1.2 Səfəvilər dövlətinin süqutu - XVII əsrdə ənənəvi düşmənləri Osmanlılar
və Şeybanilər ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək
məcburiyyətində qaldı. Moskva Knyazlığı Altınorda Xanlığının davamı olan
Astraxan, Qazan, Sibir Küçüm və Noqay Xanlıqlarını aradan qaldırmış, nüfuzunu
Qafqaz və Orta Asiyaya qədər yaymışdı. Babür Dövləti isə Qəndəhar və Heratı işğal
edərək daha əvvəl Azərbaycan idarəsindəki Əfqanıstana sızmağa başlamışdı.Bütün
bunlardan başqa 17-ci əsr boyunca Şərq — Qərb arasındakı ticarət yolu dəyişmiş,
Avropalıların kəşfləri və Osmanlıların dənizdə həddindən artıq səfərləri nəticəsində
Azərbaycandan uzaqlaşmışdı. I Şah Abbasın ordusunu ödənişli qulam (yığma)
sisteminə çevirməsi qısa vəd edə işə yaradısa da, sonrakı əsrdə əyalətlər üzərindəki
təzyiq və ağır vergilərlə birlikdə ölkənin sosyal — iqtisadi gücünün zəifləməsinə
gətirib çıxardı.
Ölkə tez-tez, mərkəzdən uzaq sərhəd boylarında basqınlara uğramağa başladı.
1698-ci ilfə Kirman əyaləti Beluclar tərəfindən, 1717-ci ildə Xorasan əfqanlar
tərəfindən və Mesopotamiya Ərəb bədəviləri tərəfindən zəbt və qarətlərə
uğradı.Səfəvi dövlətinin zəifləməsindən itifadə edən əfqanlar fəallaşmağa başladılar.
Gilzayi Mir Üveys Hotaki, Qandəharın Səfəvi hakimi Gürgən xana qarşı qiyam
qaldırdı və üzərinə göndərilən Səfəvi ordusunu məğlub etdi. 1722-ci ildə Mir
Üveysin oğlu Mir Mahmud Səfəvilərin paytaxtı İsfahanı ələ keçirərərək özünü İran
şahı elan etdi.
9
Əfqanlar, on ildən çox bir müddətdə zəbt etdikləri Azərbaycan torpaqlarından
çıxarılamadılar. I Şah Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülən Əfşar
Türkmanlarının bəyi və Səfəvilərin ən təsirli komandiri Nadir Xan (sonrakı Nadir
Şah) nəhayət 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlubiyyətə uğratdı və
Azərbaycandan çıxardı. Lakin əfqanlar hələdə Səfəvi torpaqlarına daxil olub talanlar
törədirdilər. Bu səbəbdən 1738-ci ildə Nadir Şah başda Qəndəhər olmaq üzrə təkrar
Şərq İranı fəth etdi. Qəndəharın ələ keçirilməsi ilə əfqanlar tamamilə məğlubiyyətə
uğradıldılar.Nadir həmin ildə Qəznə, Kabul və Lahoru fəth etdi.
Nadir şah 1732-ci ildə II Şah Təhmasibi (1722–1732) taxtsan salaraq onun
oğlu III Şah Abbası hakimiyyətə gətirdi. Nəhayət 1736-cı ildə, onsuz da əlində olan
iqtidar çəryini istifadə edərək özünü Azərbaycan və İranın şahı elan etdi. Bununla
da 1736-cı ildə Səfəvi xanədanı süquta uğramışdır. 1747-ci ildə Nadir Şahın sui-
qəsd nəticəsində öldürülməsi ilə Səfəvilər yenidən şahlığı ələ keçirdilər. Əslində isə
dövləti III Şah İsmayılın adından Kərim xan Zənd idarə edirdi. Lakin Zənd
xanədanının da ömrü uzun sürmədi. 1794-cü ildə Qacarlar tərəfindən Zəndlər
sülaləsinin hakimiyyətinə son qoyuldu.
Dostları ilə paylaş: |