QəLƏNDƏr aslanov- tunc döVRÜNÜn yolçusu



Yüklə 62,62 Kb.
tarix22.10.2017
ölçüsü62,62 Kb.
#11320

83

Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4




QƏLƏNDƏR ASLANOV- TUNC VRÜNÜN YOLÇUSU

Qara Əhmədov (Azərbaycan EA Arxeologiya və Etnoqrafiya Institutu)
Azərbaycan arxeologiyasında istedadlı və bacarıqh tədqiqatçı Qələndər Qədir oğlu

Aslanovun özünəməxsus yeri vardır.

Ulularımızdan miras qalan tarixi abidələrimizin mühafızəsi və təbliği sahəsində onun xidmətləri xüsusilə böyük olmuşdur. Qısa ömür yaşamasına, gənc yaşlarında və ömrünün yetkinlik illərində uzun sürən ağır xəstəlik keçirməsinə baxmayaraq, o, Azərbaycan arxeologiyasmın inkişafı sahəsində çox iş görə bilmiş, maddi mədəniyyətimizə aid müxtəlif mövzularda xeyli əsər nəşr etdirmişdir. Q.Q.Aslanov Azərbaycanm ucqar qərb bölgələrindən birində - Gədəbəydə 1935-ci ildə kəndli ailəsində doğulmuşdur. Ibtidai və orta təhsilini 1942-1953-cü illərdə öz doğma kəndlərində - Böyük-Qaramuradda, Füzuli adına orta məktəbdə almışdır. 1953-CÜ-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji institutunun tarix-fılologiya fakültəsində oxumuş, /tələbə ikən ağır xəstələnməsinə və bir il möhlət götürməsinə baxmayaraq təhsilini uğurla başa vura bilmişdir/ sonra Azərbaycan Elmlər Akademiyası Tarix muzeyində ekskursiya aparan və kiçik elmi işçi vəzifələrində çalışmış, 1964-cü ildə isə arxeologiya ixtisası üzrə muzeyin aspiranturasına daxil olmuşdur. Aspiranturanı qurtardıqdan sonra muzeydə yenə də kiçik elmi işçı' işləmiş /1967-ci il iyul-dekabr ayları/ və həmin ilin dekabr ayından köçürmə yolu ilə Azərbaycan SSR Mədəniyyət Nazirliynin Təsviri incəsənət, abidələrin mühafizəsi və muzeylər idarəsinə məsul işə - baş müfəttiş vəzifəsinə qəbul olunmuşdur. 1969-cu ildə ona Nardaran Dövlət memarlıq qoruğunun direktoru vəzifəsi tapşırılmışdır. Nazirlikdə işlədiyi müddətdə /1967-1970/ tarixi abidələrin qeydə alınması, mühafızəsi və təbliği işində fəal iştirak etmişdir. Lakin o, elmi işindən də aynlmamışdır. 1970-ci ildən Azərbaycan SSR EA Tarix institutuna kiçik elmi işçi vəzifəsinəə qəbul olunmuş və ömrunün sonuna kimi, burada, Qədim arxeologiya şöbəsində çalışmışdır. O, bir sıra arxeoloji ekspedisiyalann /Bakı, Xaçbulaq, Şamxor və s./ iştirakçısı olmuş, özünü işgüzar arxeoloq kimi göstərmiş, bir-birinin ardınca xeyli elmi məqalə çap etdirmişdir. Onu əsasən Abşeron, Gədəbəy və Şamxorun son tunc və dəmir dövrü abidələri maraqlandırmışdır. Xüsusilə Şamxor arxeoloji abidələrinin tədqiqində daha parlaq fəaliyyət göstərmiş, qazıntılarla burada sarmat-massaget-alan dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkara çıxarmışdır. Çox təəssüf ki, xəstəlik və amansız ölüm ona tariximiz üçün çox faydalı olan bu işi başa çatdırmağa imkan verməmişdi. Q.Q.Aslanov çox məhsuldar işləyən bir alim olmaqla, yaddaşlarda həmişə qalan yaxşı yoldaş və gözəl insan idi. Allah ona rəhmət eləsin.


Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4




O.O.ASLANOVUN NƏSR OLUNMUS ƏSƏRLƏRİNİN SİYAHISI

1964


1. Avaztəpədən tapılmış tunc balta. Azərb.SSR EA Məruzələri. XX с, №1

1964


2. Yardımlıdan tapılan bir küp qəbiri haqqında. Tarix, ictimaiyyət, coğrafiya tədrisi.
№5. Bakı.

1967


3. Nənələrimizin bəzəyi. Azərbaycan qadını. №1.

1968


  1. Maddi mədəniyyət abidələrini qorumaq ümumxalq işidir. Mədəni-maarif işi.№2. Bakı.

  2. Gədəbəydən tapılmış tunc quş fıqurları. Azərbaycan qadını №3. Bakı.

  3. Mədəniyyət abidələrimiz öyrənilir. Mədəni-maarif işi №3-4. Bakı.

1969

7. Azərbaycandan tapılmış son tunc dövrünün tunc bəzəkləri. Azərbaycan qadmı. №8. Bakı.

1971

8. О литейной форме из Кедабекского района. МСПИАИ 1970 г. в Азербайджане. Баку.



1972

  1. Работы на Хачбулагском яйлаге. АО 1971, Москва (H.Cəfərov və H.Kəsəmənli ilə birlikdə).

  2. Исследования в Хачбулаге. ТД СПИПАЭИА 1971. Баку (H.P.Kəsəmənli ilə birlikdə).

  3. Исследование в Хачбулагском яйлаге. ТД СПИПАИ 1971, Археологические секции. Москва (H.P.Kəsəmənli ilə birlikdə).

  4. Xaçbulaqda arxeoloji tədqiqatlar. 1971-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafık tədqiqatlar. Bakı. (H.P.Kəsəmənli ilə birlikdə).

1973

  1. Böyük Qaramurad kəndində tapılmış yeni arxeoloji materiallar. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. №2.

  2. Археологические исследования Хачбулагского отряда в 1972 г. Итоги полевых археологических и этнографических исследований за 1972 г. в Азерб.ССР. Тезисы докл. Баку.

1974

  1. Археологические исследования Хачбулагского отряда. АЕИА 1973, Баку (H.Cəfərov, S.Qaşqay və H.Kəsəmənli ilə birlikdə).

  2. Сооружение эпохи бронзы у поселений Агдашдюзи 1 на Апшероне. АО 1973, Москва (Qardaşxan Aslanovla birlikdə).

1975

  1. Археологические исследованийа на Апшероне. АЕИА 1974. Баку.

  2. Новые материалы Ходжалы-кедабекской культуры. АЕИА 1974, Баку (в соавторстве с И.Ф.Джафаровым).

  3. Xaçbulaqda tədqiq olunmuş bir qrup daş qutu qəbirləri haqqında. Azərb.SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası.№l.(H..Kəsəmənli ilə birlikdə).

1976

  1. Maddi mədəniyyət nümunələrimiz dünya muzeylərində. Mədəni-maarif işi. №4. Bakı.

  2. Племена сармато-массагато-аланского круга в Азербайджане. Древний Восток, вып.2. Ереван (в соавторстве с И.Г.Алиевым).

  3. Новые памятники в районе строительства Шамхорской ГЭС. АО 1975 г., Москва (H.Kəsəmənli, S.Qaşqay və H.Cəfərovla birlikdə).

  4. Xaçbulaqdan tapılmış bəzi tunc silahlar haqqmda. Azərb.SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. №2 /H.P.Kəsəmənli ilə şərikli/.

Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4


1977

24. Şamxor rayonundan aşkar olunan arxeoloji yadigarlar. Tarix, ictimaiyyət, coğrafiya tədrisi.


№2. Bakı.

1978


25. Археологические работы в зоне строителства Шамхорской ГЭС. АЕИА 1975, Баку
(H.Kəsəmənli, H.Cəfərov və M.Hüseynova ilə birlikdə).

1979


26. Случайная находка из Шамхорского района. АЕИА 1976. Баку.

1980


27. Gədəbəy rayonundan son tunc dövrünə aid arxeoloji tapıntılar. AMM IX c, Baki.

1982


  1. Azərbaycanın tunc təbərzin baltaları. Baki.

  2. Археологические исследованийа на территории Шамхор ГЭС. АЕИА 1978. Баку.

1986

30. Шамхорский могильник. Баку.
Yüklə 62,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin