Ümumiməlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 117,98 Kb.
tarix09.02.2020
ölçüsü117,98 Kb.
#102049
növüMühazirə

Ümumiməlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BME 476- Fundamentals of Metrology, Standardizatiion & Certification (Metrologiya, standartlaşdırma və sertifikatlaşdırmanın əsasları) – 6 kredit

Departament

Biotibbi texnologiya mühəndisliyi

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız, 2017

Fənni tədris edən müəllim

Nuru Səfərov, Ph.D.

E-mail:

Nsafarov@khazar.org

Telefon:

(+994 12) 421-10-93 (daxili 255)

Mühazirə otağı / Cədvəl

#415 Bazar ertəsi

Məsləhət saatları

Cümə, 15:00 – 16:00

Prerekvizitlər

yoxdur

Tədris dili

Azəri

Fənnin növü (məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavəədəbiyyat

Ədəbiyyat

1. Qafarov A.M. Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma. Ali Texniki Məktəblər üçün dərslik. Bakı, 2012, 525 s.

2. Aslanov Z.Y., Musayeva T.T. Metrologiyanın əsasları. Metodiki vəsait. Bakı-2014, 110s.

3. https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako



Əlavə ədəbiyyat

1. www.europa.eu.int

2. www.azstand.gov.az


Tədrismetodları

Mühazirə

x

Praktiki seminarlar

x

Qiymətləndirmə

Komponentləri

Tarix / son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Tapşırıq

Semester ərzində keçilən materiallar üzrə

20

Təqdimat

Tələbələrin sərbəst işinə görə

10

Final imtahanı




40

Yekun




100

Kursun təsviri

Metrologiyanın əsas predmeti və funksiyaları, onun vəzifələri haqqında tələbələrə izahat vermək. Ölçmə prosesinin əsas xarakteristikası, dəqiq ölçmələrin metroloji xarakteristikası və onun yeni texnologiyaların yaranmasındakı rolu haqqında bilgilər. Beynəlxalq vahidlər sistemində etalonlar, onların təşkili və istifadəsi, ölçmə metodlarının müxtəlif növlərini izah etmək. Standartlaşma anlayışı və onun fəaliyyəti, standartlaşmada olan normativ və sənədlər, standartlaşmanın məqsədi, əsas prinsipləri, vəzifələri. Ekoloji standartlar və ekoatlaslar, onların kefiyyət prinsipləri və Azərbaycanda Dövlət standartları haqqında. Sertifikasiya anlayışı, ekoloji sertifikatın obyektləri, sertifikasiyanın məqsədi, onun məsələləri, əsas terminləri, tələbləri, onun akkreditasiyası və Azərbaycanda sertifikasiya sistemi.


Kursun məqsədləri

Kurs Xəzər Universitetinin biotibbi texnologiya mühəndisliyi ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır.

Kursun məqsədləri:

Tələbələr bu kursu mənimsəməklə kursun predmeti, vəzifələri haqqında biliklər eldə edəcək. O cümlədən kursda tələbəyə fiziki kəmiyyətlər və onların vahidləri, beynəlxalq vahidlər sistemi və etalonlar barədə geniş məlumat verməklə tələbələr ölçmə metodlarını, onun metroloji xarakteristikalarını mənimsəyə biləcəklər.



Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr bu bacarıqlara malik olmalıdır:

Standartlaşma və onun anlayışı, ekoloji standartlar, ekoloji atlas və onların anlayışları, standartlaşmanın kefiyyət prinsipləri və tətbiqi, həmçinin sertifikasiya anlayı, məqsədi və məsələləri, ölkəmizdə standartlaşma və sertifikasiya sistemi haqqında biliklər əldə edəcəklər.



Qaydalar (Tədris siyasəti və davranış)

  • Sinif üçün hazırlıq

Bu kursun strukturu sinifin xaricində sizin fərdi tədqiqatınızı və hazırlığınızı çox vacib edir. Mühazirə materialı mətndə təqdim edilən əsas məsələlər üzərində fikrini cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək. Mühazirənin və ya fəsilin sonunda siz tipik imtahan suallarını, qeydlərinizi, həll edilmiş problemləri və hadisələri öyrənməlisiniz.

  • Effektivlik (keçid /uğursuzluq)

Bu kurs ardıcıl olaraq Mühəndislik fakultəsinin apardığı qiymətləndirmə siyasətini ciddi izləyir. Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır. Müvəffəqiyyətsizlik halında, o növbəti müddət və ya ili kursu təkrar etməyə məcbur olacaq.

  • Yalan/ plagiat

Yoxlama sorğuları, aralıq və buraxılış imtahanları ərzində aldadaraq və ya başqa plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir. Bu halda tələbə avtomatik olaraq heç bir müzakirələrsiz sıfır (0) alacaq.

  • Professional davranış direktivləri

Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.


Cədvəl

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik / Tapşırıqlar

1

18.09

Metrologiyanin predmeti və vəzifələri

Metrologiyanın predmeti və vəzifələri haqqında məlumatların izahı. Fiziki kəmiyyətlərin ölcülməsi haqqinda izahat. Metrologiyanin vəzifələri haqqinda ətraflı məlumatlar.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





2

25.09

Fiziki kəmiyyətlər sistemi və onların vahidləri.

Fiziki kəmiyyətlərin ölçmə sistemlərinin təşkili, müxtəlif nümunələrdə fiziki kəmiyyətlərin ölçülməsi, ölçü əməliyyatlartının qruplara bölünməsi, müxtılif kəmiyyətlərin ölçülməsi üçün tənlüklər, metrik sistemlər



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





3

02.10

Beynəlxalq metroloji təşkilatlar.

Ölçmələrin aparılmasında təyinatın və ölçülən kəmiyyətlərin dəqiqliyi onların beynəlxalq sistemde tətbiq edilməsi və s. haqqinda izahat



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





4

09.10

Etalonlar.Beynəlxalq vahidlər sistemində etalonlar.

Vahid ölçü sisteminin yaranmasinda etalonların tətbiqi, ölçü vasitələrində dəqiqliyin əmələ gəlməsində xüsusi etalonların tətbiqi. Uzunluq vahidi etalonu, kütlə və zaman vahidləri etalonlarının tətbiqinin qanunla tənzimlənməsi Vahid beynəlxalq sistemin hazirlanmasi və onun yeni texnologiyann yaranmasinda rolu.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





5

16.10

Mexaniki kəmiyyətlər üçün Cİ sistemi. Ölçmə

metodları

Metrologiyada ölçmələrin aparılmasında istifadə edilen ölçmə vasitələrində xətaların əmələ gəlməsini izah etmək. Bir başa ölçmə metodları ölçmələrin müqayisə metodlari, sifir nöqtəsinin təyini metodu, differensial ölçmə metodu,

fotoelektrik ölçmə metodları


https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





6

23.10

Ölçmə vasitələrinin metroloji xarakteristikası.

Ölçmələrdə xətaların azaldılma yolları, pH, temperatur, təyin edilən maddənin miqdarı, analiz nəticəsində əmələ gələn kənara çıxmalar, analiz edilən nümunələrin sistemləşdirilməsi və bunların analizi üçün metodlarin seçilməsi, analizdə xətaların müəyyən edilməsi, dəqiqlik, doğruluq, mütləq və nisbi xətalar



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





7

30.10

Ölçmə metodları və ölçmə vasitələrinin xətaları

Xətaların növləri.Orta qiymətin hesablanması. Standart kənara çıxma.Nisbi stsandart kənara çıxma




https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





8

06.11

Ekoloji standartlaşmanın anlayışı

Standartlaşma nədir, ətraf mühitdə ekoloji standartlaşmanin əhəmiyyəti



Aralıq imtahan

https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





9

13.11

Ekoloji standartlaşmanın əsasları

Yeni texnologiyanın yaranmasında standartların tətbiqi, standart metodların istifadəsi və tətbiqi. Azərbaycanda dövlət standartlaşma sistemi, standartlaşmada olan normalar, qaydalar, tələblər, metodlar və terminlərin beynəlxalq və

milli qanunla tənzimlənməsi


https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





10

20.11

Standartlaşmanın məqsədi və əsas prinsipləri.

Standartlaşma üzrə işlərin təşkili və normativ sənədlərin hazırlanma qaydalarını izah etmək.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





11

27.11

Standartların hazırlanmasında beynəlxalq

təşkilatlar.

Beynəlxalq standartlaşma təşkilatı və təşkilatların yaranması. İSO 9000 və İSO 14000 standartlaşmada kefiyyətin yüksəlməsi. İSO standartlar haqqında məlumatlar. Elm və texnikanın, kənd təsərrüfatı və sənayenin və tibbin bütün sahələrində İSO standartlaşmada keyfiyyətin yaranması.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





12

04.12

Azərbaycanın Dövlət Standartları. Standartların kateqoriyaları

Standartlaşmanın elmi prinsipləri. standartlaşdırılan obyektlərdə kompleks normalar, qaydalar, səlahiyyətli orqanlar. Standartlaşdırmanın normativ texniki sənədləri. Azərbaycanda Standartlaşdırma, Sahə standartları, müəssisə standartı, milli standartlar



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





13

11.12

Sertifikasiya anlayışı və əsasları

Sertifikasiyanın əsas məqsədi. Ekoloji sertifikatın obyektləri, ekoloji təhlükəsizlik, təbii məhsullar və təşkilat tərəfindən ekoloji menecment sisteminin fəaliyyəti. Ekoloji sertifikasiya təşkilatları. Sertifikasiya sistemində ekoloji təşkilatın yaranması və işləməsi.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





14

18.12

Sertifikasiyanın məqsədi və məsələləri. Əsas terminlər

Uyğunluq haqqında istehlakçının və tədarükçünün məlumatı. Uyğunluq termini. Istehsalçının uyğunluq haqqında məlumatı və anlayışı. Sertifikasiya sisteminin əsası, sertifikasiyanın aparılması qaydaları və yolları.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako





15

25.12

Sertifikasiya üzrə rəsmi tələblər və onun akkreditasiyası

Sertifikasiya sisteminin idarə olunması üçün inzibati struktur, hüquqi və iqtisadi imkanlar, ixtisaslı və xüsusi hazırlıq keçmiş heyətin əsaslandırılması. Sertifikasiya üzrə orqanın tərkibinə daxil olan vəya onunla müqavilə əsasında qarşılıqlı əlaqədə olan akkreditasiya edilmiş sınaq laboratoriyaları.



https://cloud.mail.ru/public/BCWg/Ww5m9Yako











Final imtahan





Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin