Ümum müddəalar Marşrutun adı və növü: “Quba gözəlliklər diyarı” Kim üçün nəzərdə tutulub



Yüklə 65,85 Kb.
tarix27.04.2018
ölçüsü65,85 Kb.
#49277

Quba rayonu üzrə turizm marşrutunun

Pasportu
Ümum müddəalar

1.1. Marşrutun adı və növü: “Quba gözəlliklər diyarı”

1.2. Kim üçün nəzərdə tutulub: tarix və mədəniyyət abidələri ilə, ovçuluqla, dağçılıqla, azsaylı xalqların yaşayışı ilə, təbiətlə, nadir heyvan və quşlarla maraqlanan turistlər üçün.

1.3. Qrupun optimal sayı (nəfər): minimum 3 nəfər maksimum 15 nəfər.

1.4. Marşrutun müddəti (günlə): 2 gün.

1.5. Marşrutun məsafəsi (km): Bakı - Quba 170 km.

1.6. Marşrutun çətinlik dərəcəsi (I-IV): İ

1.7. Marşrutun mövsümü: (bütün il boyu ).

1.8. İstifadə olunacaq nəqliyyat növü: avtobus, avtomobil.

1.9. Marşrut üzrə hərəkət üsulu (maşın, piyada, atla, qayıqla, velosiped).

Birinci gün

  • Bakıdan Qubaya avtobus və avtomobillə yola düşmə.

  • Qubanın girişində qarşılanma

  • Quba daxilində tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq

  • Nahar (günorta yeməyi)

  • Quba ilə tanışlığa davam

  • Tur proqrama daxil olan kəndə səfər (Xınalıq, Afurca, Xanagah, Alıc, Ləzə)

  • Kənddə şam yeməyi

İkinci gün

  • Kənddə səhər yeməyi

  • Kənd ilə tanışlıq, ətraf ərazilərə səfər

  • Qubaya dönüş

  • Nahar yeməyi

  • Qırmızı qəsəbə ilə tanışlıq

  • Bakıya yola düşmə

1.10. Yaşayış və yerləşmə şəraiti: kənd evi

1.12. Marşrut boyu qidalanma: restoran və kənd evi

1.13. Əsas ekskursiya məntəqələri: (yerləşdiyi ərazini və ünvanı göstərməklə):

  • Heydər Əliyev Mərkəzi - Quba şəh. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.

  • Bayraq meydanı - Quba şəh. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.

  • Tarix-diyarşünaslıq muzeyi- Quba şəh. Nizami parkının içi

  • Quba memorial soyqrım kompleksi - Quba şəhəri, Yusif Qasımov küç.

  • Cümə məscidi- Quba şəhəri, Fətəli xan küç.

  • Ərdəbil məscidi- Quba şəhəri, Fətəli xan küç. 113

  • Hacı Cəfər məscidi- Quba şəhəri, Ərdəbil küç.62

  • Səkinə xanım məscidi- Quba şəhəri, Səkinə xanım küç.

  • Qədim Quba xalça mərkəzi –Quba şəh. H.Əliyev pr

  • Tağlı körpü- Quba şəhəri, Nizami adına parkının yaxınlığında

  • Qədim evlər-Quba meydanının yaxınlığı

  • Çuxur hamam - Quba şəhəri,Ərdəbil küç 43.

  • Quba meydanı-Quba şəh. H.Əliyev pr.

  • Qırmızı qəsəbə -Qudyalçayın sağ sahili

  • Giləki sinaqoqu -“Qırmızı qəsəbə”, İsaak Xanukov küçəsi, 26.

  • 6 günbəz sinaqoqu-, “Qırmızı Qəsəbə”, İsaak Xanukov küçəsi, 9.

1.14. Bələdçilərin sayı: turistlərin sayından asılı olaraq 1-3 nəfər.

1.15. Əsas xidmət xərcləri (nəqliyyat xərcləri, qidalanma, yerləşmə və s.): turistlərin sayından asılı olaraq müəyyən olunur.

1.16. Yaşayış məntəqələri və yol şəbəkələri də daxil olmaqla marşrut boyu əsas məntəqələr: Bakı Quba yolu boyunca əsas yaşayış məntəqələri :

  • Xızı rayonu

  • Siyəzən rayonu

  • Şabran rayonu

azerbaijan-quba.png


azerbaijan-quba.png
QUBA

Tərkibi – 1 şəhər, 7 qəsəbə 149 kənd
Ərazisi – 2580.km
2
Əhalisi –
168,361 nəfər (01.01.17)
Quba rayonu ilə Bakı şəhəri arasında olan məsafə – 170 km

Coğrafi mövqeyi - Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba, Bakıdan 170 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir.

İqlimi -İqlimi düzənlik və dağətəyi hissədə yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda −4°C-dən l°C-dək, iyulda 2°C-dən 24°C-dəkdir. İllik yağıntı 300-1500 mm-dir.

53 min hektara yaxın meşə sahəsi var. Heyvanları Dağıstan dağkeçisi, canavar, köpgər, ayı, vaşaq, meşə pişiyi, daşlıq dələsi, meşə dələsi və s. Quşlardan ular, kəklik və s. var. Rayon ərazisində Azərbaycanda mövcud olan relyef formaları və onların komplekslərindən yeddisi qeydə alınmışdır. Bunlardan üçü çökəkliklər, ikisi su errozion və akkumlyativ, biri ariddenudasion, biri isə vulkanik qruplara Aid edilir
Tarixi - Yaşı orta əsrlərin əvvəllərinə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi möhkəmlənmişdir. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
Alış-veriş-Qubaya  gələn  turistlər alış-veriş etmək üçün  Qubanın mərkəzində  olan  “Əli” Ticarət mərkəzi, “Yarmarka“ ticarət mərkəzi  və “Birja” ticarət mərkəzindən  istədikləri  və zovqlərinə uygun hər şeyi tapa bilərlər .

Ticarət mərkəzləri  ilə yanaşı,  bütün  yol boyu  butiklərə də rast gəlinir.

Ticarət mərkəzləri səhər saat 09:00-dan  18:00-dək, butiklər isə  09:00-dan 23:00-dək fəaliyyət göstərir. Butik və ticarət mərkəzlərində alınan mallarda  sövdələşmə etmək mümkündür.
Qubada yay - Quba bir çox cəhətdən yayda daha cəlbedicidir.  Qəçrəş meşəsi, Afurca şəlaləsi, Xınalıq kəndi, Uzunmeşə, Xanagah bu mövsümdə daha əsrarəngiz olur. Qubada Qudyalçay, Qara çay, Ağçay sahilləri boyu, meşələrdə və dağlarda  yerləşmiş istirahət  və əyləncə zonaları  günəşi, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi, şəlalələrdə çimməyi və atla gəzməyi sevən hər kəsə unudulmaz təəssüratlar bağışlayacaqdır.rufiz1.jpg
Qubada payız - Payız Qubada çox gözəldir. Yaşıl rəngin sarı, qızılı rənglərlə ahəng təşkil etdiyi bu fəsildə sarıya, Quba olduqca əsrarəngiz görünür. İlıq havanı, yağışı sevənlər üçün bu fəsildə Quba daha romantik bir abu-hava yaradacaqdır. Bu fəsildə Qubada keçirilən alma bayramı rayona gələn qonaqların əyləncəsi üçün əvəzsiz olacaqdır.537736_459952460730004_394094245_n.jpg
Qubada qışAğ dona bürünmüş Quba qışda nağıllar aləmini xatırladır. Qış əyləncələrini yaşamaq üçün qış Quba qonaqların unudumaz məkanı olacaq.  Təbiət qoynunda yerləşən istirahət mərkəzlərində  isti soba kənarında samovar çayı içərək  çöldə yağan qara tamaşa etməyin ləzzətini ancaq Qubaya bu fəsildə qonaq gələnlər bilər.d007c1ee-8e0b-41f8-993f-adff0f3e4771_w974_n_s.jpg
Qubada yazAzərbaycana yazda təşrif buyurmuş   səyahətçilərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz – baharın gəlməsini təsdiq edən bayramdır. Hər il bütün Azərbaycan  mart ayının 21-də bu qədim bayramı qarşılayır, ona hələ dörd həftə əvvəldən hazırlaşırlar. Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri bütün mart ayı ərzində şəhərimizin qonaqlarında böyük təəssürat yaradır və onları heyrətə gətirir. Məhz bu bayramda Quba rayonunda keçirilən tədbirlər, bu bayramda əməl olunan adət-ənənələr qonaqların  xoş vaxtlar
Tarixi abidələr-Qubada 164-ə yaxın tarix-mədəniyyət abidəsi qeydə alınmışdır. Bunlara məscidlər, yaşayış evləri, türbələr, körpü və s aiddir.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ

Heydər Əliyev mərkəzi 2011-ci ilin sentyabr ayında istifadəyə verilmişdir. Milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevə aid foto guşələr yaradılmışdır. Mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompyuter mərkəzi, kitabxana vardır.02
QUBA TARİX-DİYARŞÜNASLIQ MUZEYİ10

Quba tarix-diyarşünaslıq muzeyinin yeni binası 2014-cü ildə inşa olunmuşdur. Binanın ümumi sahəsi 1620 m2-dir. 1 zirzəmi, 3 mərtəbədən ibarətdir. Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanır.

Muzeyin rayonda daha 2 filialı var. Bunlardan biri Amsar kəndində olan A.A.Bakıxanovun ev-memorial muzeyi və şəhər ərazisində yerləşən “Şəhidlərin xatirə muzeyi”dir.

12


QUBA SOYQRIM KOMPLEKSİ

2007-ci ildə, şəhər stadionun təmiri üçün qazıntı işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və tikinti işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Araşdırmalar nəticəsində Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımn qurbanlarına aid olduğu təsdiqlənmişdir.

Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Məzarlıqda aparılan araşdırmalar zamanı buradan 400-ə yaxın insan kəlləsi aşkarlanıb. Sümüklərin tapıldığı ərazidə xatirə memorial komplkesi inşa edilib.

XINALIQ TARİX-ETNOQRAFİYA MUZEYİ_mg_7084.jpg


2001-ci ildə Azərbaycan Respublikası, Quba rayonunun Xınalıq  kəndində yaradılmışdır.  Xınalıqın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kəndə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir.
CÜMƏ” MƏSCİDİ05

Zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan “Cümə” məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl tərəfindən tikilmişdir. Bu məscid təkcə Qubada deyil, Şimal-Şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, sovetlər dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılmışdır.

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmişdir.
ƏRDƏBİL” MƏSCİDİ 04

Ərdəbil” məscidi XIX əsrə aiddir. Bişmiş kərpicdən tikilmiş məscid bir iri otaqdan ibarətdir. “Ərdəbil” məscidindən 1967-ci ildə arxiv kimi istifadəyə olunmuşdur. Hal hazırda “Ərdəbil” məscidi dini məqsədlə istifadə olunur.



8

SƏKİNƏ XANIM” MƏSCİDİ

Səkinəxanım” məscidi XIX əsrə aiddir. Məscid bir otaqdan ibarətdir. Məscidin binası dördbucaqlı şəkildə olub bişmiş kərpicdən inşa olunmuşdur. Məscidin içəri tərəfdən hündürlüyü 20 m, ümumi hündürlüyü 27 m-dir. Hal-hazırda dindarlar tərəfindən məscid kimi istifadə olunur.
HACI CƏFƏR” MƏSCİDİ197018_192282620810253_5084591_n.jpg

Məscid XIX əsrdə Hacı Cəfər tərəfindən tikilib. Bu, Qubanın ən böyük məscididir, sahəsi 400 kv. m. təşkil edir və bişmiş kərpicdən inşa edilib. 1983-cü ildə məscid yenidən qurulub. Məsciddə mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapı qorunub saxlanıb. 

TAĞLI” KÖRPÜ



XIX əsrin sonlarında Quba şəhəri Azərbaycanı Rusiya, Şimali Qafqaz və Dağıstan ilə birləşdirən mühüm ticarət yolunun üstündə yerləşdiyi üçün Qudyal çay üzərində körpü tikilməsinə ehtiyac var idi. Əvvəllər inşa edilmiş taxta körpü yandığı üçün 1896-cı ildə 14 tağlı körpü inşa edilmişdir. Hal-hazırda bu körpü Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən körpülərdən biridir.11
XIX ƏSRƏ AİD YAŞAYIŞ EVLƏRİ100_0438

Quba rayonu öz qədimliyi, tarixi tikililəri ilə seçilən rayonlardan biridir. Belə qədim tikililər XVIII- XIX əsrə aiddir. Binaların çoxu yaşayış evi kimi istifadə olunur.
ÇUXUR HAMAM”9

Abidələr tarixin daş yaddaşıdır. Hər bir daş abidə mənsub olduğu xalqın tarixi mədəniyyətinin əvəzolunmaz salnaməsidir.

Qubadakı Çuxur hamam da tarixi abidələrdən biridir. Qeyd edək ki, təxminən 300 ilə yaxın yaşı olan abidə XVIII yüzillikdə inşa olunub. O dövrdən yaxın keçmişə qədər Çuxur hamam Qubada əhalinin əsas dincəldiyi məkanlardan olub.
QUBA MEYDANI

Quba meydanında təmir quruculuq işləri yekunlaşaraq 2012-ci ilin iyun ayında sakinlərin ixtiyarına verilmişdir. Parkın ərazisi 2 hektardır. İstirahət mərkəzində musiqili fontan və ailəvi kafe inşa olunub. Ərazidə müxtəlif güllər və dekorativ bitkilər əkilib _mg_6658
NİZAMİ GƏNCƏVİ ADINA İSTİRAHƏT PARKI10

Park Azərbaycanın ən görkəmli, dünya şöhrətli şairlərindən Nizami Gəncəvinin adını daşıyır. İstirahət-mədəniyyət güşəsi olan bu park Quba əhalisinin sevdiyi gəzinti yerlərindən biridir. Məşhur “qırx pilləkan” bu parkda yerləşir.
QIRMIZI QƏSƏBƏ

Qırmızı Qəsəbə Quba yəhudilərinin məskunlaşdığı ərazidir. Yəhudilərin Qubaya gəlməsi Nadir şahın dövrünə aid edilir. Nadir şah Qubanı istila edərkən özü ilə gətirdiyi yəhudilərə Qırmızı qəsəbənin yuxarı hissəsində yer verir. Yəhudiləri gecə talanlarından, qəfil basqınlardan qorumaq üçün Fətəli xan onları indiki qəsəbə ərazisinə köçürür . Altı gün ərzində yəhudilər yeni ərazidə məskunlaşırlar. Yəhudilərin Fətəli xanın qarşısına duz-çörəklə çıxdıqları yerdə bu gün onların sinaqoqu yerləşir. Qubada yəhudilərin sayı ən çox 1938-1939-cu illərdə 12-13 min nəfər olmuşdur. Hal-hazırda yəhudilərin sayı 4-5 min arasındadır._mg_7200

Yəhudilərin yaşadığı qəsəbəni Quba şəhərindən Qudyalçay ayırır.
QƏÇRƏŞ MEŞƏSİ

Qubanın turizm məkanlarından bir də Qəçrəş meşəsidir. Bəzi tədqiqatçıların fikrinə görə, Qəçrəş sözünün mənası “gəl otur” deməkdir. Bu adı “Gün dəyməyən yer” kimi də yozurlar. Rayonun şimalında yerləşdiyinə görə Qəçrəşi quzey də adlandırırlar. Bu geniş ərazidə ağaclar elə sıx düzülüb ki, gün işığı yeri görmür və yayda çox soyuq olur. Qışda isə başdan – ayağa soyunan ağaclar qar içində qalır. d:\quba tim\photo\qecres\foto1_40.jpg
TƏBİİ MİNARƏ

Qrızdəhnə yolunun başlanğıcında, Qudyal çayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur.dsc05503

Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır
TƏNGƏ DƏRƏSİ”100_0278

Hamının rəğbət etdiyi və axın – axın gəldiyi bu yerdə eyni adlı kənd var. Mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. Bu dağlardan ağ, qara və çəhrayı qranit çıxır. Dərinliyi 400-600 metr olan bu dərə ağ, qara və çəhrayı mərmərdən ibarət nadir təbiət abidəsidir. 2 dağ arasından keçən yol, yol üzərində olan sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də oraya çıxmaq sadəcə professional dağçıların işidir. 1834-cü ildə burada olan dekabrist yazıçı Bestujev – Marlinski “Molla Nur” povestində Təngə dərəsinin cazibəli mənzərəsini tərifləyib.
AFURCA ŞƏLALƏSİ”17

Quba rayonu ərazisində, rayon mərkəzindən 42 km. məsafədə Afurca kəndi ətrafında yüksək qayalıqdan axıb ətrafa şır-ha-şırla tökülən “Afurca” şəlaləsi təbiətin möcüzələrindən biridir. “Afurca” şəlaləsinin hündürlüyü 75-80 metrdir. Onun altına enmək üçün yalnız 3-4 metr enində dar keçid var. Dağlar qoynundan, yaşıllıqlar içindən süzülüb gələn şəlalə hər il minlərlə turistlin diqqətini özünə cəmləyir

15

XINALIQ” KƏNDİ



Xınalıq kəndi dəniz səviyyəsindən 2.360 metr hündürlükdə, Qubadan 58 km uzaqda yerləşir. Xınalığı əhatə edən Şahdağ, Bazar düzü, Tufan dağı əbədi buzlaqlar diyarıdır.

Hazırda 2 mindən çox əhalisi olan Xınalıq kəndinin sakinlərinin özünəməxsus dili var. Alimləri, rəssamları, şair və yazıçıları Şahdağın ətəyinə çəkib gətirən təkcə burada yaşayan insanların məxsusi dil, əlifbası, adət-ənənələri deyil, həm də buradakı təbiətin füsunkar gözəlliyə malik olmasıdır.

19 dekabr 2007-ci il tarixindən Quba rayonunun Xınalıq ərazisi "Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu” elan edilmişdir. Qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şahbuz, Əbu Müslüm məscidləri, mağaralar və çoxlu sayda hələ tam öyrənilməmiş arxeoloji abidələr mövcuddur.
ÇƏNLİBEL GÖLÜd:\quba tim\photo\gol-selale\011.jpg

II Nüqədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km. məsafədə “Çənlibel” gölü rayonun turizm məkanlarından biridir.

XALÇAÇILIQ

Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycandan ən yaxşı xalçalardır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu – Yorkdakı «Metropolitan» muzeyində saxlanılır. d:\quba tim\photo\xalca\yeni\aygun\_mg_7728.jpg

Azərbaycan xalçaları coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Ustalar xalçanı təhlil edərkən sanki xalça dil açıb danışır, hər ilmənin öz adı, mənası və hər xalçanın öz məzmunu var.

Qubada 2 xalça sexi fəaliyyət göstərir. “Aygün” və “Qədim Quba”
Yüklə 65,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin