Türk miLLİ KÜLTÜRÜ İslam türk döVRÜNDƏ TÜrk küLTÜRÜ(*)



Yüklə 0,66 Mb.
səhifə9/27
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#104028
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
c. Ə d l i y y ə
Ədliyyə şəri yarğı və örfi yarğı olaraq ikiyə ayrılmışdı. Qazılar şəri da­valara baxaraq, başlarındakı "qazi-l-quzat" (qazılar qazısı, baş qazı) mər­kəzdə (səlcuqlu dövründə Bağdadda) məhkəmə başqanı kimi bütün qazılara nəzarət edirdi. Tərəkə, xeyriyyəçilik işləri və vəqflərin idarəsi, vəqfiyələrin tənzimi də qazılara aiddi. Hənəfi və şafıi fıqhi (hüququ) əsaslarına görə müamilə yürü­dən qazıların hökmləri kəsindi, pozula bilməzdi. Ancaq bir qazının bilərək yanlış verdiyi bir hökm digər bir neçə qazı tərəfindən imzalı açıqlamalarla sultana ərz edilirdi. Örfi və qanuni məsələləri həll etməklə vəzifəli ayrı məh­kəmələr vardı. Başında "əmiri-dad" və ya dadbəgin (ədliyyə naziri) və əyalət­də bunun naibləri və inzibat məmurlarının bulunduğu bu təşkilatın üstündə, ağır siyasi suçlar sultanın başqanlığındaki məhkəmə, yəni divani-məzalimdə (və ya türkcə yuvuluk us-sultan)38 hökmə bağlanırdı. Əyalətlərdə vəzir, vilayətlərdə vali, nahiyələrdə rəis, iqta ərazisində iqta sahibi hökmdarın təmsilçiləri idilər. Ordu mənsublarının davaları "qazıəsgər"lər tərəfindən görülürdü. Misirdə Sul­tan Bəybars bir yenilik etmiş, 4 sünni məzhəb üçün ayrı-ayrı qazıların başına 4 ayrı "qazi-l-quzat" təyin etmişdi ki, bu da şəri yöndən ədalətə işarət sayıl­mışdı. Burada vurğulanası nöqtə ədliyyə işlərindən sorumlu şəxslərin böyük divan və ya əyalət divanları ilə, yəni hökumət ilə ilgiləri bulunmaması­dır. Be­ləliklə, hər hansı bir siyasi və ya idari basqıya məruz qalmadan ədaləti yürüt­mək mümkün olmaqda idi.

Qısaca açıqlamağa çalışdığımız bu hökumət təşkilatı bəzi ufaq fərqlərlə və yer-yer isimlər dəyişməklə birlikdə funksiyalarını bir-birinə yaxın şəkildə da­vam etmək üzrə, osmanlılara qədər türk-islam dövlətlərində, hətta Orta Şərq monqol təşkilatında mövcud olmuşdur. Dəyişiklik bilxassə Misirdə görül­mək­dədir. Sultan Bəybars zamanında katib üs-sirr, naqib ül-cüyuş, dəvadar kimi yeni vəzifəlilər təyin edilmiş və ən-Nasir Məhəmməd (ölümü 1309) tərəfindən mü­hüm bölgələr "Naib üs-səltənə" deyilən ümumi valilərin idarəsinə verilmişdi. Məqsəd bütün icra yetkisini sultanın əlində toplamaqdı. Hətta eyni səbəbdən bir ara vəzirlik də ləğv edilərək bu vəzifə üç dairəyə ayrılmışdı. Sonra yenə əsl idarə nüfuzu vəzirdən də irəli bir əhəmiyyət qazanan ustad üd-dara keç­mişdi.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin