442) Boğulmuş bağırsağın divarında nekrotik dəyişikliklər hansı qatdan başlayır?
A) Selikli qişadan
B) Subseroz qişadan
C) Seroz qişadan
D) Əzələ qişasından
E) Selikaltı qişadan
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
443) Tez-tez boğulmalarla əlaqədar ilk növbədə profilaktik əməliyyat tələb edən yırtıqlara hansı aiddir?
A) Çəp qasıq yırtığı
B) Bud yırtığı
C) Göbək yırtığı
D) Düz qasıq yırtığı
E) Ağ xətt yırtığı
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
444) Yırtıqda boğulmuş bağırsaq ilgəyinin hansı hissəsi daha çox patoloji dəyişikliyə məruz qalır?
A) Gətirici ilgək
B) Həm aparıcı, həm də gətirici ilgək
C) Boğulmuş bağırsağın müsariqə seqmentində
D) Bütün bağırsaq
E) Aparıcı ilgək
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |