bu dağdan alır:
Dostları ilə paylaş: |