Şəkil 11.4. Elektron ommetrin zaman diaqramı
P relesinin sol kontaktının R1 müqavimətinə qapanması nəticəsində C0 kondensatoru E0 gərginliyinə qədər dolur. Relenin kontaktının ölçülən Rx müqavimətinə qapanması ilə C0 kondensatoru boşalır ( şəkil 11.4 a t0 momenti ). Bu zaman idarəedici qurğu impuls verir ( şəkil 11.4 b ) və triggeri bir vəziyyətinə qaytarır ( şəkil 11.4 c ). Bu andan zaman selektoru açılır və elektron sayğacın girişinə kvars generatorundan müəyyən f tezlikli impulsların daxil olması təmin olunur ( şəkil 11.4 ç ). İmpulsların hesablanması müqayisə qurğusunun girişinə daxil olan U1 və U2 gərginliklərinin bərabər olan halına qədər davam edir. Burada U1 = E – kondensatorun yükləndiyi gərginlikdir. Onun qiyməti τ = C0Rx sabit zamandan asılıdır. U2 - R3 müqavimətin üzərindəki gərginlik düşgüsüdür. Onun qiyməti ( R2+R3 ) gərginlik bölücüsündən asılıdır. Əgər t1 zaman anında U1= U2 olarsa, müqayisə qurğusu impuls verir ( şəkil 11.4 e ) və bu impuls triggeri sıfır vəziyyətinə gətirir. Bu zaman kvars generatorundan daxil olan impulsların sayğacin girişinə ötürülməsi kəsilir ( şəkil 11.4 d ). t1 – t0 = τ zaman anında sayğac m sayda impuls sayır. Bu impulsun qiyməti periodu ilə və τ = Rx·C0 = mT qiyməti ilə müəyyən olur. Buradan
( 11.1 )
təyin olunur. K = 10n Om / impuls; n = 0; 1; 2 və s. müsbət ədəddir.
Bu cihaz vasitəsilə tutumu da ölçmək mümkündür. Bu zaman Rx əvəzinə nümunəvi R0 müqaviməti, C0 əvəzinə ölçüləcək Cx kondensatoru götürmək lazımdır. Tezliyin çox yüksək qiymətlərində bu cihaz vasitəsilə diskretlənmənin xətasını təyin etmək mümkündür.