Vi fəsil. C++ dilində proqramlaşdırma


Sətirlərlə işləmək üçün olan kitabxana funksiyaları



Yüklə 1,02 Mb.
səhifə41/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   37   38   39   40   41   42   43   44   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6.31.Sətirlərlə işləmək üçün olan kitabxana funksiyaları
Sətirlərlə işləyən kitabxana funksiyaları sətir verilənləri üçün bir çox əhəmiyyətli əməliyyatların yerinə yetirilməsini təmin edir. Məsələ, sətirlərin müqayisəsi, sətirdə simvolların axtarılması, sətirlərin birləşdirilməsi, sətrin uzunluğunun müəyyən edilməsi və s. Bu funksiyaların prototipləri (və ya ) başlıq faylında saxlanılır. Ona görə də bu funksiyalarla işlədikdə proqramın əvvəlində
#include -direktivini yazmaq lazımdır (və ya #include )
Sətirlərlə işləmək üçün olan kitabxana funksiyalarının prototipləri və onların təsviri aşağıdaki cədvəldə göstərilmişdir:

1

Funksiyaların prototipləri

Funksiyaların təsviri

Char*strcpy(char*S1, const char*S2);




S2 sətrini S1-simvollar masivinə köçürür. S1-dəki qiymət qaytarılır

2

Char*strncpy(char*S1, const char*S2, size_t n);



S2 sətrindən n-dən çox olmayan simvolları S1 simvollar
massivinə köçürür. S1-dəki qiymət qaytarılır.

3

Char*strcat(char*S1, const char*S2);



S2 sətrini S1-sətrinə əlavə edir. S2-nin 1-ci simvolu yekun 0-cı simvoldan əvvəl yazılır. S1-dəki qiymət qaytarılır.

4

Char*strncat(char*S1, const char*S2, size_t n);


S2 sətrinin n-dən çox olmayan simvolunu S1-sətrinə əlavə edir. S2-nın birinci simvolu S1-in yekun sıfır simvolundan əvvəl yazılır, nəticə S1-də qalır.

5

Int strcmp(const char*S1, const char*S2);


S1 və S2 sətirlərini müqayisə edir. Funksiya S1-ətri S2-sətrinə bərabər olduqda 0-qiymət S1S2 olduqda 0-dan böyük qiymət qaytarır.

6

Int strncnmp(const char*S1, const char*S2, size_t n);


S1-sətrinin birinci n-simvolu S2-sətri ilə müqayisə olunur. S1=S2 olduqda 0, S1S2 olduqda sıfırdan böyük qiymət qaytarır.

7

Char*strtok (char*S1, const char*S2);


Strtok-funksiyasına ardıcıl olaraq müraciət edildikdə S1-sətrti S2-sətrindəki göstərilən simvollarla bölünür. Hər müraciət zamanı göstərici cari leksemi qaytarır. Əgər funksiyaya müraciət zamanı leksem yoxdursa NULL-qaytarılır. Birinci arqumentdə cümlə, 2-ci arqumentdə isə cümlədəki leksemləri ayıran ayırıcı işarələr (məsələ, probel) olur.

8

Size_t strlen (const char*S);



S-sətrinin uzunluğunu müəyyən edir. Yekun sıfır simvolundan əvvəlki simvolların sayını verir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin