Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu



Yüklə 0,51 Mb.
səhifə631/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   627   628   629   630   631   632   633   634   ...   904
Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu

 

902.1. Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:



902.1.1. sığortaçının adı və ünvanı;

902.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı,  atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; 

902.1.3. sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; 

902.1.4. sığorta riskləri;

902.1.5. sığorta məbləği;

902.1.6. sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;

902.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;

902.1.8. sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı,  atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;

902.1.9. sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.

902.2. Sığorta şəhadətnaməsində sığortalının və ya sığorta olunanın sığorta müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda maliyyə bazarlarına nəzarət orqanına şikayətlə müraciət etməsi üçün həmin orqanın adı, ünvanı və telefon nömrəsi aydın şəkildə göstərilməlidir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   627   628   629   630   631   632   633   634   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin