Ümumi yataqların işlənmə sistemi
Neft yataqlarının işlənilməsində 3 sistem tətbiq edilə bilər: aşağıdan yuxarı, yuxarıdan aşağı,qarışıq. Bu və ya digər sistemin seçilməsi təbii (geoloji) və texniki-iqtisadi amillərdən asılıdır. Və yalnız kəsilişdə neft ehtiyatlarının paylanması haqqında məlumat əldə edildikdən sonra bu məsələ həll oluna bilər.
Yuxarıdan aşağı sistem - bu sistemdə yuxarıda yatan lay tam qazılıb qurtarır, sonra altda yatan lay istismara verilir. Bu sistemin bir neçə nöqsanları vardır. Aşağıda yatan layların qazılması ləngiyir, istismar qazımasının həcmi çoxalır, yəni quyuların sayı artır, yuxarı layda ehtiyat tükəndikdən sonra, alt laya quyular dərinləşdikdə laylar gilliləşir.
Aşağıdan yuxarı- adından məlum olduğu kimi, layları ardıcıl olaraq aşağıdan yuxarı qazırlar. Burada aşağı obyektin kəşfiyyatı və işlənilməsi məqsədilə qazılan quyular yuxarı obyektlər haqqında da kifayət qədər məlumat verir. Müvəffəqiyyətsiz quyuların sayı xeyli azalır, çünki istinad horizontuna qazılan quyu neftli sahədən kənara düşdükdə, yuxarı horizonta qaytarılır. Bütövlüklə, yatağın işlənilməsində lazım olan qazıma işlərinin həcmi xeyli azalır, çünki aşağı obyektdən işləyən quyular geoloji və texniki səbəblərə görə dayandıqda yuxarı obyektlərin işlənilməsi üçün onlardan istifadə etmək mümkün olur.
Qarışıq sistem - aşağı və yuxarı obyektlər eyni vaxtda müstəqil işlənilir. Bu sistemin əsas üstünlüyü yatağın bütün neft obyektlərinin intensiv işlənilməsidir.
III
II
I
Şəkil 1
I
II
III
Şəkil 2
I mərtəbə
II mərtəbə
III mərtəbə
Şəkil 3
- az məhsuldarlıqlı neft layı
Suvurma üsulları
1950-ci illərdən başlayaraq tətbiq olunan bu üsul neft mədənlərinin ehtiyatlarının mənimsənilməsində olduqca müsbət rol oynamışdır. Bu üsullar demək olar ki, dünyanın bütün hövzələrində istifadə edilir. Onların texniki tərəfdən istifadəsi sadə olmaqla, yalnız su resurslarının (çay, göl, dəniz) mövcudluğunu tələb edir. Laya su vurulduqda onun təzyiqinin düşmə tempi azalır, bəzən hətta onun sabitliyinə gətirir. Nəticədə işlənilən lay aktiv dinamika ilə səciyyələnir. Məhz belə şəraitlərdə bu dinamik sistemi tənzimləmək də olur ki, bu da yataqda neft yığımlarının istənilən istiqamətlərə sıxışdırılaraq hərəkət etdirilməsinə imkan verir.
Suvurmanın uzun müddət müxtəlif geoloji şəraitlərdə tətbiqi onun müxtəlif modifikasiyalarının yaradılmasına gətirmişdir. Onlar aşağıdakılardır:
-
kontur arxası suvurma. Bu üsulla su, yatağın su-neft konturunun arxasına vurulur (şək.4 a). Bu üsulla laya vurulan su yatağın hidrodinamik şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji müxtəliflik dərəcəsi az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.
-
konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək. 4 b).
Şəkil 4. Yataqda müxtəlif modifikasiyalarla suvurma sistemləri
-
kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma” modifikasiyası deyilir (şək. 4 c). Adından göründüyü kimi bu üsul vurucu quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.
Suvurmanın yuxarıda göstərilən üsulları ümumi halda verilmişdir. Bu bölgünün fonunda suvurma geoloji quruluşdan asılı olaraq müxtəlif qoyuluşlarla həyata keçirilir: yatağın tağ hissəsinə suvurma, neftli sahəni kəsən suvurma, strukturun oxu istiqamətində suvurma və s.
Dostları ilə paylaş: |