ASPİRANT VƏ DİSSERTANTLARIN “İNFORMATİKA” KURSU ÜZRƏ
NAMİZƏDLİK MİNİMUMU İMTAHANININ TƏDRİS
P R O Q R A M I
1. Nəzəri hissə
1.1. Giriş. İnformatika kursunun məqsədi və predmeti. Azərbaycan Respublikasında informatikanın, hesablama texnikasının və informasiya texnologiyalarının meydana gəlməsi və təşəkkül tarixi haqqında. Elmi tədqiqat işlərinin yerinə yetirilməsində informasiya texnologiyalarının rolu və yeri.
1.2. Kompüterlər. Tərkibi və strukturu. İnformasiyanın kompüterdə işlənilməsi. Kompüter proqramları. Sistem və tətbiqi proqram təminatı.
1.3.Proqramlaşdırmanın və alqoritmləşdirmənin əsasları. Hesablama məsələləri. Alqoritmlərin qurulması. Proqramlaşdırma dilləri.
1.4.Lokal şəbəkə (LAN) texnologiyaları. Lokal şəbəkələrin topologiyası. Standart lokal şəbəkələr: Ethernet, Token Ring. Komutatorlar əsasında lokal şəbəkələr.
1.5. Qlobal şəbəkə (WAN) texnologiyaları. OSI modeli. WAN texnologiyalarının təsnifatı. X.25, ISDN, ATM şəbəkələri.
1.6.İnternet. TCP/IP modeli. İnternet protokolları. İnternetdə ünvanlaşdırma sistemi. Klient - server texnologiyası. Web texnologiyaları.
İnternetin tətbiqləri: IP-telefoniya, Virtual və distant təhsil.
1.7. Korporativ şəbəkələr və sistemlər. Korporativ informasiya fəzası. Korporativ şəbəkələrin xüsusiyyətləri. Korporativ şəbəkələrin yaradılması. Virtual xüsusi şəbəkələr.
1.8.Verilənlər bazası. Verilənlər bazasının yaradılması. VBİS arxitekturu. Verilənlərin strukturu. Biliklər bazası. Exspert sistemləri.
1.9.İnformasiyanın təhlükəsizliyi. İnformasiya təhlükəsizliyi məsələləri. Kompüter şəbəkələrində təhlükələrin təsnifatı. Kompüter şəbəkələrində İnformasiyanın təhlükəsizliyinin təmin edilməsinin texnoloji aspektləri. Elektron imza
2. Praktiki hissə
2.1. Windows əməliyyat sistemi. İnformasiyaların saxlanması və axtarılması işlərinin səmərəli təşkili. Kompüterdə müxtəlif dillərdə sənədlərin hazırlanması üçün şrift və drayverlərin yüklənməsi. Yeni proqramların kompüterə yüklənməsi. Servis proramları ilə iş. Resursların ümumi istifadəyə verilməsi.
2.2. Mətn redaktorları. Mətn sənədlərinin hazırlanması, redaktə edilməsi və formatlaşdırılması. Mətnə şəkillərin, cədvəllərin və riyazi düsturların əlavə edilməsi. Müxtəlif dillərdə mətn sənədlərinin hazırlanması və orfoqrafik korrektorlardan istifadə edilməsi. Dissertasiya, kitab, hesabat, məktub, tərcümeyi-hal və s. sənəd və materialların şablonların köməyi ilə hazırlanması və çap edilməsi.
2.3. Elektron cədvəlləri. Elektron cədvəllərin yaradılması və onlarla iş. Verilənlərin tipi və onların cədvələ daxil edilməsi. Düsturların cədvələ daxil edilməsi. Elektron cədvəllə riyazi, statistik, mətn, məntiq və s. işlərinin yerinə yetirilməsi. Qrafik masterin köməyi ilə müxtəlif formalı qrafik və diaqramların yaradılması.
2.4 Qrafik redaktorlar və multimedia vasitələri. Qrafiklərin hazırlanması və redaktə edilməsi. Müxtəlif tip qrafik faylların yaradılması. Slaydların hazırlanması. Slaydlara animasiya, zaman və səslərin əlavə olunması. Şablonların köməyi ilə slaydların hazırlanması. Məqalə və dissertasiyaların təqdimatı üçün slaytların hazırlanması. Multimedia vasitələrinin tətbiqi.
2.5 Verilənlər bazası.Verilənlər bazasının yaradılması. Giriş və çıxış formalarının hazırlanması. Sorğu sisteminin işlənilməsi.
2.6.Web layihələndirilməsi. Web səhifələrin hazırlanması
2.7. Internet. Internet Explorer və Netscape Navigator brauzerləri ilə işləmək. İnternetdə informasiya axtarışı. İnformasiyaların məlumat daşıyıcılarına yazılması. Lazımi saytların, İnternet ünvanlarının arxivləşdirilməsi. FTP protokolu ilə faylların göndərilməsi və alınması.
2.8. Elektron poçtu. Microsoft Outlook Express və Netscape Messenger ilə email göndərilməsi və alınması. Elektron poçtu ilə faylların göndərilməsi.
2.9. Arxiv, antivirus, tərcümə və digər xidməti proqramlar.
3. İxtisaslaşma istiqamətləri üzrə əlavələr
3.1.Fizika-riyaziyyat və texnika elmləri üzrə
3.1.1 Fizika, riyaziyyat və texnika elmləri sahələrində informasiya texnologiyalarının tətbiqi.
Fiziki, riyazi və texniki məsələlərin xətti, qeyri xətti və dinamik proqramlaşdırma üsulları ilə kompüterdə həll edilməsi.
3.1.2 İki və üç ölçülü qrafiklərin kompüterdə işlənilməsi.
3.1.3 Paylanmış paralel emal sistemləri. Metakompüterlər.
3.1.4 Tətbiqi paket proqramlarının vasitəsi ilə müxtəlif riyazi və statistik məsələlərin həll edilməsi.
3.1.5 Elektron sxemlərin kompüterdə layihələndirilməsi.
3.2.Kimya,biologiya və tibb elmləri üzrə
3.2.1. Kimya, biologiya və tibb sahəsində informasiya texnologiyalarının tətbiqi. Tibbi informasiya və onların işlənilməsi metodları. Tibbi informatika.
3.2.2. Biosistemlər. Bioinformatika.
3.2.3. Tibbi ekspert sistemləri. Qərarların qəbulu sistemləri. Tibbi diaqnostika
3.2.4. Tibbi statistika və statistik paket proqramlar.
3.2.5. Kimyəvi proseslərin modelləşdirilməsi. Təcrübələrin avtomatlaşdırılması.
3.2.6. Kimya, biologiya sahəsində tətbiqi paket proqramlardan istifadə edilməsi
3.3.Yer elmləri, kənd təsərrüfatı və coğrafiya elmləri üzrə
3.2.7. Yer elmləri, kənd təsərrüfatı və coğrafiya səhələrində informasiya texnologiyalarının tətbiqi.
3.2.8. Geoinformasiya sistemləri.
3.2.9. Xəritə çəkmə məsələləri. Rəqəm relyef xəritələrinin işlənilməsi. İki və üç ölçülü qrafiklərin kompüterdə işlənilməsi.
3.2.10.Meterologiya və seysmologiyada proqnozlaşdırma. Seysmik siqnalların işlənilməsi.
3.2.11. Kənd təsərrüfatında məhsuldarlığın proqnazlaşdırılması məsələləri. Torpağın səmərəli istfadəsinin planlaşdırılmasında informasiya texnologiyalarının tətbiqi.
3.2.12. Statistik paket proqramlarla iş. Sahələr üzrə xüsüsiləşdirilmiş paket proqramlarla iş.
3.4.İctimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə
3.4.1. İnformasiya və ekspert sistemləri, onların təsnifatı və layihələndirilməsi texnologiyaları. İdarəetmə sahələrində geoinformasiya sistemləri. İSH sahələrin və proseslərin idarə olunmasında modelləşdirilmə. Tətbiqi proqram paketlərinin İSH sahə və məsələlərində tətbiqi xüsusiyyətləri.
3.4.2. Hüquq–mühafizə orqanlarının informasiya fəzasının formalaşdırılması. İntellektual hüquqi informasiya sistemləri
3.4.3. Maliyyə-kredit, bank, vergi, gömrük, reklam-marketinq, mühasibat- uçotu, sığorta, KİV, təhsil,sosial, siyasi və s.tipli işlərdə informasiya texnologiyalarınin tətbiqi məsələləri.
3.4.4. E-ticarətin və tele-işin xüsusiyyətləri. Əmək bazarı və kadr hazırlığı məsələlərinin həllində informasiya texnologiyalarının tətbiqinin rolu və nəticələri. Rəqəm iqtisadiyyatın formalaşması.
3.4.5. Mədəni irsin qorunmasında informasiya texnologiyalarınin tətbiqi. Elektron kitab və kitabxanaların yaradılması və fəaliyyəti prinsipləri.
3.4.6. Azərbaycanda informasiyalı cəmiyyətə keçidin xüsusiyyətləri. E-hökumətin qurulması məsələləri. E-seçki və E-demokratiya problemləri. İnformasiyalaşdırmanın sosial problemləri və nəticələri.
Bu proqram AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli
2/5 saylı qərarı ilə təsdiq edilmişdir.
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru AMEA-nın müxbir üzvü,
t.e.d. R.M.Əliquliyev
Dostları ilə paylaş: |