Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az
Ek :T^S,ke K.
Analoji olaraq, şifrin açılması prosedurasını k açarından asılı olaraq şifrmətnlər çoxluğunu açıq mətnlər çoxluğuna inikas etdirən funksiya kimi vermək olar:
Dk :S—>T,ke K.
Şifrmətni alan tərəf həmişə onun əsasmda ilkin mətni bərpa etmək imkanına malik olması üçün istənilən k & K açarına görə Ek və Dk funksiyaları aşağıdakı şərtləri ödəməlidir:
Dk -.Ek=I,
Burada 1 - T çoxluğunun öz-özünə eyniliklə inikasıdır. Kriptoqrafik üsulların təsnifatı
İnformasiyanın məzmununun gizlədilməsi (çevrilməsi) üsul və alqoritmlərini bir neçə kateqoriyaya ayırmaq olar: kriptoqrafik şifrləmə, kodlaşdırma və ya gizli yazı, sıxma, parçalama, dağıtma və s. (şək.5.2).
Kodlaşdırma və ya gizli yazı. Məlumatı göndərən və alan tərəflər onun üzərində yalnız onlara məlum olan çevirmələri (şifrləmə əməliyyatlarını) aparırlar. Şifrləmə alqoritmi kənar şəxslərə məlum olmur. Bir çox mütəxəssislər gizli yazmı kriptoqrafıya hesab etmirlər.
Kodlaşdırma dedikdə açıq mətnin elementlərinin (hərflərinin, sözlərinin, cümlələrinin və s.) müəyyən kodlarla əvəz olunması başa düşülür. Kodlaşdırmanın iki əsas növündən istifadə olunur: simvol kodlaşdırması və məna kodlaşdırması.
Simvol kodlaşdırması zamanı ilkin mətnin əlifbasının hər bir hərfi bu və ya digər əlifbanın digər hərfi ilə əvəz olunur. Simvol kodlaşdırmasına nümunə olaraq, Morze əlifbasım, şifrləmənin əvəzetmə və yerdəyişmə üsullarım göstərmək olar.
Məna kodlaşdırması zamanı ilkin əlifbada yalmz ayn- ayn simvollar (hərflər) deyil, daha tez-tez istifadə olunan sözlər, ifadələr və hətta cümlələr başqaları ilə dəyişdirilir.
Sıxma. Kompyuterdə böyük informasiya massivlərinin saxlanması üçün müxtəlif sıxma üsullarından istifadə olunur. İnformasiyanın sıxılmasım da kodlaşdırma kimi qəbul etmək olar. Belə ki, sıxma üsulları məlumatda təkrarlanan simvolları və simvol sətirlərini elə çevirir ki, o, yaddaşda az yer tutsun. Sıxma üsullarım iki sinfə bölürlər: statistik və dinamik (adaptiv) sıxma üsulları.
Statistik sıxma üsulları mətndə simvolların rast gəlinmə tezlikləri cüzi dəyişdikdə daha effektiv olur. Adaptiv sıxma üsulları isə simvolların rast gəlinmə tezliklərinin qeyri-müntəzəmliyini izləyir və onların rast gəlinməsi ehtimallarının dəyişməsini yadda saxlayır. Adaptiv sıxma üsulları kodlaşdırma prosesində açıq mətndə baş verən dəyişikliyə dinamik reaksiya verir.
Parçalama və dağıtma. Bu növ üsulların köməyi ilə bir faylın məzmunu elə şəkildə bloklara bölünür və ayn-ayrı fayllara dağıdılır ki, bu fayllar ayn-aynlıqda heç bir informasiya daşımasın və onların yenidən bir vahid fayla toplanması asanlıqla həyata keçirmək mümkün olsun.
Kriptoqrafik şifrləmə. Qeyd olunduğu kimi, şifrləmə üsulları dedikdə istənilən formada olan, o cümlədən disk qurğularında saxlanılan və ya kompyuterdə emal olunan, eləcə də rabitə kanalları vasitəsilə ötürülən informasiyanın məzmununun gizlədilməsi üsulları (alqoritmləri) başa düşülür. Burada fərz edilir ki, şifrləmə alqoritmi hamıya məlumdur. Lakin şifrin açılmasım yalnız göndərən və alan tərəflərə məlum olan açar vasitəsilə həyata keçirmək mümkündür.
Kriptoqrafik şifrləmə üsullarım (alqoritmlərini) aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
istifadə olunan açarların növünə görə: simmetrik şifrləmə üsulları və asimmetrik şifrləmə üsulları.
şifrləmə ardıcıllığına görə: bloklarla şifrləmə və axınla şifrləmə.
Simmetrik (biraçarlı) şifrləmə üsulları
Gizli açarlı kriptoqrafik şifrləmə sistemlərinin ən vacib elementi gizli açarın ötürülməsi üçün “ciddi qorunan kanaf’ın olmasıdır (şək.5.3). Şəkildən göründüyü kimi, gizli açarlı kriptoqrafik sistemə əsasən, məlumatı göndərən şəxs gizli şifrləmə açarmı və alqoritmini istifadə etməklə açıq məlumatı şifrləyir və göndərilməsi nəzərdə tutulan şəxsə ötürür.
Şək.5.3. Simmetrik kriptoqrafık sistemlərin ümumi sxemi
Məlumatları göndərən və alan tərəflərin hər ikisinin eyni bir açardan istifadə etməsi faktım vurğulamaq üçün, adətən, gizli açarlı şifrləmə üsullarını biraçarlı və ya simmetrik şifrləmə sistemləri adlandırırlar.
Şifrləmə açan, bir qayda olaraq, açar generatoru tərəfindən yaradılır, rəqibin (kriptoanalitikin və ya bədniyyətli şəxsin) əlinə keçməsindən ciddi qorunur, qabaqcadan ciddi qorunan kanal vasitəsilə nəzərdə tutulan şəxsə çatdmlır. Alan tərəf həmin açan tətbiq etməklə ona çatan şifrmətni açır. Burada şifrləmə açan (K) - hər hansı sonlu əlifbanın simvollarından ibarət olan ardıcıllıqdır. Belə əlifba qismində çox vaxt ikilik əlifbadan {0,1} istifadə olunur.
Təklif olunan modelə əsasən məlumatı göndərən tərəf açıq mətni 7={tı, t2, ..., M yaradır və şifrləyici vasitəsilə onu şifrləyir. Yuxanda qeyd olunduğu kimi, şifrləmə prosedurasım