355) Körpücükaltı venaya boyun şöbəsindən yanaşarkən o necə yerləşir?
A) Pilləvari əzələönü sahədə körpücükaltı arteriya və kürək-dilaltı əzələ ilə birlikdə
B) Pilləvari əzələönü sahədə - öndən döş-qalxanabənzər və döş-dilaltı əzələlər, arxadan ön pilləvari əzələ arasında
C) Hamısı düzdür
D) Sadalananların heç biri
E) Pilləvari əzələarası sahədə körpücükaltı arteriya və bazu kələfi ilə birlikdə
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
356) Döş axacağının boyun şöbəsinin terminal hissəsi əksər hallarda haraya açılır?
A) Sol körpücükaltı venaya
B) Sol venoz bucağa. onun ön səthilə
C) Sol daxili vidaci venaya
D) Sol venoz bucağa onun arxa səthilə
E) Yuxarıda sadalananların heç biri
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
357) Bazunun yuxarı yarısında bazu arteriyasının proyeksiya xətti boyunca sinir-damar dəstəsi elementlərinin münasibəti necədir?
A) Bayırda orta sinir, sinirdən medial tərəfdə-bazu arteriyası və venaları, arteriyadan daxilə dirsək və saidin medial dəri siniri yerləşir
B) Medial tərəfdə orta sinir, dirsək və saidin medial dəri siniri, lateral tərəfdə bazu arteriyası və venası yerləşir
C) Düz variant yoxdur
D) Bayırda bazu arteriyası və venaları, arteriyadan medial tərəfdə-orta sinir, daha medial tərəfdə dirsək və saidin medial dəri siniri yerləşir
E) Bayırda orta sinir, dirsək və saidin medial dəri siniri, medial tərəfdə bazu arteriyası və venası yerləşir
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
Dostları ilə paylaş: |