Валидејнләр үчүн



Yüklə 2,14 Mb.
səhifə13/38
tarix17.06.2018
ölçüsü2,14 Mb.
#53929
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Amma sizin bu reaksiyanız hələ işin başlanğıcıdır. Çox ehtimal ki, körpə növbəti dəfə əlini rozetə uzadacaqdır. Aydındır ki, siz yenə də mənfi reaksiya göstərəcəksiniz. Yox o öz təcrübələrini dayandırmaq fikrində deyil. Əgər əvvəl sağ əlini uzadırsa bu dəfə sizə baxa-baxa sol əlini uzadacaq. O, nəzəriyyəçi alim kimi sizin reaksiyalarınızı öyrənir. Onu tənha qoymayın. O, qonşu otağa sivişib öz rozet təcrübəsini qonşu otaqda davam etdirə bilər. Əgər bütün cəhdlər zamanı sizin mənfi reaksiyanızla qarşılaşsa, əmin olacaq ki, bu predmetə toxunmaq olmaz. Təəssüf ki, əksər valideynlər uşağın davamlı sınaq aparacağını anlamırlar. Məsələn, birinci dəfə əlini rozetə uzadan uşaq valideyn çölə çıxdıqdan sonra yenidən işini davam etdirəcək. O elə bilir ki, rozetə valideynin yanında dəymək olmaz. Demək, siz sınaqlar başa çatanadək körpəni tərk etməməlisiniz. Siz o qədər səbirli olmalısınız ki, körpə son qərara gələ bilsin. İnanın ki, o öz təcrübələrinin sonuna çatdıqdan sonra mənalı şəkildə gülümsəyir. Çünki başa düşüb ki, valideyni narahat edən səbəb nə imiş.

Uşaq bu sayaq biliklərə çox maraqlıdır. O vaxtaşırı sınaqları təkrarlayır ki, valideynin fikrinin dəyişib dəyişmədiyini anlasın. O sizin qəlbinizi sındırmaq fikrində deyil. Uşaq başqalarında mənfi emosiya yaradacaq hərəkətlərdən çəkinir. Çünki o sevilmək istəyir. O gördüyü müsbət işin əvəzində hədiyyə almaqdan ləzzət duyur.


Sual: Tərbiyənin xüsusi vaxtı varmı?

Cavab: Xeyr, tərbiyə üçün xüsusi vaxt qeyd olunmur. Tərbiyə təyin olunmuş qanunların icrasını tələb etməkdir. Çalışmalısınız ki, bu qanunlar dəyişməz olsun. Əgər təyin etdiyiniz qanunlarda tez-tez dəyişiklik aparsanız, uşaq bu qanunları ciddi qəbul etməyəcək. Ağaca çıxan şəxs budağın üstündə durub, digər bir budaqdan əli ilə tutmalıdır. Əgər bu iki şərtdən birinə əməl olunmasa, yıxılmaq təhlükəsi var. Eləcə də, yıxılan yuxarı yox, aşağı yıxılır. Körpəni bu sayaq məsələlərlə qanunların icrasına həvəsləndirmək lazımdır.

Tərbiyə zamanı elə üsullardan istifadə etmək lazımdır ki, tərbiyə prosesi oyun kimi maraqlı olsun. Məlumdur ki, oyunun davamı üçün qanunlara əməl etmək lazımdır. Elə ki, uşaq qanuna itaətsizlik göstərir, oyun dərhal dayanır. Körpələr qanunauyğun oyunları xoşlayırlar. Bu onu göstərir ki, onlar qanunları sevirlər. Uşaq üçün nəzərdə tutulmuş qayda-qanunların başqa faydaları da var. Uşaqlar bu üsulla öz hərəkətləri ilə ətrafdakılar arasındakı əlaqəni proqnozlaşdırmağı öyrənirlər. Əgər körpə qarşıda nə baş verəcəyini təyin etməyi bacarırsa, qorxu və həyəcandan uzaq olur. Çünki qorxu və iztirab qəfil hadisələrdən yaranır.


Sual: Əgər uşağa qarşı tələblərimdə güzəştə getsəm, nəticə nə olar?

Cavab: Əgər tələblərinizdə israrlı olmasanız, uşaq tərəddüd və iztiraba düçar olar. Uyğun iztirab gələcək fəaliyyətlərdə özünü göstərəcək və daha artıq zəhmət tələb edəcək.

Güzəştə vərdiş etmiş körpə üçün sizin reaksiyanız gözlənilməz olur və uşaq özünü müdafiəsiz hiss edir. Uşağın müalicəsi üçün müraciət edən bəzi valideynlər övladlarına lazımınca diqqət göstərmirlər. Uşaqlarla aparılan söhbətlərdən məlum olur ki, bu uşaqlar öz valideynlərinin diqqətsizliyindən əziyyət çəkiblər. Bu uşaqlar valideynin diqqətini cəlb etmək üçün hər işə əl atırlar. Onlar elə güman edirlər ki, valideyn onlara diqqətsiz olduğundan heç əsəbləşmir də.

Tələblərinizdə israrlı olmasanız körpənin tərbiyəsində problemlər yaranacaq. Çünki o daim öz azadlığının sərhədlərini müəyyənləşdirmək istəyir. Elə düşünməyin ki, o sizi əsəbləşdirmək istəyir. Onun bütün hərəkətləri valideynin diqqətini qazanmaq üçündür. Valideynin gücünə və sevgisinə əmin olan körpə rahatlıq tapır. Onun rahatlıq tapması üçün isə tələblərinizdə israrlı olmaqdan başqa yol yoxdur.

Bəzi problemlər israrlı olmamaqdan yox, tələblərinizin dəyişkənliyindən yaranır. Bəzi valideynlər öz körpəsinə başqalarının icad etdiyi qanunlarla yanaşır. Yeni dayə, baba və nənənin tərbiyəsi tətbiq olunmuş qanunlarda dəyişikliyə səbəb ola bilər. Ən əsası körpənizin tərbiyəsində təsadüfi adamların tövsiyələrinə qulaq asmayın.

Uşaq məntiqi qayda-qanunlarla tərbiyə olunmalıdır. Əgər qanunlar körpəyə zülm edəcək dərəcədə məntiqsizdirsə, siz bu qanunlar üzərində israrlı ola bilməyəcəksiniz. Bu uyğunsuzluğu dərk etmək çətin deyil. Hövsələdən çıxaraq uşağa ağır qanunlar tətbiq etməyiniz həmin məntiqsizlikdən doğur. Məsələn, elan edirsiniz ki, “əgər yeməyini sonadək yeməsən otaqdan çıxmayacaqsan”. Belə bir qərarın icrası sizin özünüz üçün iztirablıdır. Çünki siz bu qərarınızla əslində uşağı həbs edirsiniz. Amma dediyinizdən dönsəniz qeyri-ciddi görünəcəksiniz. Demək, siz öz məntiqsiz qərarınızla özünüzü pis vəziyyətə salırsınız. Qarşınızda iki yol var: ya zülm etməli, ya da bacarıqsız tərbiyəçi olduğunuzla razılaşmalısınız.

Bütün bu problemlərin qarşısını almaq üçün tərtib etdiyiniz qanunlar məntiqli olmalı, aranızdakı etimad və sevgiyə zərbə vurmamalıdır.


Sual: Körpənin tərbiyəsi üçün müəyyənləşdirilmiş qanunlar onun azadlıq hissinə zərbə vurmurmu?

Cavab: Xeyr, qanun-qaydaya sövq edilməyən uşaq azadlığın mahiyyətini dərk edə bilməz. Təəssüf ki, bəzi valideynlər qanunları azadlıq hissinə zidd hesab edirlər. Onlar uşaq üçün çərçivəsiz bir mühit yaradırlar. Mənə elə gəlir ki, çərçivəsiz mühitdə yaşayan uşaq sizin diqqət və sevginizi dəyərləndirə bilməyəcək. Bu isə böyük faciədir. İnanın ki, qayda-qanunsuz mühitdə yaşayan uşaq özünü idarə edə bilmir və öz ətrafına dağıdıcı münasibət göstərir. Bu tip uşaqların cinayətə, vəhşiliyə daha çox meyli olur. Fitrətən mərhəmətli olan bir varlıq yanlış tərbiyə nəticəsində amansızlaşa bilər.

Bəzən elə adamlarla rastlaşırıq ki, uşaqlığını tam azad mühitdə keçirdiyindən gələcəyini təyin etmək qabiliyyətini itirmişdir. Onlar valideynin əvəzində özləri üçün qanunlar tətbiq etmiş və bu yetərsiz qanunların nəticəsində yaradıcılıq istedadından məhrum olmuşlar.


Sual: Dediklərinizdən belə məlum olur ki, siz uşağın tənbeh olunması tərəfdarısınız.

Cavab: Tənbeh xoşagəlməz olsa da bəzi şəraitlərdə zəruridir. Əgər siz körpəni pis vərdişlərdən xoşluqla çəkindirə bilmirsinizsə, demək tənbehdən istifadə etməlisiniz. Amma tənbeh və tərbiyə ayrı-ayrı məfhumlardır. Tərbiyə qayda-qanunlarla tanışlıqdırsa, tənbeh itaətsizliyə görə verilən cəzadır. Tənbeh tərbiyəni, tərbiyə isə tənbehi əvəz edə bilməz. Əgər uşağa tənbeh barədə xəbərdarlıq etmisinizsə tənbeh etməyə hazır olun. Bəzi valideynlər uşağı tənbehlə qorxutmaqda həddi aşırlar. Bu iş tövsiyə olunmur. Əgər belə etsəniz sabit qayda-qanunları zəiflətmiş olacaqsınız. Əgər tənbeh etmək fikriniz yoxdursa, bu barədə danışmamağınız yaxşıdır. Tənbehlə qorxudub, onu yerinə yetirməyəcəksinizsə, uşağın pis işini görməməzliyə vurmağınız daha yaxşıdır. Əgər öz tənbehinizdə zülmə yol verməyə bilmirsinizsə, tənbehdən çəkinin. Dəyərli valideyn olmaq üçün düşünülməmiş hərəkətlərdən və bu hərəkətlərin uğursuz nəticələrindən çəkinin.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin