1
Azərbaycan Dillər Universiteti
SƏRBƏST İŞ
TƏLƏBƏ: Rəsulova Bahar
İXTİSAS: Təhsildə sosial-psixoloji xidmət
FAKÜLTƏ: Təhsil 2
QRUP: 133
KURS: 1
FƏNN: Azərbaycan tarixi
MÜƏLLİM: Kərimov Namiq
SƏRBƏST İŞİN MÖVZUSU: Şah İsmayıl Xətai və Səfəvilər
dövlətinin yaranması
Bakı -2021
3
Giriş
1501-ci ildə əsası Şah İsmayıl tərəfindən qoyulmuş Azərbaycan Səfəvi dövləti
1736-cı ilədək mövcud olmuş, XVI-XVII yüzilliklərdə beynəlxalq münasibətlər
sistemində önəmli yer tutmuş, Şərq-Qərb iqtisadi-siyasi əlaqələrinin qurulmasında
mühüm rol oynamışdır.
Mərkəzləşdirilmiş Azərbaycan
dövlətinin yaradılmasına nail olmaqla
sosial-iqtisadi
inkişafın
müxtəlif
pillələrində olan, dil, mədəniyyət və
din baxımından müxtəlif olan bir çox
xalqları vahid dövlət hakimiyyətində
birləşdirmiş, ölkədə iqtisadiyyatın və
mədəniyyətin inkişafını daha da sürətləndirmişdir.
Səfəvi dövlətinin mövcudluğu dövründə Azərbaycanın və Azərbaycan
xalqının Yaxın və Orta Şərqdə ən güclü etnosiyası amil kimi tarix səhifəsində rolu
artmış, xalqımızın müstəqillik və azadlıq ruhu daha da möhkəmlənmiş, qüdrətli və
möhtəşəm dövlətçilik ənənəsi yaranmışdır.
Təəssüflər olsun ki, dövlətçilik tariximizin bu şanlı səhifəsi uzun müddət
xarici ölkələrin tədqiqatçıları tərəfindən məqsədli şəkildə saxtalaşdırılmış və öz
dövlətlərinin məkrli siyasətlərinin təsiri ilə təhrif edilmişdir. Sovet rejimi dönəmində
də sovet ideoloqlarının təzyiqi ilə Səfəvi dövlətinin tarixi obyektiv, geniş və
hərtərəfli tədqiqatdan məhrum olmuşdur.
Məlum olduğu kimi XV əsrin sonunda Azərbaycan ərazisində Ağqoyunlu və
Şirvanşahlar dövlətləri mövcud idi. Bayandur şahzadələri arasındakı çəkişmələrdən,
müharibələrdən əziyyət çəkən Azərbaycan xalqı mərkəzləşmiş dövlət yaratmaq
uğrunda mübarizədə Səfəviyyə hərəkatına qoşularaq 1499- cu ildə Ərdəbil
4
şeyxlərinin varisi İsmayılın ətrafında birləşərək siyasi mübarizəyə başladılar. 1500-
cü ilin yazında qızılbaşlar İsmayılın başçılığı ilə Şirvanşah Fərrux Yasarın, 1501-ci
ilin ortalarında Şərur düzündə Əlvənd Mirzənin ordularını məğlubiyyətə uğradaraq
1501-ci ilin payızında Təbrizə daxil olub Azərbaycan Səfəvilər dövlətinin əsasını
qoydular. Şah İsmayıl 1503-cü ilin yazında Murad Mirzəni məğlubiyyətə
uğratmaqla Fars və İraq-i Əcəmin böyük bir hissəsini, 1508-ci ilə qədər Xorasan
istisna olmaqla İran torpaqlarını, 1510-cu il dekabrın 1-də Şeybani xanın qoşunlarını
darmadağın edərək Xorasanı ələ keçirdi. Beləliklə, I Şah İsmayıl ələ keçirdiyi bu
ölkələrdə siyasi birlik yaratmaqla Şərqdə böyük bir imperatorluq yaratdı. Bu dövlət
Yaxın və Orta Şərqin qüdrətli dövlətləri Osmanlı, Böyük Moğol və Şeybanilər
dövlətləri ilə 5 yanaşı yaşamağa və rəqabət aparmağa qadir olan bir dövlətə çevrildi.
Azərbaycan Səfəvi dövləti həyata keçirdiyi tədbirlər nəticəsində XVI-XVII
əsrlərdə ölkənin hərbi-siyasi qüdrətini möhkəmləndirdi, iqtisadiyyatın əsas
sahələri olan kənd təsərrüfatının, sənətkarlıq sahələrinin, daxili və xarici ticarətin
inkişafında mühüm irəliləyişlərə nail oldu. Nəticədə ölkənin ictimai, iqtisadi,
siyasi və mədəni həyatında böyük dəyişikliklər baş verdi. Qərbi Avropa ölkələri
və Rusiya dövləti ilə qarşılıqlı münasibətləri inkişaf etdirərək diplomatik və
ticarət əlaqələrini daha da genişləndirdi.