Ali məktəb müəllimləri arasında gender diskriminasiyası
Naxçıvanda – bir, Bakıda isə – iki ali məktəbdə keçirilmiş fokus-qrupların üç sessiyasının iştirakçıları, ali məktəb müəllimləri arasında gender baxımından diskriminasiya hallarının qiymətləndirilməsində həmrəy idilər. Dövlət İdarəçilik Akademiyasında keçirilmiş sessiyada səslənən fikir daha inandırıcı səslənir: burada diskriminasiya yox, ali məktəblərin fəaliyyətinin müxtəlif növlərində qadınlar və kişilərin rolların və statuslarının fərqləndirilməsindən danışmağa dəyər.
Bu sessiyanın iştirakçılarının fikrincə, ənənəvi olaraq, keçmişdə qadınlar orta təhsil sistemində aparıcı rol oynayırdılar; ümumiyyətlə, pedaqoji sənət qadınlar arasında kütləvi hal almışdır. Bununla belə, müasir elmin, texnologiyaların peşəkarlığın yüksəldilməsi ilə bağlı olan tələblərə kişilər daha yaxşı uyğunlaşır.
Özümüzə belə bir sual versək ki, ali məktəbdə tədris edilən fənnlərin müəllimlik sahəsində cinslə bağlı fərqlərə təsiri varmı? - onda razılaşaq ki, şqərti olaqa bu fənnləri üç sahəyə bölmək lazımdır: xalis «kişi» fənnləri; xalis «qadın» fənnləri; müəllimin cinsinə biganəliyi bildirən fənnlər.
Əvvəllər qadınların, xalis «qadın» ixtisaslarda çalışmaqları adi bir hal sayılırdı. İndi isə indifferent (laqeyd) fənnlər və ixtisasların sayı artır. Deməli, obyektiv tələbatlar, şərait yetişdikcə, qadınların müxtəlif fənnlərdə təmsil olunması dairəsi getdikcə genişlənəcəkdir.
Qərb universitetində qrup diskusiyası zamanı, fokus-qrupun iştirakçılarından biri belə bir xarakter daşıyan məşğuliyyət sahələri diversifikasiya (dəyişdirmə) edilməlidir.
Bu fikirlə razılaşmayanlar da olmuşdur. Diskusiya səbəbkarı qeyd etdi ki, əgər kişilər ailədə uşaqların tərbiyəsi ilə məşğul olacaqlarsa, onda onlarda pedaqogikaya meyl və həvəs artacaq. Məlumdur ki, orta təhsil sistemində müəllimlik sənətinin nüfuzu kişilər arasında xüsusilə aşağı səviyyədədir. Naxçıvanda keçirilən sessiyada bu problemə toxunulması onu göstərir ki, müxtəlif ixtisasların nüfuzu haqqında təsəvvürlər dəyişilməli, ali məktəb hazırlığına yeni münasibət formalaşmalıdır.
Naxçıvan Dövlət Universitetində keçirilən diskusiyada belə bir vacibliyi heç də az olmayan fakta diqqət yetiriblər ki, qabaqlar xaricə getmək işində kişilər qadınlardan daha fəal və təşəbbüskar olmuşdularsa, indi rəsmi ezamiyyətə, stajartırmalara, beynəlxalq konfranslara qadınlar kişilərlə bərabər miqdarda gedirlər.
Qadınlar və kişilərin müəyyən eyni rollarda təmsil olunması, çıxış etməsinin milli-mədəni xüsusiyyətlərinə dair disput iştirakçılarından biri qeyd etmişdir ki, islam dinində qadın hüquqları öz əksini tam tapmışdır. «Həmin hüquq və imkanlardan qadın istifadə etməklə gərək həm də mentalitetimizə ziyan vurmasın», deyə öz fikrini o yekunlaşdırmışdır. Bundan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda da, digər inkişaf etməkdə olan ölkələrdəki kimi, ali təhsil sistemində cins üzrə diskriminasiya halları yoxdur. Əgər ali məktəbləri (o cümlədən, ixtisaslaşdırılmış) xüsusi prestijlik (nüfuzluq) şkalası üzrə düzsək, onda müəyyən etmək olar ki, qadınlar və kişilər üçün eyni dərəcədə gəlirli, prestijli olan peşə fəaliyyəti ilə hansılar fərqlənir.
Bundan əlavə olaraq, məlumdur ki, pedaqoji fəaliyyət bazarında ümumi vəziyyətə uyğun ixtisaslar təsnifatı var: burada məşğulluğun birinci, ikinci, əlavə məşğuliyyət növləri var. Bazarda rəqabətə, mobilliyə uyğun ali təhsil sistemində prestijli mövqeləri kişilər tutur: onların üstünlüyü məhz bu bacarıqdadır.
Beləliklə, üç sessiyanın hər bir müzakirəyə çıxarılan belə bir mühakiməni təsdiqlədi: ali təhsil sistemində qadınların diskriminasiyası (istər oxumaq prosesində, istərsə də müəllimlərin peşəkarlıq fəaliyyətində) yoxdur; nə kişilər, nə də qadınlar üçün hüquqi məhdudiyyət, yaxud, əksinə, imtiyaz yoxdur; peşəyə milli-mədəni qadağa da yoxdur. Bununla belə son 12-15 ildə ictimai sistemin inkişafının, onun bazar iqtisadiyyatı tələblərinə uyğun dəyişilməsinin nəticəsi olan ali təhsil sistemində gözə çarpacaq dərəcədə fərqlər və dəyişikliklər var; dəyişikliklərə təsir edən ilk növbədə, sistemin elementləri olan mobillik, sosial status və nüfuzluluqdur.
|