Vii-xi siniflər üçün V. M. Abbasov, M. M. Abbasov, A. H. Əliyev, M. S. Fərəcov, V. S. Əliyev



Yüklə 1,67 Mb.
səhifə106/109
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#108347
1   ...   101   102   103   104   105   106   107   108   109
Test (K.IX. 3.1. QS.6)

1. Mis metalı nümunəsinin fiziki xassələrini müşahidə edin və ona aid olmayan əlaməti qeyd edin:

A) narıncı qırmızı rənglidir;

B) elektriki yaxşı keçirir;

C) istiliyi yaxşı keçirir;

D) kövrəkdir;

E) plastikdir.

2. Kömür maddəsinin fiziki xassələrini nəzərdən keçirin, ona aid olan əlamətləri göstərin:

1. Qara rənglidir. 2. Kövrəkdir. 3. İstiliyi keçirir.

4. Elektriki keçirir. 5. Suda həll olur.

A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 4, 5 E) 3, 4, 5
3. Natrium-karbonat məhluluna xlorid turşusu əlavə edildikdə hansı dəyişiklik müşahidə olunur?

A) Ağ çöküntü alınır;

B) Sarı çöküntü alınır;

C) Sürətlə qaz çıxır;

D) Məhlul mavi rəngə boyanır;

E) Məhlul sarı rəngə boyanır.


4. Qatı sulfat turşusunun suda həll edilməsi hansı halda düzgün təsvir edilir?

A) Su qatı sulfat turşusuna əlavə edilir;

B) Qatı sulfat turşusu bir dəfəyə suya əlavə edilir;

C) Qatı sulfat turşusu hissə-hissə suya əlavə edilir;

D) Qatı sulfat turşusu nazik axınla qarışdırıla-qarışdırıla çoxlu miqdar suya əlavə edilir;

E) Su nazik axınla çoxlu miqdar qatı sulfat turşusuna qarışdırılaraq əlavə edilir.


5. Ağzı örtülü stəkanda oksigen qazı olduğunu necə təyin etmək olar?

A) Stəkana yanar çöp salmaqla;

B) Stəkana közərmiş çöp salmaqla;

C) Rənginə görə;

D) Ağır olmasına görə;

E) İçərisinə əhəng suyu tökməklə.


6. Örtülü qabda karbon qazı olduğunu necə aşkar etmək olar?

1. Qaba yanar çöp salmaqla. 2. Qaba əhəng suyu tökməklə.

3. Qaba NaOH məhlulu tökməklə. 4. Rənginə görə.

A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4


7. Qabda sulfat turşusu olduğunu hansı təcrübə ilə aşkar etmək olar?

A) İyinə görə;

B) Rənginə görə;

C) Zn metallı və BaCl2 məhlulu əlavə etməklə;

D) Yalnız AgNO3 məhlulu əlavə etməklə;

E) Yalnız soda kristalı əlavə etməklə.

8. Məhlulda xlorid duzunun həll edildiyini hansı təcrübələrlə aşkar etmək olar?

1. Na2CO3 məhlulu əlavə etməklə. 2. AgNO3 məhlul əlavə etməklə.

3. Məhlulu qızdırmaqla. 4. Məhlulu buxarlandırmaqla.

A) 1, 2 B) 2, 3 C) 3, 4 D) Yalnız 1 E) yalnız 2


9. Verilmiş üzvi maddənin tərkibində karbon və hidrogen elementlərinin olduğunu hansı təcrübələrlə təyin etmək olar?

1. Maddəni yandırıb yanma məhsullarını əhəng suyundan keçirməklə.

2. Maddənin yanma məhsullarının susuz CuSO4-ün ağ rəngini göy rəngə çevirməsi ilə.

3. Maddəni yandırdıqda iyin çıxması ilə.

4. Maddəni yandırdıqda alovun rənginin dəyişməsi ilə.

5. Maddənin yandıqda partlayış verməsi ilə.

A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 4, 5 E) 3, 5
10. Hansı təcrübə ilə laboratoriyada oksigen qazını almaq olmaz?

1. KMnO4 kristallarının qızdırılması.

2. H2O2 məhluluna MnO2 tozunun əlavə edilməsi.

3. Suyun elektrik cərəyanının təsiri ilə parçalanması.

4. Sodanın (Na2CO3) qızdırılması.

5. NaNO3 kristallarının qızdırılması.

A) 1, 2 B) 3 C) 4 D) 5 E) 3, 5


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin