İslam tarixlərində yazılmışdır. İsrail oğullarının da tarixlərində yazılmışdır. Nuh peyğəmbər yer üzünü cənubdan şimala doğru üç hissəyə ayırmışdı.
Birinci hissəni öz oğullarından Hama vermişdi. Ham Sudanın atasıdır. Ortadakı qismi yenə öz oğlu olan Sama bağışlamışdı. Sam da ərəblərlə farsların atasıdır.
Nuh peyğəmbər dünyanın üçüncü qismini isə oğullarından Yafəsə vermişdir. Bu ölkələri oğlu Yafəsə verdiyi üçün bu oğlunu da dünyanın şərq tərəfinə göndərmişdi. Türklər Yafəsə Əbulca xan deyirlər, amma onun Nuh peyğəmbərin oğlu olduğunu da bilmirlər. Bununla bərabər bu türk xanının Yafəslə eyni dövrdə yaşadığını, onunla qohum olduğunu bilirlər. Moğolların hamısı, türk qəbilələri və bütün köçərilər onun nəslindən gəlirlər” (Ögəl, 2006, s. 162).
Moğollar türk şəcərənamələrində tatar türklərinin 30 boyundan, “Xannamə”də isə özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər (Ögəl, 2006, s. 395).
Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göytürklərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingiznamə”də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-üstə düşən son dərəcə maraqlı bir süjet də yer almaqdadır. N.Y.Biçurinin “Uyğurların mənşəyi” adlandırdığı hun əfsanəsi Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir:
Dostları ilə paylaş: |