428) Qarının boğulmuş yırtığında erkən əlamətlərə hansı aiddir?
A) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
B) Kəskin başlama, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
C) Yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
D) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, kəskin ağrı, yüksək hərarət
E) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
429) Boğulmuş yırtıq özbaşına yerinə düzələrsə cərrahın taktikası nədən ibarət olmalıdır?
A) Qarın boşluğunun təftişi ilə laparotomiya
B) Stasionar şəraitdə xəstəyə ciddi nəzarət
C) Xəstənin təkrari baxışla evə buraxılması
D) Təmizləyici imalənin olunması
E) İlıq vannanın təyini
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
430) Xəstə qasıq nahiyəsində yırtığın olmasından şikayət edir. Yırtıq boğularkən qasıqüstü nahiyədə ağrılar, sidik ifrazına tez-tez çağırışların olması nəyə dəlalət edir?
A) Düz qasıq yırtığı
B) Sürüşən yırtıq
C) Bud yırtığı
D) Qapayıcı dəliyin yırtığı
E) Çəp qasıq yırtığı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |