Bundan sonra oğlan anası ilə birlikdə babasının yanına qayıtdı (Гуревич, 1977, с. 95-97).
Birinci variantdan fərqli olaraq, daha arxaik olan bu variantda nə rusların, nə də rus-kazakların izi-tozu belə yoxdur. Bu da təbiidir. Çünki bu dastan rusların Sibiri işğalından çox-çox öncələr yaranmışdır.
Saxa-yakut türklərinin təsəvvürünə görə, usunlar (hosunlar) nəhəng, ucaboy olmuşlar. Ola bilsin ki, “usun” etnoniminin kökündə də elə bu keyfiyyət durur: usun-uzun (uca). Əgər bu belədirsə, o zaman Azərbaycanda qeydə alınmış bir mifoloji mətni də usunlarla əlaqələndirmək olar. Həmin mətnin məzmunu belədir:
Qavaxlar uzuxlar oluflar. Çox hündür iymişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uzuxdu. El arasında timsaldı da. Uzuxlar bizim əjdadlarımız oluflar. Özü də çox yaşamışlar, yüz il, iki yüz il, üç yüz il.
Belə eşitmişəm ki, günnərin bir günündə uzuxlardan biri meşəyə odun qırmağa gedifmiş. Orada gözünə qəribə bir şey dəyir. Bapbalaca. Oyucuna alıf evə gətirir. Bütün uzuxlar da onun başına toflaşırlar. Başlayırlar bu əcayib şeyə baxmağa. Birdən onnarın bir ağsaqqalı qavağa gəlif deyir:
- Bu əcayıf şey deyil. İnsandı. Vaxt gələjək, bunnar yer üzünü götürəjəy. Bizi də əvəz edəjəylər.
Dostları ilə paylaş: |