ŞƏFAƏTİN MƏ’NASI
Mə’rifət əhlinin fikrincə şəfaət güclünün zəifə yardımından ibarətdir. Bu zəif insan mə’rifət, iman, saleh əməl, gözəl əxlaqdan məhrum deyil. Onun zəifliyinin səbəbi yol verdiyi günahlardır. Bu günah iman nurunu söndürən günah yox, mə’nəvi yüksəlişdə süstlük yaradan və behişt yolunda maneə olan günahdır. Allah-Taala öz lütf və mərhəmətinə xatir şəfaəti qərar vermişdir. Yalnız qüdrətli şəfaətçinin sayəsində günahkar mö’min günah əsarətindən qurtulub, kamillik yolunda addım atır, günahların cəzasından xilas olur.
Demək, qiyamətdə şəfaət kafirlərə müşriklərə münafiqlərə imandan üz döndərənlərə şamil edilmir. «Muddəssir» surəsinin 38-48-ci ayələrində oxuyuruq: «Hər kəs öz əməlinin girovudur; sağ tərəf sahibləri istisna olmaqla; onlar cənnətdədirlər, bir-birindən soruşacaqlar; günahkarlar barəsində; sizi cəhənnəmə salan nədir; onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə uyanlarla biz də uyardıq; haqq-hesab gününü yalan sayardıq; ölüm bizi haqlayana qədər; şəfaət edənlərin şəfaəti onlara fayda verməz».
Şəfaət güclünün mə’nəviyyatdan məhrum olmamış zəifə yardımıdır və qiyamətin son mərhələsində gerçəkləşər. Şəfaətin tə’siri şəfaətçinin məqamından və günahkarın ləyaqətindən asılıdır.162
Dostları ilə paylaş: |