Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və şərti maliyyə vahidinin artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması
1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.
1124.2. Şərti maliyyə vahidinin artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı şərti maliyyə vahidinin artımına mütənasib surətdə artırılır.