Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə2/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   2   3   4   5   6   7   8   9   ...   55

Rəvayətlərdə dua


Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır.

Həzrət Davud (ə)-a buyurulur:

“Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, ne`mət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”

Dini kitablarda belə gözəl mətnlər çoxdur. Qur`an ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.”4

İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”5

Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.”6 “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadər.”7

İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”8

Cəm halda OLAN dua


Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri duanın qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm içində bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq və ya arif bir insan ola bilsin. Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə və rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır. İmam Sadiq (ə) buyurur: “ Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar bir-birindən ayrılmış dua qəbul olar.”9

Həzrət Peyğəmbər (s) buyurur: “ Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”10

Rəbbani alim İbn Fəhəd Hilli “Uddətud - dai” kitabında belə nəql edir: “Allah-Taala Həzrət İsaya belə vəhy etdi: «Ey İsa, mö`minlərə qoşul və onlara əmr et ki, səninlə birlikdə dərgahıma dua etsinlər»; İmam Sadiq (ə) buyurur: “Atam daim belə edərdi: bir iş onu qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, onlar isə “Amin” deyərdilər.”11

Ümidsizlik kafirlik əlamətidir


Dua edən insan Allah tərəfindən duaya də`vət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə və`d verdiyini unutmamalıdır. Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.

Qur`ani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. “Yusif” surəsinin 87- ci ayəsində buyurulur:

“Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən mə`yus olmayın.12

Allahın Rəsulu (s) buyurur: “Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.”13

İmam Sadiq (ə) buyurur: “Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”14

İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı və`d edilir. Duanın dərhal qəbul olmaması insanı mə`yus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir. Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mö`min heç bir vəchlə Allahdan ümidini üzmür.

Dua və onun qəbulu haqqında mö`təbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur. Əba Əbdillah (ə) buyurmuşdur : “Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: “Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”

Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bə`zən dualar qəbul olur, bə`zən isə bir müddət tə`xirə düşür. Görəsən, bu tə`xirdən məqsəd duanı davamlı etməkdirmi? İmam buyurur ki: -”Bəli”.15


Duanın şərtləri


Etdiyi duanın qəbul olmasını istəyən şəxs duanın şərtlərinə əməl etməlidir. Əhli-beytin (ə) bu mövzuda buyurduqları “Üsuli-kafi”, “Məhəccətül-bəyza”, “Vəsailüş-şiə” və digər mö`təbər mənbələrdə nəql olunmuşdur. Duanın aşağıdakı şərtləri vardır:

-Şər`i təharət (dəstəmaz, qüsl, təyəmmüm);

-Həqqun-nas, yə`ni xalqın haqqını ödəməkdə paklıq;

-İxlas, yə`ni səmimiyyət və xalislik;

-Duanın mətnini düzgün oxumaq;

-Halal qazanc;

-Sileyi- rəhm, yə`ni yaxın adamları yoxlamaq;

-Duadan qabaq sədəqə vermək;

-Allaha müt`i olmaq;

-Günahdan çəkinmək;

-Əməllərin islahı;

-Səhər vaxtı dua etmək;

-«Vətr» namazında dua;

-Fəcr, yə`ni sübh ağaran zaman dua;

-Günəş doğarkən dua;

-Həftənin çərşənbə günü, günorta və ikindi arasında dua;

-Duadan qabaq salavat.16


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin