TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə78/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   74   75   76   77   78   79   80   81   ...   116
4. Fəlsəfi məsələlər
Fəlsəfə (yun. “philo”-“sevirəm”, “sophia”-“müdriklik”) – varlığa ən umumi baxışlar sistemi, təbiətin, cəmiyyətin və təfəkkürün ən ümümi inkişaf qanunları haqqında elmdir. Fəlsəfə bəşər tarixində mifologiya və dinlərdən sonra daha mükəmməl və elmi dünyagörüşü kimi meydana çıxmış, ilk yaranan elm, “elmlər elmi”, “elmlərin şahı” kimi qiymətləndi-rilmişdir. Həqiqətən də qədim dövrdə fəlsəfə çoxsahəli (təbiət, cəmiyyət, iqtisadiyyat, hüquq və s.) bilikləri ehtiva edən universal elm kimi mövcud olmuşdur. Bəşəriyyətin sonrakı inkişafında ayrı-ayrı elm sahələri (fizika, riyaziyyat, coğrafiya, tarix, sosiologiya, iqtisadiyyat, hüquq, psixologiya və s.) fəlsəfədən ayrılaraq müstəqil elmlər kimi formalaşmışdır. Fəlsəfə isə həmin elmlərin birbaşa öyrənmədiyi ən ümumi varlıq və inkişaf məsələlərini öyrənən elm kimi qalmışdır. Hətta XIX əsrin əvvəllərində digər elm sahələrinin mövcud olduğu halda fəlsəfəyə ehtiyacın olmadığı ideyasını irəli sürən “pozitivizm” (O.Kont (1798-1857), C.S.Mill (1806-73), Spenser (1820-1903), M.Şlik (1882-1936), F.Frank (1884-1966), R.Karnap (1891-1970), H.Reyxenbax (1891-1953) və b.) cərəyanı da meydana çıxmışdır. Lakin bəşəriyyətin sonrakı inkişafı fəlsəfənin cəmiyyətin həyatında və inkişafında yenə də böyük rol oynadığını göstərmişdir.

Şüurun varlığa münasibəti fəlsəfənin əsas məsələsi hesab olunur. Bu məsələ iki tərəfdən araşdırılır: 1) Materiya birincidir, yoxsa ideya? 2) Varlıq şüur tərəfindən dərk olunandırmı? Bu məsələdə fəlsəfə materialist idealist cərəyanlara ayrılır. Materializmə görə materiya (maddilik), idealizmə görə ideya (qeyri-maddilik, mənəvilik, şüur, ilahi qüvvə) birincidir. Materializmə (E.Heraklit (e.ə.544-483), Demokrit (e.ə.460-370), Epikür (e.ə.341-270), F.Bekon (1561-1626), Lamerti (1709-51), Didro (1713-84), P.A.Holbax (1723-89), K.A.Helvetsi (1715-71), L.Feyerbax (1804-72), K.Marks (1818-83), F.Engels (1820-95) və b.) görə qeyri-maddi nə varsa (məsələn, müxtəlif qüvvə sahələri, elektromaqnit qalğaları, şüur və s.) mənbəyi maddədir, maddiliyin məhsu-ludur. İdealizmin isə obyektiv subyektiv formaları fərqlən-dirilir. Obyektiv idealizmdə (Sokrat (e.ə.469-399), Platon (e.ə.428/7-348/7), Leybnist (1646-1716), Şelleinq (1775-1858), Hegel (1770-1831), A.Şopenhauer (1788-1860) və b.) ideya materiyanın (maddiliyin) əsasında dayanan obyekt kimi qəbul olunur. Subyektiv idealizmdə isə (C.Berkli (1685-1753), D.Yum (1711-76), İ.Q.Fixte (1762-1814) və b.) birinci olan ideya fərdiləşdirilir, subyekt kimi qəbul olunur.

Fəlsəfədə idealizmlə materializm arasında “aralıq” möv-qeli fəlsəfi cərəyanlar da meydana çıxmışdır. Bunların ən geniş yayılmışlarından dualizmipanteizmi göstərmək olar. Du-alizmə görə (Dekart (1596-1650), Kant (1724-1804) və b.) maddilik və qeyri maddilik biri-birindən asılı olmayan, ayrı-ayrılıqda müstəqil başlanğıclara malik substansiyalardır. Panteizmdə isə (C.Bruno (1548-1600), Spinoza (1632-77), İ.Q.Herder (1744-1803), İ.Göte (1749-1832), İ.S.Eruigena (810-77), N.Malbranş (1638-1715) və b., Şərqin sufi mü-təfəkkirləri: M.Həllac (858-920), B.K.Bakuvi (933/4-1074), E.Həmədani (1099-1131), Ş.Təbrizi (1185-1248), C.Rumi (1207-1273), M.Şəbüstəri (1287-1320), Y.Qarabaği (?-1645) və b.) Allahla təbiət (materiya, varlıq) eyniləşdirilir. Burada Allah anlayışı ilə təbiət (materiya, varlıq) anlayışının ortaq əlamətləri (yaradılmazlıq, əbədilik, qanunlarının hakimliyi, dəyişməzliyi, hər yerdə həmişə mövcudluğu, dərkolunmazlıq, qeyri-maddiliyə bağlılıq və s.) əsas rol oynamışdır. Panteizm bəzən materializmə (“Allah təbiətdədir” prinsipi ilə), bəzən də obyektiv idealizmə (“təbiət Allahdadır” prinsipi ilə) aid fəlsəfi cərəyan kimi özünü göstərir.

İstər idealist, istər materialist, istərsə də dini dünyagörüşü-nün ən ümumi cəhəti ondan ibarətdir ki, bu dünyagörüşlərinin hər birində yaradılmaz başlanğıc (idealizmdə mütləq ideya, materializmdə materiya, dində Allah) qəbul olunur. Deməli “yaradılmazlıq problemi” heç bir halda həll olunmur, çünki yoxluq təsəvvür olunan deyil. Bu isə əslində varlığın insan şüuru tərəfindən dərkolunmaz olduğuna gətirib çıxarır.

Umumilikdə fəlsəfi görüşlərin ideologiyalarda rolu böyük olsa da, fəlsəfənin əsas məsələsinin necə həll olunmasının, baş-qa sözlə, idealist və ya materialist olmağın bir çox ideologiya-ların əsas ideyalarının qəbul olunması və həyata keçirilməsi baxımından o qədər də əhəmiyyəti yoxdur. Yəni, həmin ideolo-giyalar bu məsələdə neytral və ya pozitivist mövqedə dayanır. Lakin, fəlsəfənin əsas məsələsinin həllində neytral olmayan ideologiyalar da var. Məsələn, aydındır ki, dini təmayüllü ideo-logiyalar idealist fəlsəfi görüşlər tələb edir. Çünki, materialist (ateist) fəlsəfi görüşlər dini dünyagörüşünə tamamı ilə ziddir.

Fəlsəfənin əsas məsələsinin həllində neytral olmayan ide-ologiyalardan biri də marksizmdir. Burada materialist fəlsəfə əsas götürülür və hətta bu ideologiyanaın əsas ideyasının (inqilab yolu ilə ictimai mülkiyyətə əsaslanan sinifsiz cəmiyyət qurmaq) həyata keçirilməsinin yalnız materialist (ateist) dün-yagörüşü ilə mümkün ola biləcəyi də nəzəri cəhətdən əsaslan-dırılmağa çalışılır. Guya idealist dünyagörüşlü insanların in-qilabçı-sosialist ideyalarını qəbul etməsi mümkün deyil. Çünki, idealist dünyagörüşü insanlarda təslimçilik yaradır, kapitaliz-mlə barışmağa, ona bəraət qazandırmağa gətirib çıxarır. Əs-lində isə bu prinsip marksizmin zəif tərəfi olmaqla kifayət qədər cəlbedici ideyalar olan inqilabçı-sosialist ideyalarının daha geniş yayılmasına tarixən süni bir əngəl olmuşdur. Belə ki, idealistlərin inqilabçı-sosialist ideyalarını qəbul etməsində nəzəri cəhətdən elə bir ziddiyyət yoxdur. Təsadüfi deyil ki, tarixən inqilabçı-sosialist ideyalarını qəbul etmiş insanların heç də hamısı ateist olmamışdır, əksinə, bəlkə də çoxu idealist düşüncəli insanlar olmuşdur.

Milli ideologiyaları, o cümlədən türk millətçiliyini fəlsə-fənin əsas məsələsinin həlli baxımında neytral ideologiyalara aid etmək olar. Belə ki, bu ideologiyaların ideoloqları arasında həm materialist, həm də idealist dünyagörüşlü mütəfəkkirlər olmuşdur. Eyni zamanda milli ideologiyanın həm materialist, həm də idealist dünyagörüşlü daşıyıcıları ola bilər. Əsas şərt isə fikir azadlığını və tolerantlığı gözləmək, məcburiyyətə və qadağalara yol verməməkdir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin