2. Fərdi və cəmiyyət səviyyəsində yerinə yetirilə bilən praktiki fəaliyyət.
Müəyyən bir mövzuda tədqiqat aparmaq-esse yazmaq- təqdimat keçirmək. Tədqiqat işi müxtəlif auditoriya vasitəsilə təmsil oluna bilər. Məs: sizin sinif yerli idarəetmə orqanlarının nümayəndələrini dəvət edərək müzakirələrdə iştirak edə bilər və yaxud ailə üzvləri, dostlar üçün təqdimat keçirə bilər.
Uşaqlar təbiəti mühafizə edənlərlə birgə birgünlük tədbirlərdə iştirak edə bilərlər.
Siz müxtəlif ictimai yerlərdə Xəzərə həsr olunmuş rəsm sərgisi keçirə bilərsiniz.
Sizin sinif divar qəzeti və ya 6-cı posteri hazırlaya bilər, onu məktəbdə asmaq olar.
Sinif biomüxtəliylik üzrə xəbərlərin hesabatını hazırlaya bilər.
Yerli hakimiyyət orqanlarının nümayəndələri ilə müəyyən bir mövzuda dəyirmi masa keçirmək olar.
Biomüxtəliflik məsələləri üzrə məlumatlandırma səviyyəsini artırmaq üçün çox böyük olmayan tədqiqat kompaniyası keçirmək. Tədbirin real və mümkünlüyünə əmin olun.
Ekoloji patrul dəstələri yaradın, siniflər növbə ilə məktəb ekoloji monitorinqini keçirsinlər.
Məqsədli ekoturlar – sinif sizin regionun biomüxtəlifliyinə həsr olunmuş kitabça və yerli ərazinin ekoloji cığırını hazırlaya bilər.
Sizin sinif Bioloji müxtəliflik gününə, digər ekoloji təqvim günlərinə həsr olunmuş ekoloji təqvim günlərinə həsr olunmuş ekoloji tədbirlərdə iştirak edə bilərlər.
Siz ərazinin abadlaşdırılması və ağacların əkilməsi işlərini təşkil edib, tədbirlərdə iştirak edə bilərsiniz.
Sizin sinif məktəb və cəmiyyət üçün Ekoloji Kodeks hazırlaya bilər.Sinif yerli ekoloji tədqiqatlar apararaq Xəzərin çirklənmə mənbələrini təyin edə bilər.
Diyarşünaslıq muzeyinə ekskursiyaya gedin və məktəbinizdə diyarşünaslıq muzeyi yaradın.
Məktəblilərin yerinə yetirə biləcəkləri fərdi fəaliyyəti müəyyən edin-bazardan qorunan balıq növlərini almamaq, zibil tökməmək və s.!