985) Aşağıdakılardan hansı sınıqlar üçün ümumi klinik əlamətlərə aid deyil?
A) Krepitasiya
B) Lokal ağrı
C) Patoloji hərəkət
D) Travmatik şişkinlik
E) Qusma
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 131
986) Hansı yerdəyişmə sınıqlar zamanı əmələ gələ bilməz?
A) Perpendikulyar yerdəyişmə
B) Eninə yerdəyişmə
C) Rotasion yerdəyişmə
D) Boylama yerdəyişmə
E) Bucaqvari yerdəyişmə
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 133
987) Diafizar sınıqlarda öz - özünə korreksiya neçə yaşa kimi baş verə bilər?
A) 15
B) 12
C) 7
D) 10
E) 14
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 133
988) Aşağıdakı hansı halda uşaqlarda sınıq zamanı cərrahi müdaxilə tələb olunmur?
A) İnterpozisiya olduqda
B) İki və ya üç dəfə qapalı repozisiya nəticəsiz olduqda
C) Düzgün bitişməyən və gələcəkdə deformasiya vermə qorxusu olan sınıqlarda
D) Yumşaq toxumaların nisbətən böyük zədələnmələri ilə olan açıq sınıqlarda
E) Sümüküstlüyü altı sınıqlarda
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 134
989) Aşağıdakılardan hansı uşaqlarda sınıqların gips vasitəsilə ilkin immobilizasiyasının prinsipinə daxil deyil?
A) Azı iki oynağı əhatə etmək
B) Gips longeti yumşaq tənzif bintlə bərkitmək
C) Sınıq nahiyəsinin üçdə iki hissəsini tutmaq şərtilə gips longeti qoymaq
D) Ətrafa orta fizioloji vəziyyət vermək
E) Sirkulyar gips sarğısı qoymaq
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 132
Dostları ilə paylaş: |