TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə53/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   49   50   51   52   53   54   55   56   ...   116
Milli siyasət
Milli siyasət dedikdə milli məsələlərin həllinə yönəlmiş si-yasət başa düşülür. Milli ideologiyaya əsaslanan milli siyasətə MMD-i qoruyub-yaşatmağa və yüksəltməyə, milli şüurun inki-şafına və milli dövlət quruculuğuna yönəlmiş siyasət daxildir. MMD-i qorumaq, yaşatmaq və mədəni səviyyəyə yüksəltmək isə, öncə qeyd etdiyimiz kimi həmin dəyərlərin yüksək səviy-yədə tədqiqi, tədrisi və təbliği ilə gerçəkləşdirilir.

MMD-in birinci və ən mühüm elementi dil olduğundan milli siyasətin ən mühüm tərkib hissəsi də məhz dil siyasətidir. Müasir dövrdə dövlətin hansı millətə məxsus olmasının birinci göstəricisi onun rəsmi dilidir. Lakin, rəsmi dövlət statusu olan dilin də ictimai mövqeyi, işlənmə səviyyəsi kifayət qədər yüksək olmalı, ölkə daxilində birinciliyi qorunmalıdır. Bu gün sovet imperiyası tərkibindən çıxmış türk dövlətlərində dövlət dilinin mövqeyi (xüsusən rus dili qarşısında) heç də qənaətbəxş deyil. Bunun əsas səbəblərindən biri rus imperiyasının türk xalqlarına qarşı zaman-zaman həyata keçirdiyi mədəni təcavüz-assimilyasiya siyasətinin müəyyən səviyyədə və formada bu gün də davam etməsidir. Rusiya dövləti hazırda Qazaxıstan, Qırğızıstan, Latviya, Litva və Belorusda rus dilinin rəsmən ikinci dövlət dili olmasına nail olub və digər kecmiş sovet respublikalarında da bunu həyata keçirməyə çalışır. Bu gün müstəqil Azərbaycan Respublikasında rus dilinin rəsmi statusu olmasa da bu dil ictimai həyatdakı mövqeyi və işlənmə səviyyəsinə görə sanki, ikinci rəsmi dil statusundadır. Hətta, bəzi hallarda dövlət dilini də üstələyir. Millətimizə qarşı bu mədəni təcavüzə ilk növbədə dövlətin bu sahədə xüsusi milli siyasətinin olmaması şərait yaradır. Rus dilinin bu imtiyazlı mövqeyi ictimai həyatın müxtəlif sahələrində özünü göstərir.

Bu gün rus dili orta və ali məktəblərdə xarici dillərdən ayrı tədris olunur. Belə ki, məktəblərdə digər xarici dillərdən (ingilis, fransız, alman, ərəb və s.) biri tədris olunduğu halda rus dili həmişə ona paralel tədris olunur. Hətta son illərə qədər rus dili qəbul imtahanlarında xarici dil blokuna daxil edilmirdi. Sanki, xarici dil deyildi. Bu gün bütün digər xarici dillərin tədrisi üçün yalnız bir ali məktəbin (Dillər Universiteti) olduğu halda, slavyan dillərinin, o cümlədən rus dilinin tədrisi üçün əlavə bir universitet (Slavyan Universiteti) yaradılmışdır. Bizim üçün daha vacib elm olan Türkologiya isə ən yaxşı halda bir kafedra səviyyəsində öyrənilir. Azərbaycanda Slavyan universitetindənsə, bir “Türkologiya Universiteti”nin açılması daha məqsədəuyğun olmazdımı? Onu da qeyd edək ki, Azərbaycanda yazılan “Rus dili” dərslikləri digər xarici dil dərsliklərindən fərqli olaraq ana dilimizdə yox, rus dilinin özündə yazılır. Sanki rus dili hələ də vahid dövlət dilidir.

Ali məktəblərdə ana dilimizdə dərslik problemi hələ də tam həll olunmayıb və dərslik kimi tələbələrə hələ də rusca ədəbiyyat (xüsusən texniki, təbiət və tibb elmləri sahəsində) tövsiyyə olunur. Halbuki, hazırda yeniyetmə və gənclərin əksəriyyəti rus dilini bilmir və bilməyə borclu da deyil.

Bakı şəhərindəki kitab mağazalarında kitabların böyük əksəriyyəti (təxminən 80-90 faizi) rus dilində olan (Rusiyadan gətirilən) kitablardır. Onların xeyli hissəsi uşaqlar üçün olan vəsaitlərdir. Doğrudanmı həmin kitablara bu qədər tələb var? M.F.Axundzadə adına Milli Kitabxanada da kitabların 80-90 faizi rus dilindədir və bu kitablar daimi olaraq Rusiyadan gə-tirilir. Həmin kitabxanada Türkiyə türkcəsində olan ədəbiy-yatın kataloqunda isə çox cüzi miqdarda kitab adı var. Və ümumiyyətlə ən yaxın münasibətdə olduğumuz qardaş Türkiyə Cümhuriyyətindən ölkəmizə kitabların gətirilməsi demək olar ki “sıfır” səviyyəsindədir. Halbuki, bu kitabların (xüsusən texnika, tibb, dilçilik və Türkologiya sahəsində) kütləvi surətdə Azərbaycana gətirilməsi (həm Milli Kitabxanaya, həm də satış üçün) respublikamızda elmin və milli şüurun inkişafına xeyli təkan vermiş olardı. Bu bir tərəfdən də ona görə əlverişlidir ki, bu kitabları oxumaq üçün xarici dil bilməyə ehtiyac yoxdur. Kitab oxuyan hər bir şəxs elə də çətinlik çəkmədən Türkiyə türkcəsində olan ədəbiyyatı oxuya bilər.

Bir neçə il öncəyə qədər telekanallarda rus dilində verilişlərin, o cümlədən bədii və cizgi filmlərinin yayımlanması adi bir hal idi. Yalnız müstəqilliyimizdən 16 il keçdikdən sonra (2008-ci ilin yanvarından) xarici dildə olan verilişlərin yayımlanması rəsmən yasaqlanmışdır. Lakin bu gecikmiş qərardan sonra belə Azərbaycan telekanallarında rəsmi görüşlərdə, mərasimlərdə olan rusca çıxışlar və bəzi rusca müsahibələr tərcüməsiz verilir. Hətta ilk vaxtlar digər xarici filmlər dublyaj olunduğu halda rus filmlərinin tərcüməsini titrlərlə vermək kimi yersiz və yararsız üsuldan istifadə edirdilər. Sanki, rus filmlərini dublyaj etmək günah idi. Halbuki, hələ sovetlər dövründə xeyli rus filmi Azərbaycan türkcəsində dublyaj edilmişdi.

Rus dilinin hakim mövqeyə malik olduğu sahələrdən biri də elektron vasitələrin (mobil telefon, kompüter və s.) menyü dilidir. Texniki cəhətdən mümkün olduğu halda bu sahədə ana dilimizə yer verilməməsi acınacaqlıdır. Yalnız bəzi cib telefonlarının son modellərində menyü dillərinə Azərbaycan türkcəsi də daxil edilib. Bu günə qədər bəzi kompüter proqramlarının Azərbaycan türkcəsində interfeys dil paketi hazırlanmış olsa da, nədənsə kütləvi istifadəyə buraxılmır. Sanki, bu sahədə rus dilini əvəz etmək günahdır.

Bu gün reklamlarda, küçə və divar elanlarında, idarələrdə, hətta dövlət müəssisələrinin (xüsusən xəstəxanaların) rəsmi sənədlərində, həmçinin rusdilli şəxslər tərəfindən şifahi nitqdə rus dilindən geninə-boluna istifadə edilir.

Respublikamızda rus dilinin bu cür imtiyazlı mövqeyi ilk növbədə milli şüurumuza mənfi təsir göstərərək, xalqımızda dilimizə və gələcəyimizə inamsızlıq yaradır və vətəndaşla-rımızda belə bir yanlış təsəvvür yaranır ki, elm və mədəniyyət dili məhz rus dilidir. Bu yanlış düşüncəylə onlar uşaqlarını məktəblərin rus bölmələrinə qoyurlar və beləliklə də millət assimilyasiyaya məruz qalır, milli hislərdən və milli mübari-zədən uzaqlaşır. Bu isə milli varlığımıza qarşı mübarizə aparan düşmənlərimizin öz məqsədlərinə çatmasına xidmət edir.

Ümumiyyətlə dil problemimiz yalnız rus dilinin hakim mövqeyi ilə məhdudlaşmır, əksər inkişaf etməkdə olan dövlətlərdə olduğu kimi bizdə də elm və təhsilin inkişaf etdirilməsində xarici dil baryeri mövcuddur. Bəs bu problemi necə həll etməli? Həmin problemdən söhbət düşəndə artıq bir ənənə halına gəlmiş bu fikri tez-tez eşidirik: “Gənclərimiz mütləq xarici dilləri öyrənməlidirlər”. Amma nədənsə bunun zərərli cəhətlərinə və problemin daha səmərəli həlli yollarının tapılmasına diqqət yetirilmir.

Aydındır ki, elmi-texniki tərəqqiyə görə Qərb ölkələri bizdən xeyli irəlidədir və biz təhsilimizi, elmimizi və elm tutumlu sənaye sahələrimizi inkişaf etdirmək üçün onlardan öyrənməliyik. Bunun üçün isə Qərb ölkələrinin dilini (xüsusən ingilis dilini) öyrənməyə məcburuq. Amma hansı miqyasda? Burada nəzəri cəhətdən iki variant mümkündür:


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin