66) Aşağıdakılardan hansı mezoperitoneal üzvlərə aiddir?
A) Mədə
B) Köndələn çənbər bağırsaq
C) Dalaq
D) Böyrəklər
E) Düz bağırsağın orta hissəsi
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
67) Yuxarı hissəsi intraperitoneal, orta hissəsi mezoperitoneal, aşağı hissəsi ekstraperitoneal olan orqan hansıdır?
A) Qida borusu
B) Mədə
C) Çənbər bağırsaq
D) Onikibarmaq bağırsaq
E) Düz bağırsaq
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 96
68) İleus dedikdə nə başa düşülür?
A) Bağırsaq keçməzliyi
B) Bağırsaq atoniyası
C) Bağırsaq deşilməsi
D) Bağırsaq spazmı
E) Bağırsaq qanaxması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 397
69) Anadangəlmə mekonial bağırsaq keçməzliyinin səbəbi hansıdır?
A) Onikibarmaq bağırsağın stenozu
B) Bağırsağın sistlərlə sıxılması
C) Nazik bağırsağın atreziyası
D) Mədəaltı vəzin ifraz etdiyi tripsin fermentinin deffekti
E) Onikibarmaq bağırsağın nalvari mədəaltı vəz vasitəsi ilə sıxılması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 404
70) Anadangəlmə aşağı bağırsaq keçməzliyini aşağıdakı xəstəliklərdən hansı ilə diferensasiya etmirlər?
A) Mekonial ileus
B) Yemək borusunun atreziyası
C) Paralitik bağırsaq keçməzliyi
D) Hirşprunq xəstəliyinin kəskin forması
E) Yoğun bağırsağın ikiləşməsi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008səh 405
71) Q. Mondora görə düzgün toplanmış anamnezə və klassik klinik əlamətlərə əsasən hansı xəstəliyin diaqnozunu “telefonla” müəyyən etmək olar?
A) Kəskin appendisit
B) Mədə xorası
C) Kəskin invaginasiya
D) Xaya burulması
E) Kəskin dizenteriya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 414
Dostları ilə paylaş: |