Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə25/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

Si=(ti+3) mod 32=(16+3) mod 32 =19 mod 32=19.

19 nömrəsi isə əlifbada “v” hərfini göstərir, yəni “t” hərfi “v” hərfi ilə əvəz olunur.

“y” hərfi üçün:

Si=(ti+3) mod 32=(30+3) mod 32 =33 mod 32 =1.

1 nömrəsi isə əlifbada “b” hərfini göstərir, yəni “y” hərfi “b” hərfi ilə əvəz olunur.

Bu üsulun daha genişlənmiş variantı affm şifrləridir. Affin şifrinə görə N simvoldan ibarət A = {a1,a2,...,aN} əlifbası üçün ilkin mətnin hər bir a, simvolu elə simvolu ilə əvəz olunur ki, j=(Z-z+fc)mod N olsun, burada k - sürüşmə, l isə ixtiyari sabitdir.

Davamlılığı zəif olduğundan sadə əvəzetmə şifrləri hazırda istifadə olunmur. Belə şifrlərin sındırılması ayn-ayn simvolların və onların kombinasiyalarının rast gəlinmə tezliklərinin statistik təhlilinə əsaslanır. Belə ki, istənilən dildə müxtəlif hərflərin, onların iki, üç və ya daha çox sayda kombinasiyalarının mətndə təkrarlanma­ları xarakterik xüsusiyyətlərə malikdir. Ona görə də aydın­dır ki, sadə əvəzetmə şifrləməsi zamam şifirmətndə şifrlən­miş simvolların təkrarlanması açıq mətndə olan təkrarlan­malar ilə üst-üstə düşür. Bu isə şifri çox asanlıqla açmağa imkan verir.

Əvəzetmə şifrlərinin davamlılığını yüksəltmək məqsədilə çoxəlifbalı əvəzetmə üsulundan istifadə olunur. Çoxəlif- bah əvəzetmə prosedurasında əvəzetmələr (əlifbalar) çox­luğu və bu çoxluqların tətbiq olunması ardıcıllığım müəy­yən edən paylama funksiyası istifadə olunur. Belə ki, hər hansı simvolun şifrlənməsi zamanı o, şifrləmə açan və paylama funksiyasının qiyməti ilə müəyyən edilən əlifba­dan simvol ilə əvəz edilir.

Çoxəlifbalı əvəzetmə üsulunun xüsusi halı kimi Vijiner şifrini göstərmək olar. Bu üsulda şifrləmə açarı m ədəddən ibarət çoxluq seçilir: k=(kh k2,..., km). T=(tj, t2,..., Q açıq mətninin S=(s7, s2,..., s,^ şifrmətninə çevrilməsi üçün ümumiləşdirilmiş Sezar şifrindən istifadə olunur:

Si^tj+ki) mod N.

Burada N - əlifbanın simvollarının sayıdır. Açarın bü­tün m simvolu istifadə olunub qurtardıqdan sonra (m+l)-ci simvol qismində dairəvi prinsip üzrə açarın birinci simvo­lu (kj) götürülür. Faktiki olaraq, açar qismində ilkin açarın simvollarının dövri təkrarlanması şəklində formalaşan sonsuz kj, k2,..., km, kj, k2,..., k,... ardıcıllığı istifadə olunur. Belə ardıcıllığı qamma ardıcıllıq adlandırırlar. Qamma ardıcıllığın formalaşdırılması (qammalaşdırma) üsullarına növbəti paraqrafda baxılacaqdır.

Çoxəlifbalı əvəzetmə şifrini də smdırmaq kifayət qədər asan olsa da sadə əvəzetmə şifrinə nisbətən bir qədər çətindir.

  1. Qammalaşdırma üsulları

Qammalaşdırma - ilkin mətnin simvollarının müəyyən qaydada formalaşdırılmış psevdotəsadüfi simvollar ardıcı­llığı ilə əlifbanın gücünə (simvollarının sayma) bərabər modulla toplanması yolu ilə çevrilməsini özündə ehtiva edir.

Qammalaşdırma üsulunu, formal olaraq, çoxəlifbalı əvəzetmə üsullan sinfinə aid etmək olar. Lakin reallaşdı- nlmasmın və formal təsvir olunmasının asanlığı baxımın­dan qammalaşdırma üsulu geniş istifadə olunur və ona görə də onlan ayrı sinfə ayırırlar.

Qammalaşdırma üsulunun mahiyyəti aşağıdakından ibarətdir. Məxfi k açarının köməyi ilə gh g2,..., gi,... simvollar ardıcıllığı generasiya olunur. Bu ardıcıllıq qam­ma adlanır. Şifrləmə zamanı qamma T=(r;, Q açıq mətni ilə üst-üstə qoyulur. Şifrmətnin simvolları açıq mətnin və qammanın uyğun simvolları üzərində aparılmış tərsi olan əməliyyatm köməyi ilə almır:


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin