Urologiya


) Hamillələrdə pielonefritin inkişafının əsas səbəbi nədir?



Yüklə 0,99 Mb.
səhifə137/355
tarix10.01.2022
ölçüsü0,99 Mb.
#106193
1   ...   133   134   135   136   137   138   139   140   ...   355
383) Hamillələrdə pielonefritin inkişafının əsas səbəbi nədir?
A) Orqanizmin reaktivliyinin azalması

B) Sidik axarlarının böyümüş uşaqlıq ilə sıxılması və hormonal dəyişikliklər hesabına sidik axarlarının dilatasiyası

C) Sidik axarlarının böyümüş uşaqlıq ilə sıxılması

D) Bütün sadalananlar

E) Hormonal dəyişikliklər hesabına sidik axarlarının dilatasiyası
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
384) Xroniki pielonefrit zamanı Xodson simptomu nəyə əsaslanmışdır?
A) Böyrək ölçülərinin böyüməsinə

B) Böyrək ləyəni tonusunun dəyişikliyinə

C) Kasacıqların tonusunun dəyişməsinə

D) Böyrəkdə ocaqlı və polimorf iltihabi dəyişikliklərə

E) Böyrəklərin fəaliyyətinin pozulmasına
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
385) Dispanserizasiyada 34 yaşlı xəstə qadının sidiyinin təhlilində görmə sahəsində 25 - 30 leykosit aşkar olunmuşdur. Şikayəti yoxdur. Anamnezində uroloji xəstəliklər yoxdur. Ən çox ehtimal olunan diaqnoz hansıdır?
A) Xroniki sistit

B) Xroniki uretrit

C) Xroniki pielonefrit

D) Xroniki adneksit

E) Pielit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
386) Xəstə qadın bir ildir ki, vaxtaşırı kəskinləşən sistitdən əziyyət çəkir. Sidiyin reaksiyası turşdur. 5 – NOK, nitrofuranlar, urosulfan qəbul etməsinə baxmayaraq davamlı leykosituriya qeyd olunur. Daha çox ehtimal olunan diaqnoz hansıdır?
A) Sistalgiya

B) Böyrək vərəmi

C) Xroniki sistit

D) Sidik kisəsinin vərəmi

E) Xroniki pielonefrit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
387) 42 yaşlı xəstədə dispanserizasiya zamanı leykosituriya (görmə sahəsində 35 – 40 leykositə qədər) aşkar olunmuşdur. Leykosituriyanın mənbəyini təyin etmək üçün (uretra, prostat vəzi, böyrək və ya sidik kisəsi) hansı müayinədən başlamaq lazımdır?
A) Neçiporenko sınağı

B) İki stəkan sınağı

C) Sidiyin bakterioloji müayinəsi

D) Provakasion prednizalon testi

E) Sidik kisəsinin kateterizasiyası yolu ilə alınmış sidiyin müayinəsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
388) Kontrlateral böyrəyində dəyişiklikləri olmayan, ağır kəskin irinli pielonefriti və azotemiyası(12-18 mmol/l) olan xəstəyə nefrektomiya mümkündür?
A) Mümkün deyil

B) Mümkündür və məqsədəuyğundur

C) Ancaq hemodializin tətbiqi ilə mümkündür

D) Mümkündür

E) Ancaq hemosorbsiyanın tətbiqi ilə mümkündür
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
389) Xroniki pielonefriti hansı böyrək xəstəliyi ilə mütləq differensasiya etmək lazımdır?
A) Bütün sadalananlar

B) Hipoplaziya

C) Birincili böyrək büzüşməsi

D) Vərəm


E) Qlomerulonefrit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin