Ustad Misbah Y?zdi


XUDPƏSƏNDLIK SAĞLAM DAVRANıŞıN BƏLASıDıR



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə109/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   156
Əbədi öyüd 2022

XUDPƏSƏNDLIK SAĞLAM DAVRANıŞıN BƏLASıDıR
Davranış me’yarının mövcud olmasına baxmayaraq,  çoxları
bu qaydaya riayət etmirlər.  Çoxları özlərinə münasibətdə
gözlədikləri qaydada başqalarına yanaşmırlar. Heç vaxt özlərini


134
qarşı tərəfin yerinə qoymurlar.  Bəs bunun səbəbi nədir?  Bu
xəstəliyin kökü haradadır?  Həzrət  (ə)  buyurur:  “Bil ki,
xudpəsəndlik həqiqətə ziddir.”  Bəli,  bu problemin kökündə
xudpəsəndlik dayanır. Özünü başqalarından ayıran, üstün tutan
insan başqaları ilə eynihüquqlu olmaq istəmir.  Bəhanələr də
var.  Bə’ziləri özünü başqalarından üstün bilir,  təkəbbür
nümayiş etdirir.  Məsələn,  özünü alim,  başqalarını isə cahil
sayır.  Ona elə gəlir ki,  alim olduğu üçün ona ehtiram
göstərilməlidir.  Bə’ziləri isə malik olduqları var-dövlətə görə
imtiyazlar umur.  Kimisi də özünü mö’min,  başqalarını
günahkar saydığından burnunu dik tutur.  Bu cür yanlış
yanaşmalar səbəbindən davranışın hikmətli me’yarı ayaq altına
atılır. Azğınların ilk addımı həmin xudpəsəndlik, özünü yuxarı
tutmaqdır.  Onlar başqalarından üstün məziyyətlərə malik
olduqlarını düşünür,  ətrafdakıları əskik sayırlar.  Bu,  insanın
mübtəla olduğu ən ağır dərddir və dünya-axirət fəlakəti ilə
nəticələnir.  Bu xəstəliklə ciddi mübarizə aparılmalıdır.  İnsan
özünü başqalarından aşağı tutmağa çalışmalıdır.  O,  bütün
üstünlüklərini Allahın əmanəti saymalıdır.  Üstünlüklər insana
tapşırışmış əmanətdir.  Axı kim zəmanət verə bilər ki,  insanın
malik olduğu var-dövlət,  iste’dad,  gözəllik,  güc,  iman,  vəzifə
ömrünün axırınacan onun əlində qalacaq?!  Əldən çıxması
mümkün olan bir şeyə görə qürrələnməyə dəyərmi?  Bu gün
imansız,  savadsız,  yoxsul olan insan sabah imanlı,  elmli,  varlı
ola bilməzmi? “Cücəni payızda sayarlar”– buyurub atalar. Kim
bilir ki,  kimin axırı nə olacaq?  Azmı görmüşük uca məqamlı
insanlar qısa bir müddətdə zavala gəlib,  uçuruma yuvarlanır?!
Kim öz axırının yaxşı olacağına əmindir?  Bütün bunları
düşünən,  dərk edən insan özünü çəkmir,  təvazökar olur,
təkəbbür və qürurdan çəkinir.
Deməli,  Həzrətin  (ə)  buyurduğu tərbiyəvi,  əxlaqi,  ictimai
me’yara çəpəki baxanlar xudpəsəndlik xəstəliyinə yoluxub,
özlərini başqalarından üstün tutanlardır.  Ona görə də özləri
istədiklərini edir,  başqalarından qanun tələb edirlər.  Çünki


135
özlərindən razıdırlar. Amma özlərini başqaları kimi bilsəydilər,
təvazö edərdilər. Özünü başqaları ilə eyni hüquqlu bilən insan
imtiyaz tələb etmir. Gözləmir ki, ona salam versinlər. Belə bir
münasibət açıq-aşkar izhar olunmasa da,  daxildə özünü
möhkəmləndirmişdir.  Ona görə uyğun xislətdən yaxa
qurtarmaq asan olmur. Hər halda özümüzü qarşı tərəfin yerində
hiss edə bilsək, bir çox problemlərin həllinə nail olmuş olarıq.
Misli olmayan vəsiyyətin vasitəsi ilə bütün ictimai əlaqələri
tənzimləmək mümkündür.
Deyilənlər xudpəsəndliyin ictimai və əməli zərərlərinin yalnız
bir tərəfi idi.  Digər bir tərəfdə isə fikirə,  elmə,  ağıla aid
xudpəsəndliklər dayanır.  Xüdpəsəndlik insanın rəftarı ilə
yanaşı,  onun ağıl və düşüncəsi üçün də bəlalar yaradır.  Bu
xəstəliyə yoluxmuş insanın ağlı düz işləmir.  Yalnız bu
xəstəlikdən qurtulduqdan sonra insan batin və zahir
peyğəmbərin himayəsi ilə doğru yola yönəlir.  Xudpəsənd
olmayan insan bəndəlik yolunu tanıyır,  Allah qarşısında müt’i
olur və özünü heç bilir.  İnsanın eqoistlik və qururdan azad
olmasının əlaməti onun Allaha ibadət zamanı xüzulu,  xüşulu
(müti)  olmasıdır.  Mənəm-mənəmlik olan yerdə bəndə
mütiliyindən danışmağa dəyməz.  “Mən”  bütü sındıqdan sonra
təvazökarlıq peyda olur.  Xüşulu,  təvazökar,  müti olmaq
istəyiriksə,  ilahi lütfə şərait yaratmalı,  maneələri aradan
qaldırmalı, 
ilahi
hüzurda
acizliyimizi
dərk
edərək,
xudpəsəndliyi kənara qoymalıyıq.  Yalnız bu halda xüşu əldə
olunur, ali məqsədə doğru hərəkətin vaxtı çatır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin