Bismillahir-Rəhmanir-Rəhim.
Daxildə təhsil
Əziz qardaşlara çox təşəkkür edirik. Sizi ziyarət etdik, inşallah, həmişə bu düzgün mövqe və fikirlərdə müvəffəq olasınız, çox dəqiq, düzgün və ixlasla bu yolu gedəsiniz. Sizin buyurduğunuz bu üç-dörd mövzu barədə qısa şəkildə fikir bildirmək istəyirəm.
Birinci məsələ barədə mənim də fikrim budur ki, biz daxildə təhsilə güvənməliyik. İki-üç il bundan əvvəl Mədəni İnqilab Ali Şurasında da müzakirə olundu və oradakı yaxşı, ixlaslı və hizbullahçı qardaşların da fikri bu idi ki, bəzən xarici ölkələrə tələbə göndərmək lazımdır. Lakin keçmişdəki kimi qaydasız, plansız hərəkət etmək olmaz. Daxildəki müəllimlərin təlim-tərbiyə hissi və gücü ölməməlidir.
Hizbullahçı kadrların vəzifədən kənarlaşdırılması barədə bəzi sözlər eşitmişəm. Bəzən parlamentdən və digər yerlərdən də oxşar müraciətlər daxil olur. Mən də bu orqanlara tövsiyə etmişəm ki, ehtiyatlı olsunlar. Hərçənd, xüsusi bir nümunə göstərməyiblər və mən bilirəm ki, bəzən etirazçı ilə islahatçı arasında üsul fərqləri olur.
İndi inqilabın əvvəlindən təxminən on iki, ixtisas və öhdəlik söhbətindən isə on il ötüb. Bu, bağlanmış mövzudur. Biz nə qədər cümə namazında dedik, müzakirə etdik, səkkizillik dövr boyu hökumətdə və hökumət xaricində nə qədər bu mövzu ilə məşğul olduq. Bu qədər müzakirədən sonra daha hökumətin və inqilabın yolu aydın formalaşmış olmalıdır. Məlumdur ki, biz ixtisaslardan istifadə edirik, amma heç zaman heç bir yerdə öhdəçi ilə başqası arasında qaldıqda, başqasına üstünlük vermirik. Əlbəttə, bu şərtlə ki, iş onun əlindən gəlsin. Çünki belə olmasa, uyğun sahədə mütəxəssis olmasa, ümumiyyətlə, onun yanına getmirik.
Uşaq xəstələnəndə biz doktorun yanına gedirik. Küçənin başındakı doktorun erməni olduğunu biləndə demirik ki, erməni olduğu üçün onun yanına getmirik və qoy uşağımız gözümüzün qabağında ölsün. Xeyr, ağıl və şəriət bunu demir. Amma təbii ki, insan öz evinə həkim gətirmək istəyəndə mömin, inqilabçı, özününkü və etimadlı həkim tapır. Böyük ölkə ailəsində də xüsusən həssas işlərdə belədir. Ölkənin gələcəyinə, gənclərin düşüncələrinə aid yerlərdə də belədir.
Öhdəçi kargüzar
Bir məsələ də mənim üçün doğrudan da nigaranlıq yaradır. Mən dəfələrlə buraya gəlib-gedən universitet mənsublarına demişəm ki, bəzi vəzifələrin hətta boş qalması da oraya bəzi şəxslərin təyin edilməsindən yaxşıdır. Əlbəttə, hər yerdə belə deyil. Amma bəzi yerlərdə də demirik ki, öhdəçi ilə bir başqası bərabər olsalar, biz öhdəçini gətirəcəyik. Xeyr, deyirik ki, hətta bərabər olmasalar da, öhdəçi olmayanı gətirməyəcəyik.
Bəli, bəzi vəzifələr belədir. Ölkə səviyyəsində çox deyil, universitetdə bəlkə bir qədər çox olsun. Yəni sizin dediyiniz kimidir və mənim fikrim də belədir.
Universitetin iğtişaşlardan qorunması
Siz qardaşlar universitetlərdə tədris edirsiniz. Gözdə-qulaqda olun ki, universiteti iğtişaşa çəkməsinlər. Dünənə qədər özünüz orada tələbə idiniz və universitetin nə demək olduğunu bilirsiniz. Universitet iğtişaşa hazır bir mühitdir, xisləti belədir. Yəni nə qədər ki, yeddi, səkkiz, on yaş fərqli gənclərin yeridir və nə qədər ki, universitetdə həmin nəslə bu yaşda elm və aydınlıq öyrədilir, universitetdən həmişə hərəkət gözləmək lazımdır. Hərəkət pis bir şey deyil, yaxşı şeydir, amma bəzi şəraitlərdə pis təsir buraxa ola bilər.
Universitet, hərəkət və sakinlik
Hərəkətin çox asanlıqla mümkün olduğu belə bir mühitdə iğtişaşa və pis hərəkətə şəraitin yaranmaması üçün hamı çalışmalıdır. Universitet xalqın hərəkət və ümidinə, quruluşu və dövləti müdafiəyə, xalqı maarifləndirməyə, həmçinin iğtişaşa, davaya, ümidsizliyə və başsızlığa da vasitə ola bilər. Bu o demək deyil ki, bütün tələbələr bunu bacarırlar. Xeyr, ola bilsin universitetdə iki nəfər təşəbbüs göstərsin və iki yüz nəfər bir iş görsün. Gənc, aktiv, çox sayıq və hazırlıqlı bir mühitin xisləti belədir.
Universitetlərə bayırdan nəyinsə təlqin edilməsinə imkan verməyin, bayırdakı siyasi xətləri əsla oraya daxil etməyin. Universitetin özünün bir qədər siyasi ab-havası var. Bu həddə yaxşıdır, eybi yoxdur. Tələbələr bir şey gördükdə etiraz edirlər, qulaqlarına bir xəbər çatdıqda tənqid edirlər, bir şeyi dəstəkləyir, bir şeylə mübarizə aparırlar. Bu, yaxşı və kifayətdir. Çox ehtiyatlı olun ki, bayırdakı davalar universitetin daxilinə yol tapmasın. Bu, universitetin və inqilabın zərərinədir. Məncə, buna tam riayət olunmur.
Əgər kimsə Doktor Şəriətiyə müxalifdirsə, bu gün bu, problemdirmi?! Doğrudan da bu gün bizim ölkəmizdə bu müzakirənin yeridir ki, deyək kim Şəriəti ilə müvafiqdir və kim müxalif? Bütün müzakirə və mübahisələr həll olunub, indi növbə bu məsələyə çatıb?! Bu məsələləri ortaya atmağa nə lüzum var?!
"Səddam ABŞ düşməni deyil!"
Fars körfəzi məsələlərinə aid bir məqamı xatırladım. Bu məsələlərin doğrudan da çoxlu tərəfləri var. Bəlkə də cənab Mühəndis Musəvinin bu məsələnin müxtəlif tərəflərindən digər qardaşlardan daha çox xəbəri var. İslam inqilabı dünya xalqlarının ABŞ əleyhinə etirazının mərkəzi olan zaman niyyəti bu deyildi, öz üzərinə düşəni yerinə yetirdi və Allah-Taala da bərəkət verdi, mərkəzə çevirdi.
Əgər Səddam bundan sonra on il də antiamerikanlıq etsə, dünyada özünə yer tapması mümkün deyil: "Yalançı çırağın işığı olmaz". Ola bilsin hansısa ölkədə bir-iki nəfər bir neçə günlük səhv etsinlər, amma özü işləri korlayacaq. Çünki ABŞ düşməni deyil.
Bizim daimi mövqeyimiz
ABŞ elə bir dövlət deyil ki, insan onunla uzun müddət oyun oynaya bilsin. O, dünyada, ölkə və xalqların həyatında böyük bir amildir. İnsan ya ona qarşıdır, ya da ona qarşı deyil. Bu, çox tez aşkara çıxır. Bu baxımdan, Səddam özü özünü rüsvay edəcək. Bu gün İordaniya, Yəmən və Tunisin dövlət başçıları olan Şah Hüseyn, Əli Abdullah Saleh və Zeynəlabidin ibn Əli də antiamerikalılıqdan dəm vururlar. Məgər belə deyil?! Belə bir şey mümkündürmü?!
Elə bilməyin ki, Səddam bir söz deyib, biz ondan da sərtini deməliyik. Mən bunu etməyəcəyəm və bunu cinayət bilirəm. Biz öz işimizi görürük; ABŞ əleyhdarı idik, indi də beləyik və belə də qalacağıq. Bu sahədə deyilməsi lazım olan hər bir sözü də deyirik. Amma o filan sərt sözü dediyi üçün biz ondan da sərtini deməliyikmi? Xeyr, əsla belə bir şey yoxdur. Bu, ən səhv işdir; özü də Səddamın oyununa görə. Məncə, bu, çox naşılıqdır.
Vəzifəyə əməl etmək
Amerikalıların regionda işləri var. Onların son çıxışlarından da bəlli olur ki, bölgənin müsəlman xalqlarına mütləq toxunacaqlar. Təbii ki, çoxlarının dözdüyü bir çox məsələlərə biz dözmürük. Biz addım atacağıq. Biz belə məsələləri qınayırıq. Necə ki, indiyədək də belə olub və lazım olan addım atılıb. Amma indi baxmalıyıq ki, Səddam nə etdi və biz də ondan geri qalmayaq?! Ümumiyyətlə, bunu meyar bilməyin. Bu, çox yanlış və azdırıcı bir məsələdir.
Bunlar regiona daxil olduqda öz qoluna baxıb güclü olduqlarını düşünən insanlar kimi etdilər. Xüsusən də bir-iki yumruq atdıqdan sonra elə bildilər güclüdürlər. Bunlar çox danışacaq, çox planlar cızacaqlar və bəlkə də cızıblar.
Bizim vəzifəmiz nə olsa, ümidvarıq ki, inşallah, ona əməl edəcəyik. Allah-Taala da hidayət və kömək edəcək ki, hər bir dönəmdə öz vəzifəmizi anlayaq və ona əməl edək. Sizin kimi cəmiyyətlər gərək ali təhsilin vəziyyətinə, elm və tədqiqatın inkişafına müsbət təsir buraxsın. Allah hamınızı müvəffəq etsin!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |