Ali məktəblərdə cinslərin bərabərliyinin təmin edilməsinə aid təkliflər
1. Fokus-qrupların eyni ssenari üzrə keçirilmiş uç sessiyanın keçirilməsi və problemli vəziyyətin metodoloji və faktoloji tədqiqi nəticəsində iştirakçılar, yeni hazırlanan siyasətlər və proqramlarda iki vacib sferanı: ailə və ibtidai (orta) təhsilə diqqətin artırılmasına tövsiyə etmişdilər. İştirakçılar qeyd etmişdilər ki, bu institutlar, bazar iqtisadiyyatı şəraitində sosial transformasiya prosesində xeyli dəyişikliklərə məruz qalırlar. Ona görə də dövlət, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməklə, ailələrə (xüsusilə cavan ailələrə) yardımetmə sahəsində ardıcıl siyasəti həyata keçirməlidir.
Bu təşəbbüs digər problem ilə – Azərbaycanda gənclərlə bağlı siyasətin canlandırılması problemi ilə birbaşa əlaqələndirilmişdir. Gənc oğlanlara və qızlara hökumət gərək təhsil, mənzil, iş, gənc ailələrə yardım, analığın və uşaqlığın mühafizəsi kimi məsələlərdə yardım etsin ki, nəticədə onlar əsil vətəndaş kimi dövlətə qulluq etsinlər.
2. Elm və təhsildə gender problemlərinin tədrisi və təhlilinin zərurəti vurğulanmışdır: xüsusi kurslar oxunmalı, treninqlər, seminarlar və konfranslar keçirilməlidir. Bir sıra ali məktəblərin eksperimental tədrisinin təcrübəsi bəyənilməli və yayılmalıdır (Qərb Universiteti, Dövlət İdarəçilik Akademiyası)
Keyfiyyətli gender tədrisi proqramlarının yaradılması, ölkədə gender problemlərinin xüsusiyyətləri və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə gender tədqiqatlarına aşağıdakı istiqamətlər üzrə genişləndirmək lazımdır: 1) iqtisadiyyat-mülkiyyət, istehsalda və idarəetmədə iştiraketmə, məşğulluq, vəzifə üzrə yüksəlmə və s.; 2) siyasət – seçkili vəzifələrə irəli sürülməsi, yüksək rütbəli hökumət vəzifələrinin tutulması, qadın təşkilatlarının fəallığı, qadın problemlərində lobbi fəaliyyəti, qadın hüquqlarının müdafiəsi və s.; 3) mədəniyyət və məişət sahələrində (ev əməyinin yüngülləşdirilməsi, qadınların asudə vaxtı, sağlamlığı, nəsilartırma qabiliyyəti və s.); 4) elm və təhsil.
3. Təhsil sahəsində gender vəziyyətinə təsir edən əsaslı amillərin təhlili üçün bir sıra gender məsələlərin (iqtisadiyyat, siyasət, sosial sahə və demoqrafiya, mədəniyyət və s.) əhatəli analitik-diskriptiv tədqiqatını aparmaq lazımdır. Müxtəlif qruplarda ifadə olunan rəy müxtəlifliyi bizi belə bir qənətə gətirib çıxartdı ki, bir çox gender məsələlərin tədqiqində daha dəqiq və dürüst yanaşılması vacibdir. Fokus-qrup iştirakçılarının rəy və qiymətvermələrinə əsasən müəyyən olundu ki, burada kişi və qadınlar, cavanlar və yaşlı iştirakçılar, professor-müəllim həyəti və inzibati işçilər arasında bəzi müxtəliflik var:
- ali məktəblərin cavan işçiləri (cinsindən, vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq) bütövlükdə yeni ictimai abı-havaya daha həssasdırlar (o cümlədən, qadınların və qızların istər ali məktəbdəki, istər ali məktəbdən kənardakı vəziyyətilə əlaqədar olan məsələlərə dair); bununla belə çoxu hesab edir ki, gənclərin hamısı (xüsusilə qızlar) heç də həyati məsələlərin öhdəsindən gələ bilmirlər - burada daha yaşlı olanarın, yaxınların və qohumların köməyi lazımdır;
- böyük yaş qrupunun təmsilçiləri daha çox kişilər və qadınların təbii fərqlərinə istina etməklə, qadınlara, ictimai həyatda, o cümlədən ali təhsil sahəsində daha kiçik yer ayırmış, nəticədə onların seçim imkanlarını məhdudlaşdırmışdılar;
- qadınların mövqeyi (qadınların mənafelərinin ifadə olunmasına geniş imkanların yaradılması baxımından, gender problemlərin həlli mənasında) prinsip etibarilə kişilərin mövqeyindən fərqlənmir; ümumiyyətlə, belə bir təəvvür yaranır ki, qadınların əksəriyyətini gender bərabərsizliyi məsələləri heç də kişilərdən çox düşündürmür.
Dostları ilə paylaş: |