Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Qız elə o andaca qurdun yanına getmək istəyir



Yüklə 1,48 Mb.
səhifə85/163
tarix03.01.2022
ölçüsü1,48 Mb.
#46818
1   ...   81   82   83   84   85   86   87   88   ...   163
Qız elə o andaca qurdun yanına getmək istəyir.

Böyük bacı qorxuya düşərək deyir:

- Bu ki, heyvandır, valideynlərimizi biabır etmə.

Kiçik qız qulaq asmır, qurdun yanına gedir, onynla yaşayır və ondan bir oğlan doğur. Onun nəsli çoxalır və dövlət qururlar. Elə buna görə də burada uzun-uzadı oxumağı sevir və qurd kimi ulayırlar (Бичурин, 1950-1953, 1, s. 214-215).

“Çingiznamə”dəki əfsanədə isə deyilir:



Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu: “Bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günə­şə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qaldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar... (İnan, 1934, s. 195)

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, moğolların əfsanə­ləri onların kökünü Ön Asiya ilə bağlı təqdim edir. Eyni hal Göytürk əfsanələrində də müşahidə edilir:

Türkütlərin (Göytürklərin) əcdadları Xəzər dənizindən qərbdə yaşayırdılar...” ( Heyət, 1993, s. 72).

Yuxarıda təqdim edilən əfsanələrin Azərbaycan variantı da var və biz onu 1988-ci ildə “Oğuz” Etnoqrafiya Həvəskarları Birliyinin xətti ilə Bakının Türkan kəndinə təşkil etdiyimiz könüllü ekspedisiya zamanı 75 yaşlı Teyyub Məmmədağa oğlu Xanağayevin dilindən qeydə almışıq. Çox təəssüflər olsun ki, o zaman folkloru necə toplamaq lazım olduğunu bilmədiyimizdən söyləyicinin şivəsini gözardı etmiş və əfsanəni ədəbi dildə ya­zıya köçürmüşük. Bununla belə, onun süjetinə zərrə qədər də xələl gətirməmişik. Hazırda şəxsi arxivimizdə qorunan və indiyə kimi heç yerdə dərc edilməyən əfsanənin məzmunu belədir:



«Babam babasından, o da öz babasından, o da öz baba­sından eşidib, nəsildən nəslə ötürüblər ki, Qız qalasını Bakının birinci xanı özünün gözəl-göyçək qızını yad gözlərdən qoru­maq üçün tikdirib. Deyilənə görə, qız o qədər göyçəkmiş ki, aya deyirmiş sən çıxma, mən çıxım, günə deyirmiş sən çıxma, mən çıxım. Qızı görən onun gözəlliyinə tab gətirməyib qəşş edərmiş. Odur ki, xalq arasında gözəlliyinə görə ona Maral deyərmişlər.

Maral böyüyüb, həddi-büluğa çatanda xan onu qisməti çıxana qədər naməhrəm gözündən uzaq tutmağa qərar verib və qalanı da bu məqsədlə tikdirib. Fikri qızı Rum şahının oğ­luna verməkmiş. Qız darıxmasın deyə, Bakı kəndlərindən abır­lı-həyalı qırx incəbel qız seçib onun xidmətinə verirlər. Amma Maral qızlara deyir ki, tək qalıb zikr və dua etmək istəyir. Beləcə, hücrələrdən birinə çəkilib zikr etməyə başlayır. Allaha onu bu məhbəsdən qurtarması üçün gecə-gündüz dua edir. Günlərin birində, gecə vaxtı qalanın pəncərəsindən içəri bir işıq düşür. İşıq böyük bir canavara çevrilir. Qız bərk qorxur. Canavar dil açıb qıza deyir:


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin