634) Böyrək şişinin diaqnostikasında retroqrad ureteropieloqrafiya sayılır?
A) Etibarsız
B) Təhlükəsiz
C) Ümumi qəbul olunmuş
D) Etibarlı
E) Təhlükəli
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
635) Böyrək xərçəngində aortaqrammalarda nə müşahidə olunmur?
A) Orqandaxili damarların deformasiyası
B) Geniş böyrək arteriyası
C) Böyrəyin magistral damarlarının nazikləşməsi
D) Böyrək parenximasında azdamarlı zonalar
E) Böyrəyin müxtəlif hissələrində lakunalar və gölməçələr
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
636) Xərçənglə əlaqədar böyrəyin çıxarılmasında ilk növbədə hansının bağlanması yolverilməzdir?
A) Böyrək ləyəninin
B) Böyrək arteriyasının
C) Böyrək venasının
D) Bütün böyrək ayaqcığının
E) Xaya venasının
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
637) Bədxassəli şişin yeganə böyrəyin qütblərindən birində yerləşməsi zamanı yerinə yetirilməlidir?
A) Nefrektomiya
B) Xəstəni müşahidə etmək
C) Şişin kəsilib götürülməsi
D) Seqmentar arteriyanın embolizasiyası
E) Böyrəyin rezeksiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
638) Böyrəyin qeyri operabel xərçəngində hematuriyanı konservativ yollarla saxlamaq mümkün olmadıqda, lazımdır?
A) Böyrək arteriyasının embolizasiyasını aparmaq
B) Tez-tez təzə qan köçürməsini təşkil etmək
C) Nefrostoma
D) Konservativ və simptomatik müalicəni davam etdirmək
E) Nefrektomiyanı həyata keçirmək
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
Dostları ilə paylaş: |