Başqa bir problem siyasi qrupların alətinə çevrilmək və universitetdə siyasi iş aparmaqdır. Bəzən tələbələrin özlərinin xüsusi siyasi fikir və məqsədləri olmur, lakin siyasi bir qrupun, yaxud cərəyanın alətinə çevrilirlər. Onlar tələbədən çomaq kimi istifadə edir və istədikləri şəxsin başına vururlar. Bu da çox böyük və həssas bir problemdir.
İşlərdə qaranlıq məqamlar
Başqa bir problem işlərdə çaşqınlıq problemidir. Tələbə təbii olaraq aydındır; yəni aydın və ziyalı qruplardan sayılır, ölkənin vəziyyətinə dair fikir və əqidə sahibidir, fikrini də bildirmək istəyir. Tələbə yalnız "biz belə düşünürük və belə etmək istəyirik" deməklə qane olmur. Həm də onun bilməsinin və fikir bildirməsinin tabeliklə ziddiyyəti yoxdur. Tabe olur, amma qəbul etdiyi işin səbəbini bilmək istəyir. Bilməsə, tədricən şübhə yaranar, bu şübhə və qaranlıq onun tabeliyini də zəiflədər. Deməli, tələbənin problemlərindən biri budur. Tələbələr adətən hadisələrdən xəbərsiz olduqlarından və işlərin əsl mahiyyətini bilmədiklərindən radioda, yaxud qəzetdə bir xəbər yayılan kimi beyinləri çalışmağa başlayır. Xarici təsirin olmadığı təqdirdə belə olur, təsir olduqda isə müsibət yaranar.
Məqsədsizlik
Və nəhayət, bir mühüm məsələ də, bəlkə də bəzilərinə görə ən mühüm problem olan kimliyin olmaması, cəmiyyət, tarix, gələcək və özü qarşısında həqiqi missiyasını dərk etməməsidir. Tələbə doğrudan da kim olduğunu bilmir. O bilmir ki, indi kimdir və gələcəkdə üzərinə hansı rol düşəcək; çörək və ad-san dalınca qaçan bir tacir kimidir. Başqa sözlə desək, tələbənin həqiqi missiyası onun özü üçün tam aydın deyil. Bunlar tələbənin problemləridir.
Biz problemlərin bir qismini dedik, heç şübhəsiz, bunlardan çoxdur, başqa məsələlər, problemlər və çoxlu xırdalıqlar da var: müəllim və tələbə, rektor və tələbə, müxtəlif tələbə qrupları arasında olan müxtəlif əlaqələr, dinsiz tələbə ilə dindar arasında olan qarşıdurma, hətta dindarların özlərinin arasında olan çəkişmə və digər müxtəlif problemlər var.
Dostları ilə paylaş: |