Vilayət bağçası üçüncü cİld


Tələbə nəşrlərinə tövsiyələr23



Yüklə 0,91 Mb.
səhifə6/13
tarix24.05.2018
ölçüsü0,91 Mb.
#51194
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Tələbə nəşrlərinə tövsiyələr23

Bismillahir-Rəhmanir-Rəhim.


Tələbə nəşrləri

Əvvəla, tələbə nəşrlərinin özü çox yaxşıdır. Ola bilsin, bəzi hallarda keyfiyyət çox da yüksək olmasın. Bu gün bir qədərini mənə gətirdilər. Bəzilərindən görünürdü ki, işin başlanğıcıdır. Lakin gənclərin tələbəlik dövründən yazmaları, müzakirə etmələri, düşünüb-düşündürmələri çox yaxşı haldır. Əlbəttə, sizin özünüz üçün və universitet mühiti üçün də yaxşıdır. Bu baxımdan, mən tələbə nəşrlərinin olmasını, mümkün və münasib həddə qədər artırılmasını dəstəkləyirəm.

Məzmuna gəldikdə isə, bunlar haqqında iki növ məzmun təsəvvür etmək olar: Bir qismi nəşrin yazarlarının, yaxud idarə edənlərinin zehnində olan elmi, mədəni, ədəbi, dini və ya başqa mövzulardır. Hər halda, onlar bir şey yazırlar və yayılır. Təbii ki, bu qisim mövzularda məhdudiyyət yoxdur. Ola bilsin, bir tələbə sizə bir məqalə versin və siz də onu yaxşı bilib çap edəsiniz. Yaxud özünüz redaksiya heyətinin üzvü kimi bir şeylər çap edəsiniz və rəngarəng də olsun. Bu nəşrləriniz üçün mövzuların başqa bir qismi isə tələbə mühitinin xüsusi ehtiyac duyduğu məsələlərdir.

Birinci qisim mövzular təkcə sizin nəşrlərə məxsus deyil, başqa nəşrlərdə də var. Ölkədə elmi, siyasi, mədəni və dini nəşrlər var. Sizin burada nəşr etdirdiyiniz məqalərlərdən onlar da nəşr etdirirlər.


Tələbə nəşrinin məzmunu

Lakin ikinci qisim mövzular prinsipcə, sizin daha çox yer verməli olduğunuz mövzulardır. Siz universitetin daxilində olduğunuzdan bu mühiti bütün vücudunuzla hiss edirsiniz. Siz tələbələrin düşüncə ehtiyaclarını, çatışmazlıqlarını və universitet ətrafında baş verən işləri duyursunuz. Ola bilsin, siz bu nəşrin məsulu olaraq vəzifə hiss edəsiniz və bu sahədə hər hansı bir yazının yazılmasını lazım biləsiniz. Bu, universitetə və tələbəyə məxsus yazı olacaq. Məsələn, nazirlik, cəmiyyətin elmi-mədəni məsələləri, yaxud universitetin vəziyyəti barədə bir şey yazmaq və tələbələrə yol göstərmək istəyirsiniz.

Mənim fikrimcə, bu ikinci qisim çox əhəmiyyətlidir. Çünki universitet elm və düşüncə köməyinə həmişə ehtiyaclı mühitdir. Universitetin xisləti bir gənc xislətidir. Gənc təbəqə düşüncə cəhətindən həmişə köməyə ehtiyaclıdır. Bu o demək deyil ki, qocaların düşüncə yardımına ehtiyacları yoxdur. Xeyr, bütün insanlar buna ehtiyaclıdırlar. Gənclərin düşüncə fəaliyyəti və yenilikçiliyi daha artıq olduğundan bu köməyə də daha ehtiyaclıdırlar. Təkcə qocalardan yox, gənclərin öz aralarında da fikir mübadiləsi olmalı və məsələlər haqda düşünməlidirlər. Çünki gənc təbiətcə, hərəkətli və aktivdir.
Gənc mühitləri

Bəzən bu aktivliyin kənarında daha artıq mütaliə və araşdırmaya ehtiyac yarana bilər. Bu, gənc mühitlərini xüsusi şəkildə, öz aralarında olsa belə, daimi məsləhətləşməyə ehtiyaclı edir. Daha yaxşısı da budur ki, bu onların öz aralarında baş tutsun.


Tələbə nəşrlərinə lazım olanlar

Siz görün jurnal rəhbəri olaraq oğlan və qız tələbələr qarşısında üzərinizə hansı vəzifə düşür. Universitetlərdə bəziləri dindar və dini əsaslara sıx bağlıdırlar, dini normaları qoruyurlar. Sizin onlara dair xatırlatmalarınız ola bilər. Bəziləri də dini məsələlərə qarşı laqeyddirlər, yaxud buna az əhəmiyyət verirlər. Onlara da tövsiyəniz ola bilər, onlara da yol göstərməniz lazımdır. Bəziləri də dini məsələlərə qarşıdırlar. Əlbəttə, universitetlərdə belələrinin sayı çox deyil, azdır. Amma hər halda, olmaları mümkündür və onlara dair də üzərinizə vəzifə düşür.


Təhlil qüvvəsi

Ölkənin cari siyasətləri və dünyanın mühüm hadisələri barədə də belədir. Bir gənc bunlardan xəbərdar olmalı, bunları təhlil etməyi bacarmalıdır.


Materialların rəngarəngliyi

Bu sizin nəşrlərdə yerləşdirdiyiniz materialların ikinci qismidir. Düşünürəm ki, bu qisim ümumi olaraq, birinci qisimdən daha əhəmiyyətlidir; baxmayaraq ki, birinci qisim də lazımdır. Hər halda, düşüncə, baxış, zövq və təkliflərdə rəngarənglik yaxşı şeydir. Nəşrlərdə də qəngarəngliyin qarşısını almaq olmaz. Bu, mütləq olmalıdır. Lakin nəşrlərinizə tövsiyə, istiqamət, islah və hidayət də mütləq yerləşdirməlisiniz. Sözlərimin xülasəsi budur ki, sizin nəşrləriniz hidayətedici olmalıdır. Görün gəncin düşüncəsini, dinini, bəzən də siyasi baxışını hidayət etmək və düzgün istiqamətə yönəltmək baxımından haralarda nöqsan var.

Bu, tələbə mətbuatı kimi sizin çiyninizdə olan bir yükdür. Cəmiyyətdə mətbuatın məsuliyyət və rolunu siz xüsusi şəkildə çiyinlərinizdə duymalısınız. Məncə, bu, mühümdür.
Təhlükəli cərəyanlar

Başqa bir məqamı mən bir neçə il bundan qabaq hiss etmişəm. İndi də başqa bir formada var. Bəzən universitet xaricindəki bəzi siyasi və mədəni problemlər universitetlərə sırınır. Universitetin təbii olaraq xarici mühitdən ayrı olmayan bir qurum kimi özünə aid məsələləri var. Bəzən xüsusi bir fikir, istiqamət və nəzər müəyyən bir qurum və toplum tərəfindən universitetlərə idxal edilir. Bu, həmişə təhlükəsiz bir şey deyil. Bəzən doğrudan da təhlükəli olur. Mən bu gün bunu hiss edirəm.

Təxminən 10-12 il bundan qabaq imamın dövründə tələbə mühitində belə məsələlər var idi. O zaman mənim daha artıq vaxt və imkanlarım var idi. Tələbələrin yanına gedirdim, onlarla söhbət edirdim, canlı ünsiyyət qururdum. Tələbələrin düşüncə məsələləri haqda indikindən çox məlumatlı idim. Qeyd etdiyim bu amil o zaman da hiss olunurdu, indi də belədir.

Bəzilərinin ölkədəki inqilabi cərəyanla problemləri var. Siz bu məsələni diqqətdə saxlamalısınız. İnqilabla problemləri var. İnqilabın əvvəllərindən bu fikirdə olublar ki, hər bir mümkün vasitə ilə, xüsusən də mədəni, siyasi və digər vasitələrlə - çünki ixtiyarlarında başqa imkanlar olmayıb - inqilabla vuruşsunlar və onun cari məsələlərinə problem yaratsınlar. Mən indi də hiss edirəm ki, onlar ciddi şəkildə universitetin başında hərlənirlər. İnqilabın əvvəlində sizin heç biriniz tələbə mühitində işləmirdiniz. Çox kiçik idiniz. Onda bu, baş verdi: əks-inqilabçı siyasi qruplaşmalar rəsmi və açıq şəkildə universiteti fəaliyyət mərkəzlərinə çevirdilər, Tehran universitetinin qərbindəki xiyabanlardan, 16 Azər xiyabanının qərbindəki binalardan, universitetin korpuslarından və onun ətrafındakı binalardan istifadə etdilər. Onların döyüş əməliyyatları, komitələri vardı. Sonradan oradan çoxlu silah tapıldı.

Onlar universiteti quruluş, İslam Respublikası və dövlət əleyhinə fəaliyyətlərin mərkəzinə çevirmişdilər. Təəssüf ki, əvvəllərdə bir müddət uğur da qazandılar. Dövlət orqanlarının içində olan bəzi inqilabçıların onlarla əlaqəsi vardı. Düzdür, onların hamısı ilə yox, amma bəziləri ilə əlaqələri vardı; onları müdafiə edirdilər, onlara kömək göstərirdilər. Başqa bir qrupun da düşüncə tərzi belə idi ki, biz onların fəaliyyətlərinə mane olmamalıyıq. Halbuki onlar universitetdə inqilab və quruluş əleyhinə çox təhlükəli, zəhərli hərəkətə keçmişdilər, bu işləri universitet səngərində görmək istəyirdilər. Bəli, onlara qarşı tədbir görüldü. Əsasən də xalqın özü və inqilabçı gənclər tədbir gördülər. Dövlət də işə qoşuldu və bu məsələlər bitdi. Sonra uzun müddət universitetə belə yaxınlaşa bilmirdilər. Amma sonralar inqilabla arası olmayan bəzi siyasi cərəyanlar tədricən universitetə yol tapdılar.
Universitet mühitinin sağlamlığı

Siz mömin və öhdəçi gənclərin çox diqqət göstərməsini vacib saydığım bir məsələ də budur. Buna ciddi yanaşın. Elə bu nəşrlərdən istifadə edib öz dillərilə oxucularınıza təhlil qabiliyyəti aşılayın ki, hadisələri düzgün analiz edə bilsinlər. Qoymayın kimsə universitetin xaricindən tələbə mühitinə yanlış istiqamət və hədəf göstərsin.


Dindarlıq

Universitetdə dindarlığı bacardığınız qədər gücləndirməyə çalışın. Bu, tələbənin özü, ölkənin gələcəyi və tərəqqisi və universitetin elmi inkişafı üçün yaxşı və faydalıdır. Universitet dini baxımdan nə qədər sağlam olsa, tələbə üçün, təhsil üçün, düzgün düşünmək və hər hansı bir sağlam siyasi və mədəni fəaliyyət üçün daha təhlükəsiz olar. Uşaqları dindar yetişdirin; şübhəsiz ki, əlinizdən gələn həddə.


Nəşrlərdə güclü dini məzmun

Tələbə nəşrlərindən artıq şey gözləmirik. Lakin tələbə idealist olmalıdır. Ən mühüm ideallardan biri də dini, mənəvi, irfani və ruhi ideallardır. Tələbələrin mənəvi lətafətlərindən bəhrələnmək lazımdır. Onları bacardığınız qədər dini həqiqət və əməllərə sövq edin. Nəşrlərə tamamilə dini rəng verin. Nəzər sahibi olan və bu sahədə rolu ola biləcək insanlardan güclü dini məzmunlar alın və nəşrlərinizdə dərc edin.

İnşallah, öz vəzifələrinizə əməl edə biləsiniz. Allah yanında bunların hamısından sorğu-sual olunacaq. Nəşriniz olmasaydı, bu baxımdan rahat olardınız. Amma nəşr varsa, ilahi sual da var. Ona cavab vermək lazımdır. Məsuliyyətin, yəni veriləcək sualların öhdəsindən gəlin. Beləliklə, bu iş həyata keçəcək, inşallah.

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin