512) Mədənin limfoqranulematozunda vacib nə icra edilməlidir?
A) Mədə rezeksiyası və vaqotomiya
B) Mədə rezeksiyası
C) Mədə rezeksiyası və ximioterapiya
D) Şüa terapiyası
E) Kimyəvi terapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
513) Bud yırtığı nə ilə xarakterizə edilir?
A) Böyük olmayan ölçülərlə, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə
B) Tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə
C) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, qasıq kanalından çıxması ilə
D) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə
E) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
514) Xəstəxanaya boğulmuş qasıq yırtığı ilə daxil olan xəstələrə göstərilən ilk tədbirə nə aiddir?
A) Analgetik və spazmolitiklərin vurulması
B) Yırtığın zorla yerinə salınaraq stasionar şəraitdə müşahidə edilməsi
C) Təcili cərrahi müdaxilə
D) Yırtığın spontan olaraq yerinə keçməsi ehtimalı ilə ilıq vanna
E) Yırtığın yüngül yerinə düzəlməsi məqsədilə spazmolitiklərin vurulması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |