1.1 Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri
Ağqoyunluların zəiflədiyi bir
şəraitdə ölkədəki pərakəndəliyi aradan
qaldırmaq və Azərbaycan torpaqlarını
siyasi cəhətdən birləşdirmək zərurəti
yaranmışdı.
Səfəvilər
xalqı
öz
tərəflərinə
çəkmək
üçün
ədalətli
qaydalar vəd edirdilər. Xalq şiəlik
5
hərəkatina öz xilaskarı kimi baxır
və
Səfəvilərin
hakimiyyət
uğrunda mübərizəsinə yardımçı
olurdular.
Tədqiqatçılar
Səfəvilərin
tarixini dörd dövrə bölür. I dövr
XIII əsrin sonlarından 1447-ci ilə
qədər davam edir. Bu dövrdə
Səfəvilər şiəliyi yayır, xalq
kütlələrinin antifeodal hərəkatına
başçılıq etməyə çalışırlar. Lakin bu dövrdə Səfəvilərin hakimiyyəti Ərdəbil
mahalından kənara çıxmır.
II dövr - 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müstəqil ruhani
feodalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayırlar.
III dövr - 1501-1587-ci illər. Həmin illərdə Səfəvilərin hakimiyyəti yaranır,
möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatında mühüm rol
oynayırlar. IV dövr isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi dövlətinin
mərkəzi Təbrizdən İsfahana köçürülür. Dövlətin mahiyyəti dəyişilir. Bu bölgü
əsasında belə nəticəyə gəlirik ki,Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə
qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər götürülməlidir.
Göründüyü kimi, Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən başlanır. Həmin dövr
ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən artıq bir dövrdə
Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaqla, onların birləşdirilməsində
mühüm rol oynamışdır. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş
Azərbaycan dövlətinin yaradılmasında rüşeym olmuşdur (2, s. 393-394).
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdəbilə yola düşdü.
Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk növbədə Şirvanşahlar dövlətinə
6
zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal 3 düşmənlə-Ağqoyunlu
Əlvənd Mirzə və Muradla, onları müdafiə edən Fərrux Yasarla toqquşmalı olardı.
Bu halda qələbə şübhəli idi. 1500-cü ilin payızında qızılbaş qoşunu Kürü keçib,
Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şirvanı müdafiə etməkdə acizlik
göstərərək Qəbələyə qaçdı. 1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər
aralı, Cabanı adlı yerdə döyüşdə Şirvanşahlar məğlub oldu, Fərrux Yasar öldürüldü.
Döyüşdən sağ çıxan oğlu İbrahim Şeyx Şah isə Gilana qaçdı. Şirvanşahlar xəzinəsi
və möhtəşəm Şirvanşahlar sarayı Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən
xarici aləmlə bağlı idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı dərin xəndəklər
müdafiə edirdi.
1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək üçün sərkərdələri
Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərdi. Onlar qalanın təslim
olmasını tələb etdilər. Fərrux Yasarın oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində
müqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O verilən təklifi rədd
etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi məsləhət görən Bakı darğası Əbdül
Fəttahı edam etdirdi. Müqaviməti görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı
sərkərdəsi Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri ilə qızılbaşlar
qala divarları altından lağım atıb bürclərdən birini uçurduqdan sonra şəhərə daxil
oldular. İsmayıl buradan Gülüstan qalasına doğru irəlilədi. Qala güclü müdafiə
olunurdu. İsmayıl qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü
qüvvə ilə yürüşə başlaması xəbərini almışdı. İsmayıl və əyanlar Təbriz taxtını
Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini qurmağı başlıca vəzifə
hesab edirdilər. 1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş oldu. Əlvənd
sayca üstün olan qoşununun qaçmaması üçün dəvələri bir-birinə zəncirləyərək bir
dairə yaradıb qızılbaşları ora salıb əzmək istəyirdi, lakin bu tədbir özünə qarşı
çevrildi. Əlvənd Ərzincana qaçmaqla xilas oldu.
7
Bundan sonra 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və
özünü şah elan etdi (1501-1524), adına xütbə oxutdurdu, sikkə zərb etdirdi və
Azərbaycan taxt-tacına yiyələndi. Beləliklə, paytaxtı Təbriz olmaqla Azərbaycan
Səfəvi dövlətinin əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkil
edirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Ordu
əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun içərisində
və qismən diplomatik yazışmada Azərbaycan dili işlədilirdi (2, s. 403).
Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayılın rolu müstəsnadır. 1503-
cü ilin yazında Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndərib
Səfəvilərlə Ağqoyunluların qohum olduğunu xatırlatdı və tabe olmasını tələb etdi və
ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabı aldı. İsmayıl 12 min nəfərlik qoşunla
Təbrizdən çıxaraq Qızılüzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı
yerə çatdı. 1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olan
Ağqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı Şah İsmayıl təqib edərək İranın
içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-
ci qoluna son qoyuldu. İsmayıl İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi.
Həmin ildə Şah İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə Yəzdə və
Kirmana yiyələndi, 1508-1510-cu illərdə Şah İsmayıl, Xorasan istisna olmaqla,
bütün İranı və Ərəb İraqını tabe edərək öz hakimiyyəti altında birləşdirdi (3, s. 208).
Səfəvi dövləti şərqdə Şeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu ilə
həmsərhəd oldu.
1507-1508-ci illərdə Şeybani xan Xorasanı tutmuş və İsmayıla göndərdiyi
məktubda tabe olmasını, hakimiyyətdən əl çəkməsini tələb etdi. Şah İsmayıl
Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasını
möhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuz həmlədən sonra
hiylə işlətdi-Şeybani xanın qoşununu qaladan çıxarıb döyüşü səhrada keçirmək üçün
ağıllı tatika etdi. Hiyləni başa düşən özbək sərkərdələri Şeybani xanın Mərvdən
8
çıxmasını məsləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq,
qızılbaşları təqib edərək çayı keçdi və İsmayılın əsas qüvvələri ilə üz-üzə gəldi.
1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 min nəfər özbək qoşunu qırıldı.
Şeybani xan özü də öldürüldü. Amudəryadan Fərat çayına qədər geniş ərazi
İsmayılın hakimiyyəti altına keçdi.
Dostları ilə paylaş: |