XƏZƏR UNİVERSİTETİ
Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında
Əsasnamə
-
Ümumi müddəalar
Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.
Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.
Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.
-
Strukturu və məzmunu
Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:
Fənn haqqında ümumi məlumat
Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)
Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri
Müəllim haqqında məlumat
Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı
Fənnin təsviri və məqsədləri
Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat
Gözlənilən tədris nəticələri
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat
Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.
Tədris fəaliyyətinin növləri
Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.
Qiymətləndirmə
Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65 -dır.
Tədris siyasəti və davranış
Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.
Təqvim-tematik planı
Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.
-
Hazırlanması və təsdiq prosesi
Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.
Sillabus fənnin tədris olunduğu dildə hazırlanır
Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.
Sillabus davamiyyət jurnalına əlavə olunur.
Əlavə 1. Sillabus forması
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Xarici ölkələrin jurnalistika tarixi –JOUR 422
(3 kredit)
|
Departament
|
Jurnalistika departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr (BA)
|
Tədris semestri
|
2016, Yaz
|
Fənni tədris edən müəllim (lər)
|
Cabir Məmmədli
|
E-mail:
|
ja1az@yahoo.com;
|
Telefon:
|
(050) 526 5568 (mobil)
|
Mühazirə otağı/Cədvəl
|
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycanca
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi/seçmə
|
Dərsliklər və əlavə ədəbiyyat
| -
Vəliyev H. Xarici ölkələrin jurnalistika tarixi (Dərslik). B.: Zərdabi LTD MMC. 2014. 640 səh.
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
30 saat
|
Qrup müzakirəsi
|
10 saat
|
Praktiki tapşırıqlar
|
10 saat
|
Praktiki məsələnin təhlili
|
10 saat
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Ara imtahan
|
|
40
|
Praktiki məsələ
|
|
10
|
Fəallıq
|
|
10
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
|
40
|
Digər
|
|
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
XX əsrin sonuna kimi olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs olunur, KİV-in tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.
|
Kursun məqsədləri
|
Kurs tələbələrə dünya jurnalistikasının tarixini, inkişaf mərhələrəini və s. öyrətməyi nəzərdə tutur.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Kursun sonunda tələbələrin öyrənəcəyi gözlənilir:
–dünyanın aparıcı media orqanlarının tarixini;
–dünyada medianın inkişafı istiqamətlərini;
–Şərq və Qərb mediası arasında fərqləri müqayisə etməyi və s.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix (planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
| -
|
15.02.2016
|
Fənnə giriş.
|
| -
|
22.02.2016
|
Kütləvi informasiyanın tarixi təşəkkülündə əsas anlayışlr və kateqoriyalar
|
| -
|
29.02.2016
|
Almaniya jurnalistikası
|
| -
|
07.03.2016
|
Böyük Britaniya jurnalistikası
|
| -
|
14.03.2016
|
Fransa jurnalistikası
|
|
|
21.03.2016
| Novruz Bayramı |
| -
|
28.03.2016
| İtaliya, İspaniya və Portuqaliyada mətbuatın yaranması və inkişafı |
| -
|
04.04.2016
|
Ara imtahan
|
| -
|
11.04.2016
|
ABŞ jurnalistikası
|
| -
|
18.04.2016
|
Rusiya jurnalistikası
|
| -
|
25.04.2016
|
Türkiyə mətbuatı
|
| -
|
02.05.2016
|
Ərəb ölkələrinin mətbuatı
|
|
|
09.05.2016
|
Qələbə Günü
|
| -
|
16.05.2016
|
Hindistan mətbuatı
|
| -
|
23.05.2016
|
Çin mətbuatı
|
| -
|
30.05.2016
|
Yaponiya mətbuatı
|
|
|
|
Final imtahan
|
|
Dostları ilə paylaş: |