Sistemli yanaşma problemli tərəflərin qarşılıqlı əlaqədə və bütövlükdə maksi_x0002_mal sayını nəzərə alır, həmin tərəflər arasındakı əlaqənin xarakterini müəyyən edir.
Tərəfli yanaşma tədqiqata yönəldilən resursları yaxud onun aktuallığını nəzərə alaraq hər hansı bir prinsip üzrə problemin bir tərəfinin seçilməsidir. Belə ki, təşkilatın innovasiyalı inkişaf probleminin iqtisadi, sosial-psixoloji, texnoloji və s. tərəfləri ola bilər.
Konseptual yanaşma tədqiqat konsepsiyasının qabaqcadan ətraflı, yəni təd_x0002_qiqatın ümumi istiqamətini müəyyən edən mühüm vəziyyətin kompleks öyrənilməsinə əsaslanır.
Empirik yanaşma təcrübəyə, yəni hər hansı bir predmet sahəsinin toplanmış təcrübə məlumatlarına və sonradan bu məlumatlar əsasında məntiqi nəticələrin çıxarılmasna əsaslanır.
Praqmatik yanaşma yaxın nəticələrin əldə edilməsinə istiqamətlənir.Məsələn, təşkilat bazara çıxarkən riskinin azalması