Vikipediya – Müxtəlif dillərdə , həmçinin, Azərbaycan dilində Virtual açıq ensiklopediyadır.
Cimmi Uels Vikipediyanın qurucusudur.
Cimmi Uels Vikipediyanın qurucusudur.
O, 2001- ci il 15 yanvarında ‘Vikipediya Ensiklopediya’sını yaratdı. Əvvəlcə, Nupedia Ensiklopediyasını formlaşadırmaq üçün köməkçi sayt Kimi yaradılmışdır.
Hazırda ‘Wikipedia’ dünyanın ən böyük ensiklopediyasıdır. Onu İnternet istifadəçilərinin stolüstü kitabı adlandırırlar.
2004 – ci ilin yanvar ayından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya Fəaliyyətə başlamışdır.
2004 – ci ilin yanvar ayından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya Fəaliyyətə başlamışdır.
Buna Azərbaycanın açıq online ensiklopediyası kimidə baxmaq olar.
Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır.
2014 – cü il mart ayının 25- də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000 keçmişdir.
2014 – cü il mart ayının 25- də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000 keçmişdir.
Hal hazırda məqalələrin sayı 189.477 –dir.
Redaktələrin sayı 6.733.334, İstifadəçilərin sayı isə 256.824 –dir.
‘Vikipediya’ bir onlayn ensiklopediyadır. Yəni, buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlara reklama və təbliğata yol verilmir.
‘Vikipediya’ bir onlayn ensiklopediyadır. Yəni, buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlara reklama və təbliğata yol verilmir.
‘Vikipediya’nın üstünlüklərindən biri də onun istənilən internet istifadəçisi tərəfindən redaktə edilə bilmə imkanının olmasıdır.
Edilən redaktələr və düzəlişlər Vikipediyanın təcrübəli istifadəçiləri və idarəçiləri tərəfindən yoxlanılır.
2009 – cu il dekabrın 6 si Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir .
2009 – cu il dekabrın 6 si Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir .
Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir program mütəxəssisi iştirak etmişdir. AzVikinin texniki problemlərinin həlli , gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.
İstifadəçilər arasında yaranmış problemləri həll etmək məqsədi ilə bürokrat Sortilegusun təklifi və təşkilatçılığı ilə 2010 - cu Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidə vikipediyaçıların toplantısı keçirilmişdir. Üç saat ərzində problemlər həllini tapmış və Vikipediyanın Azərbaycan dilində olan bölməsinin inkişafı məqsədi ilə mühüm qərarlar qəbul edilmişdir. Tədbirdə 5-i idarəçi olmaqla, ümumilikdə 9 istifadəçi iştirak etmişdir.

2010 – cu ildə ilk dəfə ‘Vikipediya. Virtual ensiklopediya’ kitabı nəşr olunmuşdur.
Kitabın müəllifləri Rasim Əliquliyev və İradə Ələkbərovadır.
184 səhifədən ibarət olan ‘Virtual ensiklopediya’ kitabında, Vikipediyanın yaranma tarixi, hazır ki vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur.
Zəngin Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri və s. haqda dürüst məlumatlarınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq onları Azərbaycan Vikipediyasına əlavə etməklə inkişafına kömək edə bilərsiniz.